Shaig
Reytinq
+76.80
Səlahiyyət
190.97

Shaig

Shaig Muradov

Kinotap.com-un iPhone-lar üçün tətbiqi istifadəyə verildi.

Fevral ayında Kinotap -ın Android telefonlar üçün olan tətbiqini istifadəyə vermişdik . İstifadəyə verdikdən sonra iPhone və iPod-lar üçün olan versiyası üzərində işləyirdik . Xüsusi ilə Bakcell -in Mobile Monday ilə birgə təşkil etdiyi yarışmada finala qaldıqdan sonra mümkün qədər tətbiqi yekunlaşdırmağa çalışdıq. Artıq beta versiyası hazırdır. App Store-a əlavə etdik, yükləmək üçün hazırdır —...

Kinotap.com android tətbiqi

Labrinin Twitter hesabından məlumat verdiyimiz kimi Kinotap application-ın Android üçün versiyası bir müddətdir ki, beta testerlər tərəfindən test olunurdu. Səhvlərimizi görməkdə köməklik göstərdikləri üçün hər birinə ( @em94mu , @azizoid , @tural_a , @Lyubuntu @NajafovRashad , @mrufkaus ) təşəkkür edirik. Artıq application-u istifadəyə verdik — https://play.google.com/store/apps/details?id=net.labrin.kinotap...

KinoTap.com - kino afişa saytı

Bu gündən Labrin -in yeni saytını istifadəyə veririk — KinoTap.com . Belə bir ideya olaraq çoxdan bəri fikirdə var idi. Ancaq Kinoteatrların az olması səbəbi ilə belə bir saytın aktuallığı yox idi. Artıq ən az 3 kinoteatr var yaxın zamanda yeniləri də açılacaq. Ona görə kino afişa saytının aktuallığı meydana çıxmağa başlayır. Yay aylarında Kino seçməyə çalışarkən hər kinoteatrın saytına ayrıca girmək, seçmək çox vaxt aparırdı. Yaxın bir...

Allinks.in - Linklərin Sosial Media statistika servisini yenilədik

Ötən il mini internet servisi olaraq Allinks.in -i istifadəyə vermişdik . Bəsit olaraq izah etsəm, dünyada ən çox istifadə edilən sosial şəbəkələrin paylaşım buttonlarından istifadə edərək, linklərin paylaşım statistikasını təqdim edən servisdir. Həmin servisə bir qədər "əl gəzdirdik". Bundan sonra statistikaları bir az dəqiqləşdirərək təqdim edəcəyik. Beləcə linklərin statistikası, paylaşım buttonu istifadə edən saytların...

"AzNet"də Qazax sərmayəsi: Poni

Azərbaycan İnterneti inkişaf etdikcə əcnəbilərin də diqqətini çəkir. Artıq 2011-ci ilin sonundan başlayaraq bazarla maraqlananlar olduğunu bilirəm. Bununla əlaqəli bir sıra e-maillər alıram, yaxın ətrafdan eşidirəm. Növbəti belə xəbəri isə bu yaxınlarda eşitdim. Bu barədə oxuculara qısa məlumat vermək istəyirəm. Bu dəfə Azərbaycan İnternet bazarına daxil olmaq istəyənlər yeni saytla yox, bazardakı mövcud saytı almaqla daxil olublar....

[email protected] 4G modemi [unboxing]

Azercell şirkəti yeni məhsulları olan 4G modemini sınaqdan keçirmək üçün hədiyyə etmişdi. Mən də sınaqdan keçirəndən sonra Weboxu olaraq qərara aldıq ki, göstəriciləri düz mətn şəklində yox, bir qədər vizual şəkildə təqdim edək. Bildiyiniz kimi, 4G hər yerdə aktiv deyil, yalnız bəzi nöqtələrdə aktivdir. Deyilənə görə əhatə dairəsi genişlənəcək. Qeyri-rəsmi olaraq deyilmişdi ki, 4G şəbəkəsi olmayan yerlərdə, mövcud şəbəkədən olan...

Azərbaycan Mobil bazarında son göstəricilər [infoqrafika]

Texnologiyanın sürətlə inkişaf edən bölmələrindən biri də Mobil Texnologiyalardır. Smartphone-ların sürətlə artması, mobil tətbiqlərin, mobil servislərin çox daha populyarlaşmağına gətirib çıxarır. Xüsusən Planşetlərin yayımlası mobil interneti daha irəliyə aparır. Ümumiyyətlə analitiklərin fikrinə görə, mobil internet istifadəsinə görə ənənəvi interneti ötüb keçəcək. Belə desək ənənəvi internet daha çox istehsal etmək üçün, mobil...

Nokia Lumia 800 - #unboxing

Novruz ərəfəsində, Nokia -nın Azərbaycandakı rəsmi təmsilçisi olan Mobitel şirkəti Sosial Meidiada aktivliyi ilə seçilənlərə hədiyyələr göndərdi. Çox sağ olsunlar, bu hədiyyələrdən biri də mənə gəlib çatdı . Hətta müşahidələrimə görə, Sosial şəbəkələrdəki fərqli smartfon istifadəçiləri öz platformalarından ayrılıb, əsas telefon olaraq Lumia ilə Windows Phone seçənlər də oldu. Yanvarın sonunda Azercell-in Mi-Fi cihazı...

Musiqi, @Azercell , #fizy ...

