Amilll
Reytinq
+1.22
Səlahiyyət
2.14

Amilll

Amil

Wordpress üçün Modern UI temalar

Salam. Yəqin ki, Wordpress işlədənlər var. Wordpress üçün Metro Modern interfeysli temalar istəyənlər bu linkə daxil ola bilər. Əksəriyyəti ödənişli olsa da, deyəsən, biri pulsuzdur. 1800PocketPC

“Nexus 7” planşetlərinin birinci partiyası 2 gün ərzində satılıb

Amerikanın pərakəndə mağazaları “Nexus 7” planşet kompyuterlərinin birinci partiyasını demək olar ki tamamilə satıb. “Lenta.ru” saytı bildirir ki, qurğu ABŞ-da ötən həftənin cümə günü, iyulun 13-də satışa çıxarılıb, lakin mağazalar ilkin sifarişləri bir neçə gün əvvəldən qəbul etməyə başlamışdılar. Qurğunun yeni partiyası mağazalara avqustun əvvəlində gətiriləcək. Amerikalılar əvvəlki kimi “Nexus 7” planşetini “Google” saytı...

Facebook "Blackberry"ni satın alır

Kanadanın «Research in Motion» (RIM) korporasiyası qənaət və ixtisarlar proqramını davam etdirir. «Blackberry» smartfonunun istehsalçısı sahib olduğu iki təyyarədən birini satmaq qərarına gəlib. «Bloomberg» bildirir ki, 9 yerlik «Dassault Falcon 50EX» biznes cetini satmaqla korporasiya 6-7 milyon dollar əldə etmək, habelə təyyarənin işlədilməsi ilə bağlı 2,1 milyon dollara qənaət etmək niyyətindədir. «F50EX» satılandan sonra...

Ən populyar brauzer hansıdır?

«Mashable» bildirir ki, bir zamanlar ən texnoloji brauzer sayılan «Opera» çoxsaylı və tükənmək bilməyən problemlər ucbatından indi dünya bazarının cəmi 1,5 faizinə malikdir. Facebook sosial şəbəkəsinin «Opera»nı satın almağa hazırlaşdığını nəzərə alsaq, brauzer bataqlıqdan çıxa bilər. «Apple»in məhsulu olan «Safari» 9 faizlik paya malikdir. Liderlərə gəldikdə, 3-cü yeri tutan «Mozilla Firefox» bazarın 25 faizinə nəzarət edir....

“Nokia” şirkətinin sabiq əməkdaşları smartfon hazırlayır

“Nokia” şirkətinin sabiq əməkdaşlarından ibarət qrup şirkətin ötən il imtina etdiyi “MeeGo” əməliyyat sistemində işləyən smartfonlar istehsal edəcək. “Jolla” adlandırılmış startap “Nokia N9” modelinin (“MeeGo” platformasında işləyən birinci və son model) yaradılmasında iştirak etmiş direktor və aparıcı mütəxəssislərdən ibarətdir. Yeni şirkətin direktoru Mark Dillon olacaq. O, “Nokia” şirkətində təxminən 11 il işləyib. Startapın...

Twitter axtarışı sadələşdirdi

Twitter mikrobloqinq servisi axtarışı sadələşdirib. Bundan sonra servisin axtarış bölməsi istifadəçinin aramağa çalışdığı sözün ilk hərflərini yazmağa başlamasından sonra kəlməni avtomatik tapmağa çalışır və açılan menyudan axtarış sorğusunu təqdim edir. Axtarış nəticələri tvitlər və istifadəçilərin adları təki iki yerə bölünüb. Axtarış sadələşsə də, hələlik tam təkmilləşməyib.

Yeni iPhone “hörümçək”

Dizayner Federico Ciccarese istifadə edilən telefonları yalnız yenidən dizayn etmişdir. Qəlibləşmiş bir sensorlu ekran yerinə əldən yapışan yeni iPhone 5 haqqında nə düşünürsünüz? Bu dizaynda smartfon barmaqların arasından əli örtür. Dizaynın əsas qismi tanış gəlir, iPhone smartfonudur. Həm də olduqca elastik bir quruluşdadır. Ehtimalla Ciccarese, Sony’nin rəngli e-paper’i ilə hazırlamışdır bu konsepti. Həm də ötən günlərdə çıxan...

