thebayramli
Reytinq
+0.17
Səlahiyyət
0.48

thebayramli

Zaur Bayramov

Azərbaycan dilində WP pluginlər – WP-PageNavi 2.82

Blogun Səhifələnməsi haqqında. Blogda məqalələrin sayı çoxaldıqca bütün məqalələri Ana Səhifəyə yerləşdirmək məqsədəuyğun deyildir. Belə ki, Ana Səhifədə məqalələrin sayı nə qədər çox olarsa, məlumatlar bazasına sorğuların sayı da çoxalacaqdır ki, bu da internet sürəti zəif olan ziyarətçilərin hövsələdən çıxaraq blogunuza bir daha qayıtmama halı yarada bilər. Bunun üçün məqalələrin ümumi sayını müəyyən statik hissəyə bölüb, bu saydan sonra növbəti səhifəyə keçid vermək çox əlverişlidir. Məsələn: ilk 5 məqaləni birinci səhifədə, sonrakı 5 məqaləni isə ikinci səhifədə və ilaxır. Bunu avtomatik etmək üçün WordPress Admin Panelində...

Azərbaycan dilində WordPress pluginlər - Contact Form 7 ver. 3.1

WordPress pluginlərin Azəri dilinə tərcüməsi. Wordpressin pluginlər səhifəsinə baxanda bir çox pluginlərin müxtəlif dillərə olan tərcümələrini gördüm. Fikirləşdim ki, Axı niyə görə Azəri dili bu dillər sırasında olmamalıdır? Sırf buna görə vaxta israf edirəm deməyib, WordPress pluginlərdən ən məşhurlarını tərcümə etməyə başladım və plugin müəlliflərinə göndərdim. Bunlardan isə Contact Form 7 plugini ilk olaraq yeniləndi və yeni...

WordPressin Real Serverdə quraşdırılması

WordPressi Local Serverdə quraşdırmağı öyrəndik növbə gəldi Real Serverdə quraşdırmağı öyrənməyimizə. WordPressi Real Serverdə quraşdırmağın bir neçə yolu var: 1.Bəzi hostinglər WordPress kimi bir çox CMS-i avtomatik quraşdırmaq üçün proqram təminatına malikdir. Bir düyməyə basmaqla WordPress quraşdırılır. 2.FTP ilə serverə upload etməklə 3.Cpanel ilə Bunlardan 1-si çox asan və tez, 2-si çox vaxt aparan, 3-sü isə orta...

Google-da ilk sıralara çıxmaq üçün Saytın Xəritəsinin yaradılması

Saytın Xəritəsi haqqında. Axtarış Sistemlərinin robotları və blogun ziyarətçiləri üçün Saytın Xəritəsinin yaradılması çox vacibdir. Saytın Xəritəsi Axtarış Sistemlərinin robotları tərəfindən blogun düzgün indeksləşdirilməsinə kömək edir. Nümunə üçün Saytın Xəritəsinin nə olmasının izahı üçün, bu nümunəyə baxaraq müəyyən təəssürata sahib ola bilərsiniz . Ümumiyyətlə, bu məqalədə WordPress blog üçün 2 cür Saytın Xəritəsini tərtib...

FTP ilə işləməyin qaydaları və biclikləri

FileZilla ilə FTP bağlantı. Bloggerin alətləri seriyasından – online və offline alətlər məqaləsində qeyd etdik ki, FTP ilə işləmək üçün ən məşhur və pulsuz olan proqramlardan biri də FileZilla proqramıdır. Proqram çox sadə və anlaşıqlıdır. FileZilla proqramını rəsmi saytından — filezilla-project.org yükləyib öz komputerinizdə quraşdırın. Sonra FileZillanı açıb File->Site Manager (Ctrl+S) menyusuna daxil olun. Burda isə öz FTP...

Wordpress.org ABŞ-da yeni IP qanunun əleyhinə etiraz üçün qara dizayna boyanıb

Hər gün girib yoxladığım wordpress.org saytına girərkən saytın əvvəlkindən tam fərqli qara dizayna büründüyünü görüb oxumağa başladım. Yazılanlara görə bir çox veb saytlar etiraz aksiyasına başlamışdır. Səbəb isə ABŞ konqresində İnternetin azadlığına bais olacaq «Intellektual Mülkiyyəti mühafizə etmək» («Protect IP») qanununun qəbul edilməsinə etirazdır. Wordpress.org ziyarətçilərə etiraz etmək üçün müraciət edir. Konqressə etiraz...

Bloggerin alətləri seriyasından – online və offline alətlər

Offline alətlər – Proqramlar. Total Commander – www.ghisler.com/ . Çoxfunksiyalı file explorer, vaxta və enerjiyə qənaət üçün çox əlverişlidir, funksiyalarının və imkanlarının genişliyi ilə əvəzedilməz alətinizə çevriləcəkdir. Qovluq və fayllarla əməliyyatlar, FTP client, mini proqramlar, çoxseriyalı əməliyyatların kompakt həlli və s. kimi imkanları vardır. FileZilla – filezilla-project.org/ . FTP client proqramıdır, pulsuz,...

WordPress quraşdırıldıqdan sonra tənzimləmələr və seçimlərin düzəldilməsi

Ümumi Məlumat: WordPressi Real Serverdə quraşdırdıqdan sonra tənzimləmələri qaydasına salmaq lazımdır ki, gələcəkdə əlavə problemlər yaranmasın. Bunun üçün öncə Admin panelə daxil olmaq lazımdır. WordPress blogumuzun Admin Panelinə daxil olmaq üçün (istər real, istərsə local serverdə), browserdə sizinblog.com/wp-admin yazırıq, sonra WordPressi quraşdırarkən təyin etdiyimiz administrator adı və şifrəsin yazıb daxil oluruq....

Local serveri yükləmək və quraşdırmaq. DENWER vs. WAMP

Bütün olaraq blogumda oxuyun: bit.ly/tgvP2z Local Server haqqında. Bu məqalədə Local Server (localhost) haqqında danışmaq və onun necə yüklənməsini göstərmək istəyirəm. Local Server nə deməkdir? Local Server blogunuzu öz komputerinizdə yaratmaq üçün Apache, Php, Mysql və məlumatlar bazası ilə işləmək üçün PhpMyAdmin kimi komponentlərdən ibarət proqram təminatıdır. Wordpress, Joomla, Drupal, Data Life Engine və s. kimi...

WordPressin Localhostda quraşdırılması

blogumda oxuyun: bit.ly/tzGXPW Ümumi Məlumat. Denwer və ya Wamp – ı quraşdırdıqdan sonra, fəal olaraq blog yaratmağa başlamaq üçün WordPressi öz komputerimizə yükləyib localhostda WordPresslə işləməyi öyrənməliyik. Növbəti mərhələdə blogun bütün texniki işlərini həll etdikdən sonra növbə bloggerliyə çatır. Tələsməyə ehtiyac yoxdur, localda işləməyi öyrənməklə işin yarıdan çoxunu həll etmiş oluruq. Sonra isə aldığımız hostingin...