Bu il qeyri-rəsmi olaraq, ölkədə musiqi ilidir. Hər gün qarşıma Eurovision-la əlaqədar bir məlumat çıxır. Ya da hər hansı bir məlumatda Eurovisionla əlaqəli bir tərəfini görürəm. Fikirləşirəm ki, internet sahəsində də musiqi ilə əlaqədar hələ yenilikləri qarşıdakı zamanlarda da oxuya biləcəyik. Əvvəla bir qədər indiyə qədər olan musiqi dinləmə servisləri haqqında. Qeyd edim ki, yükləmə xidmətlərini bura daxil etmirəm. qogal.com —...

ElasticInbox - Scalable (miqyaslanabilən) Email Store

ElasticInbox açıq qaynaqlı və cloud-larda istifadə üçün qurulmuş email sistemdir. Bizə maraqlı olan cəhəti, bu açıq qaynaqlı sistemin yerli e-mail sistemi Box.az -ın yaradıcılarından olan Rüstəm Əliyev tərəfindən hazırlanmasıdır. Hazırlanması barədə çoxdandır məlumatım var idi. Sadəcə bu barədə məlumat vermək üçün bir qədər gözlədim. Çünki sistemin Londonda baş tutacaq tədbirlərdən birində tanıtımı ediləcəkdi. Mən də buradakı...

Facebook səhifələri üçün TimeLine aktivləşdi

Facebook Page-lər — səhifələri üçün yeni profil stilinə uygun olaraq TimeLine Page-lərə keçid başlayır. Hələki səhifələri yeni stilə tam keçirməyiblər. Ancaq istəyənlər yeni stili aktivləşdirə bilərlər. Mart ayının 30-dan etibarən isə bütün səhifələrin yeni stilə keçməyi planşdırılır. Yeni stildə əsas Facebook Developer-lər üçün maraqlı məqamlardan biri, custom Tab-lar idi. Bildiyiniz kimi bu Facebook marketingindəki vacib...

Online yemək sifarişi - www.nuush.az

İnternet bazarımızda yeni bir start-up: www.nuush.az fəaliyyətə başlayır. Bir neçə vaxt idi ki, səhifələrini Facebookda aktiv reklam Nuush.az qısa müddətə istifadəyə veriləcək. İnternet üzərindən yemək sifarişləri üçün nəzərdə tutulmuş sayt 3 sahədə hizmət verəcək: Çatdırılma, Gəl Götür, Catering. Bundan əvvəl də online yemək sifarişləri ilə əlaqədar bir neçə sayt açılmış ancaq bazarda istədiyi nəticəni əldə etməmişdilər....

Nar Mobile-ın yeni rəngləri (?!)

Son zamanlarda Nar Mobile-ın yeni reklamlarını ənənəvi rəngdə görmürəm. Azercell ilə bənzər korporativ rənglərdə olan Nar Mobile-ın son zamanlarda daha fərqli rənglərdən istifadə etməyi diqqətimi çəkir. Bunu necə şərh etmək olar deyə bilmərəm — Azercell ilə rəng müharibəsində məğlub olaraq geri çəkilmək yoxsa yeni qan axtarışı. Azercell və Bakcell-in 3G-ni xüsusi formada tanıtmağa başlayandan sonra Nar Mobile-ın 3G-si bir xeyli kölgədə...

Sosial Mediada reklam kampaniyaları

Son zamanlarda, dost-tanış çevrəsində misal çəkdiyim bəzi Sosial Media reklam «case study»ləri olurdu. Həmin bu reklam nümunələrini onlarla paylaşmağımı istəyənlər çoxaldığından, düşündüm ki, blogda da həmin nümunələri yerləşdirim. Beləcə gələcəkdə də, yerli və ya xarici maraqlı Sosial Media «case»ləri olduqca paylaşaram. Əgər sizin qarşınıza belə nümunələr çıxsa, siz də paylaşarsınız. Azərbaycanda təəssüf ki, Sosial Media...

3Gmax üçün @Azercell -in mi-fi cihazı - #unboxing

Həftənin birinci günü ( 23 yanvar ) Azercell əməkdaşları tərəfindən bizə ( Fərhad la mən ) 3Gmax üçün «3G GSM Wireless Router Mobile Hotspot WiFi» qısaca Mi-Fi cihazı verildi. Cihazlar satışdan qabaq təqdim edilmişdi. 2 gün ərzində bir qədər test etdim. Hələki çox gec olmadan istifadə təcrübəm barədə qeydləri etmək istədim. Çünki, sosial mediada test barədə yazdıqda suallar verilir. İlkin təcrübələrimdən sonra, qarşıma...

Weboxu istifadəçi seçimlərinin nəticələri #infoqrafika #html5

İlin sonlarına həsr olunmuş, 2011-ci ilin istifadəçi seçimləri başa çatdı. Tərəfimizdən müəyyən olunmuş namizədlər arasından oxucularımız daha çox bəyəndiklərini seçdilər. Daha maraqlı məsələ biz seçimləri HTML5 formatda interaktiv təqdimatını hazırladıq . 2 gün kimi qısa bir müddətdə hazırladığımızdan qüsurların olmağı normaldır. Bu HTML5-ə Chrome və FireFox -da baxa bilərsiniz. HTML5 və CSS3 qrafiklərini ən yaxşı bu...