“Nexus 7” planşetlərinin birinci partiyası 2 gün ərzində satılıb

Amerikanın pərakəndə mağazaları “Nexus 7” planşet kompyuterlərinin birinci partiyasını demək olar ki tamamilə satıb. “Lenta.ru” saytı bildirir ki, qurğu ABŞ-da ötən həftənin cümə günü, iyulun 13-də satışa çıxarılıb, lakin mağazalar ilkin sifarişləri bir neçə gün əvvəldən qəbul etməyə başlamışdılar. Qurğunun yeni partiyası mağazalara avqustun əvvəlində gətiriləcək. Amerikalılar əvvəlki kimi “Nexus 7” planşetini “Google” saytı vasitəsilə sifariş edə bilərlər. “Google” şirkəti “Nexus 7” planşetini iyunun sonunda təqdim edib. O, dördnüvəli prosessora və 7 düymlü diaqonala malik displey ilə təchiz olunub. Aparata “Android...

Linuxda @Azercell 3GMax modeminin quraşdırılması

Azercell 3GMAX modemini Linux Ubuntu distributivində quraşdırma qaydaları aşağıdakı kimidir: İlk olaraq şəbəkə parametrlərində Edit Connections bölməsinə daxil olmaq lazımdır. Daha sonra Add düyməsinə sıxıb yeni Connection əlavə etmək lazımdır. Çıxan pəncərədə ZTE WCDMA Technologies MSM seçib Continue düyməsinə sıxın. Növbəti pəncərədə uyğun olaraq Azərbaycan və Azercell seçin. Növbəti çıxan...

Facebook (Lüğət mənası, açıqlaması və fb nədir?)

Facebook sosial şəbəkəsi haqqında bildiyim və topladığım bütün məlumatları qeyd etməyə çalışacam :) Facebook insanların digər insanlarla ünsiyyət qurmasını və məlumat alış-verişi etməsini qarşısına məqsəd qoyan bir ictimai paylaşım saytıdır. 4 Fevral 2004 tarixində Harvard Universitetinə qəbul olmuş Mark Zuckerberg tərəfindən qurulan facebook əvvəlcə Harvard tələbələri üçün nəzərdə tutulmuşdu. Daha sonra Boston ətrafındakı məktəbləri də...

Oxuyun.com

Yeni Açılan saytımızı siz dəyərli userlərimizə təqdim edməkdən böyük məmnunluq duyuruq Sayt haqqında qısa tanışlıq Oxuyun.com olaraq ən yeni texnoloji inkişafları və ən son çıxan məhsulları, ən sürətli şəkildə sizlərə çatdırmağı məqsəd qoyuruq.Bir adamın səyi ilə bu qədərini etmək müvəffəqiyyət sayıla bilərmi? Təqdir sizindir… Əgər bizə yardımçı olmaq istəyirsinizsə onda…Bizi yoldaşlarınıza izah edin. Yazılarımızı Twitter,...

Yeni növ iPad satışa hazırlanır

ABŞ-ın Apple korporasiyası iPad planşet kompüterinin yeni, kiçik variantını satışa çıxarmağa hazırlaşır. Yeni və kiçik iPad-da 8 düymlük displey olacaq. Yeni planşet kompüter ilin sonuna qədər satışda olacaq. Kiçik və ucuz iPad planşet kompüterləri bazarda Google, Amazon və Microsoftun səylərini alt-üst edə bilər. «Sterne Agee & Leach»in analitiki Şou Vunun dediyinə görə, mini-iPad-ın 199 dollardan satılacağı gözlənilir.

“Microsoft” son 20 ildə bu vəziyyətə düşməyib

ABŞ-ın “Microsoft” korporasiyası cari maliyyə ilinin IV rübünün mənfəətindən 6,2 mlrd. silməyə hazırlaşır. İnternet sektoruna uğursuz investisiyalar ona gətirib çıxarıb ki, şirkət son 20 ildə ilk dəfə olaraq rübü zərərlə başa vuracaq. Analitiklərin fikrincə, cari maliyyə ilinin son üç ayında “Microsoft”un mənfəəti 5,3 mlrd. dollar təşkil edəcək. Şirkət rüblük hesabatını iyulun 19-da açıqlayacaq. Qeyd edək ki, əsası 1975-ci...