Google Galaxy Nexus-un məhkəmə qadağasını proqram təminatını yeniləməklə aradan qaldıracaq

Google şirkəti Apple-a məxsus patent hüququnun pozulması ilə bağlı ittihamı aradan qaldırmaq məqsədilə Galaxy Nexus smartfonu üçün proqram təminatının yenilənmiş variantını buraxacaq. Proqram təminatının yenilənməsi aparat ekranında yerləşən sürətli axtarış panelinə aid olacaq. İstifadəçilər bundan sonra onun köməyi ilə smartfondakı məlumatların axtarışını edə bilməyəcəklər. Bunun əvəzində isə yalnız internetdəki nəticələri tapmaq...

Yeni növ iPad satışa hazırlanır

ABŞ-ın Apple korporasiyası iPad planşet kompüterinin yeni, kiçik variantını satışa çıxarmağa hazırlaşır. Yeni və kiçik iPad-da 8 düymlük displey olacaq. Yeni planşet kompüter ilin sonuna qədər satışda olacaq. Kiçik və ucuz iPad planşet kompüterləri bazarda Google, Amazon və Microsoftun səylərini alt-üst edə bilər. «Sterne Agee & Leach»in analitiki Şou Vunun dediyinə görə, mini-iPad-ın 199 dollardan satılacağı gözlənilir.

“Microsoft” son 20 ildə bu vəziyyətə düşməyib

ABŞ-ın “Microsoft” korporasiyası cari maliyyə ilinin IV rübünün mənfəətindən 6,2 mlrd. silməyə hazırlaşır. İnternet sektoruna uğursuz investisiyalar ona gətirib çıxarıb ki, şirkət son 20 ildə ilk dəfə olaraq rübü zərərlə başa vuracaq. Analitiklərin fikrincə, cari maliyyə ilinin son üç ayında “Microsoft”un mənfəəti 5,3 mlrd. dollar təşkil edəcək. Şirkət rüblük hesabatını iyulun 19-da açıqlayacaq. Qeyd edək ki, əsası 1975-ci...

Azərbaycan saytlarının reytinqi açıqlanıb

Dünyanın tanınmış “ Alexa.com ” reytinq saytı Azərbaycandan izlənilən ən populyar saytların adını açıqlayıb. Onların açıqladığı rəqəmlərə görə, azərbaycanlıların ən çox izlədiyi saytların ilk beşliyində “Facebook”, “YouTube”, “Google.az”, “Google.com” və “Mail.Ru” yer alır. İlk 50-yə Azərbaycanın cəmi 23 saytı düşüb. Ən maraqlısı odur ki, bu 23 saytın da əksəriyyəti (15) xəbər resurslarıdır. Digər 8 saytdan üçü əyləncə portalı,...

"Apple" 60 milyon cərimə verdi

Çin məhkəməsi «Apple» şirkətinin Çində iPad adından istifadə edilməsinə dair mübahisəni həll etmək üçün Şhenzen şəhərində bir şirkətə 60 millyon dollar ödədiyini deyib. Məhkəmənin bu gün açıqladığı bəyanatda deyilir ki, razılıq «Apple» və «Proview Technology» şirkəti arasında danışıqlardan sonra əldə edilib. Sövdələşmə uzun sürən mübahisələrdən və «Proview» şirkətinin populyar iPad mini kompüterlərin Çinin bir hissəsində satışını...

Galaxy Tab və Nexus telefonları ABŞ-da satılmayacaq

Kaliforniya məhkəməsi Samsung Galaxy Nexus smartfonlarının ABŞ-da satışına qadağa qoyub. Bununla da “Apple” şikətinin məhkəmə iddiası təmin olunub. “Apple” smartfonların iPhone-dan kopyalandığını iddia edirdi. Bir həftədə bu ikinci məhkəmə prosesidir ki, “Apple” “Samsung” üzərində qələbə çalır. 26 iyunda məhkəmə Galaxy Tab planşetlərin iPad-ın kopyası satışına qadağa qoymuşdu. Məhəkəmə qadağası patentlərin pozulması ilə bağlı əsas...

