Elvin85
Reytinq
+8.20
Səlahiyyət
17.75

Elvin85

Elvin85

Sizin şəxsi fayllar və bulud xidmətləri

Əsas sual: Sizin kompüterinizdə itməsini istəmədiyiniz sənədlər,şəkillər,videolar,qeydlər,planlar,cızma-qaralar,ideyalar,internetdən kəsib götürdüyünüz məlumatlar və.s. mövcuddurmu? Cavab hə isə davam edək. Ön qeyd: Bu yazı əsasən İKT sahəsinə aid olmayan Azərbaycan internet istifadəçiləri üçün daha çox məsləhətlidir, əgər siz İKT sahəsinə aidsinizsə, mövzunun bir qismi və ya böyük hissəsi sizə asan və məlum məsələlərdən bəhs etmiş ola bilər. Amma məlumat xarakterli hissələrlə yanaşı yazıda şəxsi yanaşmalar və şəxsi həll təklifləri də var deyə hər kəs üçün faydalı məqamlar tapıla bilər. Yazını çoxdan yazmaq istəsəm də...

WordPress-də email başlıqlarını dəyişmək

Wordpress CMS-i istifadə edən developerlər yəqin ki, ordakı wp_mail() funskiyasından xəbərdardırlar. Funksiyanın adı tanış gəlməsə belə gördüyü iş hamıya məlumdur. Bu funksiya vasitəsilə sistem emailləri göndərilir. Yəni yeni şərh olduqda, yazınıza şərh yazıldıqda, qeydiyyatdan keçdikdə, parolu unutduqda və.s. emailləri bu funksiya göndərir. Bu funksiyanın header-başlıqları(Göndərənin adı, email ünvanı) Wordpress-in nüvə fayllarından...

Online rus dili tədrisi - ilk mərhələ

Xaricidil.net saytı ilk fəaliyyət göstərdiyi 2 il ərzində yalnız ingilis dilini tədris edirdi. Saytın strukturu tam oturuşmalı idi ki, yeni dillərə də keçə bilək. Artıq ötən iki ildə təkamüllə formalaşan platformanın əsas etibarilə stabilləşdiyini düşünərək yeni dillər haqda düşünməyə qərar verdik. Saytda səsvermə keçirdik, yekun nəticəni də tvitlədik . Nəticəyə görə 1024 nəfərdən 50%-i saytda növbəti dil kimi məhz rus dilini arzu...

Amazon Kindle haqda fikirlər

Çoxdandır almağı planladığım Amazon Kindle elektron kitab oxuyucusunu nəhayət bu günlərdə ebay vasitəsi ilə əldə etdim. Dostların təəssüratı paylaşmaq istəyini nəzərə alıb bu yazını yazıram. Həm də bu cihaz xeyli sayda tanışlara maraqlı olduğundan əminəm ki maraqlananların ümumi sayı çoxdur. Çünki müasir zamanda çap kitab oxumaq bir az əlverişsiz(tutduğu yer, həcm, daşımaq və.s.) olduğundan gənclərin müəyyən hissəsi elektron oxuyucalara...

WordPress kateqoriyalarının Google chart ilə qrafik təsviri

Bu postda kiçik bir kod parçası paylaşmaq istəyirəm, bu kod wordpress bloqunuzun kateqoriyalarını yazı sayına görə qrafik təsvir edəcək, kod parçasını statistika ilə maraqlanan istənilən şəxs öz bloqunda yerləşdirə bilər. Kod aşağıda yazılanlardan ibarətdir: //Author: Elvin Haci //Author url: http://webania.net $ch_cats = get_categories(array('orderby'=>'count','order'=>'desc') ); $sayy= count($ch_cats); $chd=''; $chl='';...

Cavablar.net-in 1 ili.

Təxminən 1 il əvvəl Weboxu-da yeni eksperimental bir saytın, IT sual-cavab sistemi olan Cavablar.net saytının fəaliyyətə başlaması haqda yazmışdım . Saytın ilk öncə web sahəsinə aid suallara həsr olunduğunu get-gedə bütün İT sferasını əhatə etməsini planlaşdırıldığını da qeyd etmişdim. Şərhlərdə bir sıra faydalı məsləhətlər olmuşdu, onlar da operativ şəkildə reallaşdırılmışdı. Bəzi dostlarda aznetdə sual-cavab tipli saytın baş...

Azərbaycanda online ödəmə və ödənişli xidmətlər

Bu yazıda online ödəniş sistemi və online ödənişli xidmətlərin bizim milli internetdəki durumundan qısaca bəhs etmək istəyirəm. Əlavə fikirləri olanlar şərhlərdə mövzunu davam etdirsələr, çox yaxşı olar. Xaricidil.net saytında 01.06.2009-01.06.2011 aralığından 34 mindən bir qədər çox, 1 ildən bir qədər çox müddətdə olan facebook səhifəsində isə 11 minə yaxın üzv var. Saytda 1 ildən bir qədər artıqdır ki, Azericard tərəfindən təqdim...