Azərbaycan saytlarının reytinqi açıqlanıb

Dünyanın tanınmış “ Alexa.com ” reytinq saytı Azərbaycandan izlənilən ən populyar saytların adını açıqlayıb. Onların açıqladığı rəqəmlərə görə, azərbaycanlıların ən çox izlədiyi saytların ilk beşliyində “Facebook”, “YouTube”, “Google.az”, “Google.com” və “Mail.Ru” yer alır. İlk 50-yə Azərbaycanın cəmi 23 saytı düşüb. Ən maraqlısı odur ki, bu 23 saytın da əksəriyyəti (15) xəbər resurslarıdır. Digər 8 saytdan üçü əyləncə portalı,...

"Apple" 60 milyon cərimə verdi

Çin məhkəməsi «Apple» şirkətinin Çində iPad adından istifadə edilməsinə dair mübahisəni həll etmək üçün Şhenzen şəhərində bir şirkətə 60 millyon dollar ödədiyini deyib. Məhkəmənin bu gün açıqladığı bəyanatda deyilir ki, razılıq «Apple» və «Proview Technology» şirkəti arasında danışıqlardan sonra əldə edilib. Sövdələşmə uzun sürən mübahisələrdən və «Proview» şirkətinin populyar iPad mini kompüterlərin Çinin bir hissəsində satışını...

Muzzaz.net Android Application

Muzzaz-ı artıq mobil telefonunuzda dinləyə biləcəksiniz. Android platforması üçün hazırlanan tətbiqi aşağıdakı linkdən yükləyə bilərsiniz. Proqramı həmçinin Play Marketdə «muzzaz və ya muzzaz.net» axtarmaqla tapıb yükləmək olar. Xatırladaq ki, gələn ay tətbiqin həm iOS, həm də Windows Mobile versiyası hazır olacaq. goo.gl/veiZQ Yenilikləri izləməyi unutmayın! www.muzzaz.net www.facebook.com/muzzaznet...

Galaxy Tab və Nexus telefonları ABŞ-da satılmayacaq

Kaliforniya məhkəməsi Samsung Galaxy Nexus smartfonlarının ABŞ-da satışına qadağa qoyub. Bununla da “Apple” şikətinin məhkəmə iddiası təmin olunub. “Apple” smartfonların iPhone-dan kopyalandığını iddia edirdi. Bir həftədə bu ikinci məhkəmə prosesidir ki, “Apple” “Samsung” üzərində qələbə çalır. 26 iyunda məhkəmə Galaxy Tab planşetlərin iPad-ın kopyası satışına qadağa qoymuşdu. Məhəkəmə qadağası patentlərin pozulması ilə bağlı əsas...

"Blackberry" indi də "Microsoft"a keçdi

Microsoft məşhur «Blackberry» telefonlarının istehsalçısı olan «Research in Motion» şirkəti ilə əməkdaşlığı nəzərdən keçirir. Əməkdaşlıq çərçivəsində «Research in Motion»un telefonları üçün Windows əməliyyat sistemi hazırlanacaq. İki şirkətin tərəfdaş olacağı təqdirdə nə cür telefonlar və planşetlər istehsal olunacağı hələ ki, bəlli deyil. Mənbə: WMPoweruser

“Gmail” və “Chrome”-un istifadəçilərinin sayı açıqlanıb

“Gmail” poçt xidmətindən 425 milyon insan istifadə edir. Bu barədə “Google” korporasiyası “I/O” konfransının ikinci günü məlumat verib. 2012-ci ilin yanvarında “Gmail” poçt xidmətinin auditoriyası 350 milyon təşkil edirdi və o vaxtdan bəri istifadəçilərin sayı 75 milyon artıb. “Gmail” xidməti hazırda ABŞ-ın 45 ştatında yerləşən dövlət idarələri tərəfindən istifadə olunur. “Gmail” (ilk əvvəl “Google Mail” adlanırdı) poçt xidməti 2004-cü...

Saytınıza daxil olan viruslardan xilas olun

Salam dostlar. Bu yazımda sizlərə saytımıza daxil olan viruslardan necə xilas ola biləcəyimizi paylaşacağam. Bəlkə də sizlərin əvvəl başınıza gəlmişdir. Hətta öz-özünüzə bu virus nə imiş ki, gəlib hostumuza da çıxdı demisiniz. Amma lazımlı təhlükəsizlik tədbirləri görülmədikdə virus nəyi, necəliyi soruşmadan hostinqədə daxil olur. Bu viruslardan daha çox yayılan iframe və .ru uzantılı rus viruslar…   Əvvəlcə FTP şifrənizi...