"Blackberry" indi də "Microsoft"a keçdi

Microsoft məşhur «Blackberry» telefonlarının istehsalçısı olan «Research in Motion» şirkəti ilə əməkdaşlığı nəzərdən keçirir. Əməkdaşlıq çərçivəsində «Research in Motion»un telefonları üçün Windows əməliyyat sistemi hazırlanacaq. İki şirkətin tərəfdaş olacağı təqdirdə nə cür telefonlar və planşetlər istehsal olunacağı hələ ki, bəlli deyil. Mənbə: WMPoweruser

“Gmail” və “Chrome”-un istifadəçilərinin sayı açıqlanıb

“Gmail” poçt xidmətindən 425 milyon insan istifadə edir. Bu barədə “Google” korporasiyası “I/O” konfransının ikinci günü məlumat verib. 2012-ci ilin yanvarında “Gmail” poçt xidmətinin auditoriyası 350 milyon təşkil edirdi və o vaxtdan bəri istifadəçilərin sayı 75 milyon artıb. “Gmail” xidməti hazırda ABŞ-ın 45 ştatında yerləşən dövlət idarələri tərəfindən istifadə olunur. “Gmail” (ilk əvvəl “Google Mail” adlanırdı) poçt xidməti 2004-cü...

"Nokia Lumia" 0,01 dollara satılır

«Amazon»da «Nokia Lumia 900» smartfonu 0,01 dollara satılır. Bu qiymətə telefon «AT&T» mobil rabitə operatoru ilə 2 illik abunə müqaviləsinin imzalanmasını nəzərdə tutur. Ekspertlərin fikrincə, «Nokia Lumia 900»ün bu qiymətdən satılmasının səbəbi «Microsoft» korporasiyasının «Windows Phone 8» əməliyyat sistemini təqdim etməsidir. «Lumia 900» smartfonunda isə əməliyyat sistemini yeniləmək mümkün deyil.

"Apple"dən "Samsung"a ağır zərbə

«Apple» korporasiyasının «Samsung Electronics»in planşet kompüterlərinin satışlarının müvəqqəti dayandırılması ilə bağlı tələbinə müsbət cavab verilib. Kaliforniyanın San-Xose bölgəsinin baş hakimi Lusi Ko bu barədə dünən qərar verib. Bir qədər əvvəl o, «Apple»ın iddiasına baxmış, amma «Samsung»un davranışında problem görməmişdi. Fəqət, iddiaya təkrar baxışdan sonra hakim qərarını dəyişib. Məhkəmənin qərarı «Apple»a...

Twitter üzr istədi

Twitter mikrobloqinq servisi dünən baş vermiş texniki problemlərə görə bütün istifadəçilərindən üzr istəyib. «Bunun səbəbi haker hücumu, yeni ofisə köç, „Avro-2012“ və ya avatarlardakı qiflər deyil. Qlobal problem proqram təminatının bir səhvə görə yaratdığı zəncirvari reaksiya ilə bağlıdır. Bu zəncirvari səhv aşkarlanan kimi zəruri tədbirlərə əl atdıq. Ən başlıcası isə proqram təminatını yeni versiyadan çıxararaq stabil, köhnə versiyaya...

YouTube pullu xidmətə də keçir

YouTube videolar üçün pullu xidmətə keçməyi planlaşdırır. Müxtəlif pullu kabel kanallarının videhostinqi üçün pullu qeydiyyat təklif olunacaq. Kabel kanallarının elə də böyük auditoriyası olmasa da, onların sahibkarları yerləşdirilən videolardan heç nə qazanmır. Pullu qeydiyyatla vəziyyəti yaxşılaşdırmaq olacaq. Youtube istifadəçilərinə pul qazanmaq imkanı da yaradır. Keçən il Rusiyada fəaliyyətə keçən reklam xidməti izləyicisi çox...