Azercell-in Barama Mərkəzi yeni inkubasiya proqramına başlayır
İnnovativ ideyalarınızı biznesə çevirmək üçün əla imkan “Azercell Telekom” MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi innovativ və maraqlı ideyalarını uğurlu biznesə çevirmək arzusunda olan startaplara növbəti dəfə dəstək olur. Belə ki, 10 il fəaliyyətdə olan mərkəz ölkədə sahibkarlıq mühitinin və rəqəmsal ekosistemin inkişafı üçün “Barama İnkubasiya Proqramına” start verir. Proqramın məqsədi gənc startapçılara yardım etmək, müxtəlif dəstək resursları və xidmətlər vasitəsilə onların biznesini sürətləndirməsinə təkan verməkdən ibarətdir. Layihədə uğur qazanan startaplar 6 ay ərzində ödənişsiz ofis dəstəyi, peşəkar konsultasiya...