"Nokia Lumia" 0,01 dollara satılır

«Amazon»da «Nokia Lumia 900» smartfonu 0,01 dollara satılır. Bu qiymətə telefon «AT&T» mobil rabitə operatoru ilə 2 illik abunə müqaviləsinin imzalanmasını nəzərdə tutur. Ekspertlərin fikrincə, «Nokia Lumia 900»ün bu qiymətdən satılmasının səbəbi «Microsoft» korporasiyasının «Windows Phone 8» əməliyyat sistemini təqdim etməsidir. «Lumia 900» smartfonunda isə əməliyyat sistemini yeniləmək mümkün deyil.

"Apple"dən "Samsung"a ağır zərbə

«Apple» korporasiyasının «Samsung Electronics»in planşet kompüterlərinin satışlarının müvəqqəti dayandırılması ilə bağlı tələbinə müsbət cavab verilib. Kaliforniyanın San-Xose bölgəsinin baş hakimi Lusi Ko bu barədə dünən qərar verib. Bir qədər əvvəl o, «Apple»ın iddiasına baxmış, amma «Samsung»un davranışında problem görməmişdi. Fəqət, iddiaya təkrar baxışdan sonra hakim qərarını dəyişib. Məhkəmənin qərarı «Apple»a...

5 addım və bloqunuza daimi istifadəçi

Bloq yazanlar bilər ki, blogumuza ziyarətçi təmin etmək üçün sosial media çox əhəmiyyətlidir. Bloqlarda çıxan yazılar, yazılara gələn şərhlər bloqun öz sosial şəbəkəsini meydana gətirir. Sosial şəbəkələr yəni Facebook, Twitter və Linkedin bloqunuzun böyüməsi üçün olduqca əhəmiyyətlidir. Onsuz da bloqlar ilk qurulduqları zaman ziyarətçilərinin böyük bir qisimini sosial şəbəkələr üzərindən götürürlər və müəyyən bir müddət sonra axtarış...

Facebook Spamlarından Qorun!

Bir daha salam əziz oxuyucular. Əvvəlcə bunları qeyd edim ki, facebook, twitter, youtube və s. hansı saytlar ki, izlənmə sayı, abunəçi çoxluğu və s. nəzərə alınır yəni hər an diqqət mərkəzindədir həmin saytlarda hər an kimlərsə mənim dilimdə desək  «mükafat»landırılır. Niyə «mükafat» yazdım? Baxın bundan əvvəlki mövzu da bəzi saytlar qeyd etmişdim ki, həmin saytlar vasitəsi ilə misal üçün youtube.com — da yerləşdirilən adi bir video...

Twitter izləyici, Facebook abunə və saytınıza istifadəçi artırmaq

Twitter İzləyici, Facebook Abunə Və Saytınıza İstifadəçi Artırmaq üçün aşağıda müxtəlif vasitələr qeyd etmişəm. Twitter izləyici Bir neçə vasitə var ki, bunlardan hansılar sizlərə uyğundursa ondan istifadə edərsiniz. Bura ya daxil olun və açılan səhifədə «Kaydol» və ya «Giriş» pəncərələrinə daxil olun. Twitter hesabınız ilə daxil olun. Sistem saatda 25 nəfəri izləməyə imkan verəcək. 25 adamı izləyib bal toplayırsınız. Sizi...

Twitter üzr istədi

Twitter mikrobloqinq servisi dünən baş vermiş texniki problemlərə görə bütün istifadəçilərindən üzr istəyib. «Bunun səbəbi haker hücumu, yeni ofisə köç, „Avro-2012“ və ya avatarlardakı qiflər deyil. Qlobal problem proqram təminatının bir səhvə görə yaratdığı zəncirvari reaksiya ilə bağlıdır. Bu zəncirvari səhv aşkarlanan kimi zəruri tədbirlərə əl atdıq. Ən başlıcası isə proqram təminatını yeni versiyadan çıxararaq stabil, köhnə versiyaya...