Xaricidil.net rəsmi bloqu fəaliyyətə başladı [infoqrafika]

Xaricidil.net saytı üçün bir müddətdir ki, rəsmi bloq fikirləşirdik. Sonda müstəqil bloq açmaqdansa, Weboxu bloq sistemi daxilində kanal açmaq qərarına gəldik. Bundan sonra ara-sıra saytı özünə dair, statistik analiz, sahəmizə yaxın maraqlı mövzularda yazılar yerləşdirməyə çalışacağıq. İlk yazını təkcə salamlamadan ibarət olmasını istəmədik, ona görə də maraqlı ola biləcək statistik məlumatları da sizinlə bölüşmək istəyirik. Belə ki,...

Cavablar.net elektron jurnalı, say 3.

Cavablar e-jurnalının 3-cü buraxılışı işıq üzü gördü. Bu say vaxt məhdudiyyəti üzündən vaxtından gec hazır oldu, məhz vaxt amili üzündən görünüş baxımından tələsiklik hiss oluna bilər, üstündə ciddi iş aparılmayıb. Amma fikrimcə əsas olan məzmundur və bu sayda xeyli sayda maraqlı sualların cavabları yer alıb. Yükləmək üçün bu səhifəyə keçin.

Phototag Wordpress Plugini

İlk WP pluginim olan  HEXAM plugininin bir qoşqu proqramı kimi özünü doğrultması(müxtəlif ölkələrdən xeyli sayda developerdən təşəkkür və yeni update üçün təkliflər aldım)  növbəti pluginləri reallaşdırmağa stimul verdi. Növbəti plugin üçün ideyalar çox olsa da ilk olaraq şəkildə obyekti tag etmək üçün vasitə olan bir plugin yazmaq qərarına gəldim(Facebook şəkillərindəki tag sisteminin oxşar variantı). Əvvəlcə mövcud pluginləri...

HEXAM - yeni Wordpress plugini

Son zamanlar wordpress platformasında daha çox işlədiyimdən öz php class-larımı, kod parçalarımı wordpress-ə keçirmək barədə qərara gəlmişdim. İnline-php kimi çox faydalı plugini(wordpress page,post daxilində php kodların işləməsini təmin edir) aktiv etməklə və theme fayllarına lazımi php kodlar yazmaqla istədiyimiz nəticəni plugin olmadan da almaq olar. Amma təbii ki Plugin məsələnin universal həll yoludur və bu zaman php ilə iş təcrübəsi...

"Cavablar.net" e-jurnalı, say 1.

Bir neçə gün öncə twitter-də yazmışdım ki, bundan sonra Cavablar.net sual-cavab bazası müntəzəm olaraq e-jurnal şəklində də hazırlanıb internetdə yerləşdiriləcək. Artıq ilk say hazırdır. İlk sayda dizayn və mətn korrektliyi üzərində ciddi iş aparılmayıb, növbəti saylarda bu xüsusa da diqqət yetiriləcək. Əsas məqsəd sual və cavabları daha kompakt formada təqdim etməkdir. 50 sual 50 cavabı özündə ehtiva edən ilk sayı buradan...

Mobil axtarışda milli hərflərdən istifadə üçün mini-həll

Mobil telefonların əksəriyyətində milli hərfləri daxil edə bilmədiyimizdən bəzən kompüterdən kənarda olanda hər hansı dəqiq bir ifadənin axtarışı mümkün olmur. Əgər Google Azərbaycan dilini Yandex rus dilini bildiyi dərəcədə bilsəydi, təbii ki belə problem olmazdı, məsələn "ən hündür zirvə" ifadəsini «en hundur zirve» yazardıq, google da bunu anlayardı. Amma hazırda anlamır. Ona görə də javascriptin köməyi ilə bu problemi həll edən...

Web sual-cavab sistemi

Təklif və məsləhətlər üçün yeni hazırladığım saytı təqdim etmək istəyirəm: Cavablar.net — Azərbaycan türkcəsində web sual-cavab sistemi. Bildiyiniz kimi bu sahədə boşluq mövcuddur və Aznet-də istifadəçilərin tez-tez rastlaşdıqları sualları cavabları ilə birlikdə mərkəzləşdirilmək fikrimcə pis ideya deyil. Universal sual-cavab sistemi də qurmaq olardı, amma hələ ki sırf web mövzusunda Yahoo Answers tipli sistemin qurulmasına qərar verdim....