TechEd Russia 2012 - Microsoft şirkətinin böyük online konfransı

Dostlar, bu gün texnologiya aləmində böyük bir konfrans — TechEd Russia 2012 başlayır! TechEd ilə birlikdə 27-28 oktyabr Bakı saatı ilə 11:00-dan online konfranslar başlayacaq! Online konfransda 9 müxtəlif zalda bir çox mütəxəssislər öz bilikləri ilə bölüşəcəklər! www.msteched.ru/ ünvanı üzrə keçərək, online konfransda iştirak edə bilərsiniz. Qeyd etmək istərdik ki, EDUCAT təhsil mərkəzi 2006-cı ildə Microsoft şirkətinin GOLD tərəfdaşı statusunu alıb.

ICANN region ölkələrinin DNS server`lərini Azərbaycana daşımaq istəyir

Bayaq adətim üzrə xəbər site`larına nəzər edərkən belə bir yazı ilə qarşılaşdım .Bilmirəm indi buna sevinim yoxsa yox.Əlqərəzə xəbərin məğzindən belə başa düşdüm ki ICANN bizim regionda öz serverlərini qurmaq fikirinə düşüb.Belə baxanda internet məkanın devlərindən olan google və microsoft`da Azərbaycanda regional data mərkəzlərinin yaradılması eşqinə düşmüşdü.Amma sonradan deyəsən fikirlərindən caydılar səs soraq çıxmadı izlədiyim media...

"Nod Magazine" - Azərbaycan dilində texnologiya jurnalı artıq satışda

«NOD Magazine» Azərbaycan dilində texnologiya jurnalıdır. Noyabrın əvvəlində ilk sayı ilə satışa çıxarılmış jurnalın əsas məqsədi Azərbaycanlı texnologiya həvəskarlarına öz dilində, öyrədici mahiyyət daşıyan, mütəxəssislər tərəfindən yazılmış məqalələr çatdırmaqdır. «NOD Magazine» hər profildən olan texnologiya həvəskarları üçün nəzərdə tutulmuş məqalələr, dərsliklər, mütəxəssis rəyləri, analizlər, oyunlar haqqında məlumatlar, mobil...

Azərbaycan İnternet İdarəçiliyi forumunda üç sessiya üzrə müzakirələr oldu (FOTO)

Azərbaycan İnternet Forumunun təşkilatçılığı və İREX Media Azərbaycanın dəstəyi ilə 31 oktyabr tarixində Park İnn Hotelində Azərbaycan İnternet İdarəçiliyi Forumu mövzusunda Milli Konfrans keçirildi. Konfransda mövcud aktual problemlərin həlli istiqamətində müzakirələr oldu. Üç sessiyadan ibarət olan forum boyunca dövlət və qeyri-dövlət internet resursların informasiya təhlükəsizliyinin qorunması, ölkənin bütün ərazisində keyfiyyətli...

MVC əsasında xırda nümunə

Əgər Siz MVC nə olduğunu və bu patternin necə işlədiyini tam analadınızsa, hazırki paraqrafı buraxa bilərsiniz. Anlamayanlar isə dalımca :) Gəlin nümunə kimi belə bir xırda funksiyanallı bir proqram yazaq. Bu proqram sadəcə bazadan verilənləri yükləyərək təsvir edəcək, və ən əsası da odur ki, MVC məntiqi əsasında olacaq. Proqramımızın strukturu aşağıdakı kimi olacaq. Göstərilmiş faylları yaradaq. index.php config.php...

İKT sahəhində sertifikatlar vacibdirmi? - 2

Salam dostlar. Keçən həftə biz " İKT sahəhində sertifikatlar vacibdirmi? " mövzusu üzrə ilk məlumatlar verdik. Bu gün həmin mövzuya qayıdaraq, davamını sizin diqqətinizə çatdıracayıq. Sertifikat ya təcrübə? Hansı daha əhəmiyyətlidir? İşə götürənlər birmənalı düşünürlər : təcrübə müxtəlif kağızlardan daha əhəmiyyətlidir. "İşə götürərkən əsasən sertifikatlar deyil, nümayiş etdirilən biliklər...

AzStore - Azerbaijan Android Application Store

AzStore Version 1.0 – Milli tətbiqləri bir yerdə cəmləyən və onları istifadəçi tərəfindən daha rahat və asan şəkildə aşkar edib, yüklənməsi üçün tərtib olunmuş tətbiqdir. Bundan əlavə istifadəçilər hər bir tətbiqə səs verə və öz rəyini bildirə bilərlər. AzStore nə üçün istifadə olunur? — Axtardığınız mili tətbiqi tapmaqda köməkçidir. — Azərbaycanda Android platforması üçün yazılmış tətbiqlərin inkişafını və son...

WordPress Azərbaycan İstifadəçiləri Birliyi

Bu gün ilk addımlarını atdığımız Azərbaycan wordpress istifadəçiləri birliyi, ümid edirik ki siz dəyərli azərbaycanlı dostlarımızın dəstəyi ilə böyüyər və bu gözəl təsir sahib çıxılaraq, Azərbaycan ümumisinə yayılır; Azərbaycanda wordpress dünyasının inkişafına iştirak edər. İlk məqsədimiz bizə dəstək olacaq yoldaşlarımızla birləşmək və wordpress qaynaqlarını azerbaycan diline çevirərək, WordPress Azərbaycan dili faylını yaratmaq,...

Aztagram – Azərbaycanlı Instagram istifadəçiləri mərkəzi

Aztagram (Instagram Azerbaijan) layihəsi, Instagram  foto-sosial şəbəkəsindən istifadə edən azərbaycanlıları bir yerdə cəmləmək, eləcə də onların çəkdiyi şəkilləri bir yerə yığaraq, digər insanlara təqdim etmək məqsədi ilə yaradılıb. Saytda Azərbaycanın müxtəlif bölgələrində «Instagram» istifadə edən insanlar tərəfindən çəkilən şəkilləri izləyə bilərsiniz. Bundan əlavə, hər bir şəkli şərh edə, eləcə də müxtəlif sosial şəbəkələrdə...

Növbəti Hackathon yarışmasına hazırlıq

Yəqin çoxunuz dünən sosial şəbəkələrdə Rəşad Əliyevin “Yeni Hackathona hazirliqlar bashlayir… “ başlığı altında yayımladığı status, twitlərini görmüsünüz. Bəs maraqlıdırmi ki, sizə növbəti Hackathon yarışması nə zaman, necə və ən əsası hansı mövzuda keçiriləcək? Bu suallara cavab tapmaq istəyirsinizsə, postu oxumağa davam edin. :-) Aldığım məlumata görə dünən axşam 20:00 radələrində növbəti Hackathon layihəsi çərçivəsində ilkin...

Comphistory.info saytı istifadəyə verildi

2012-ci il sentyabrın 20-də http://www.comphistory.info saytı rəsmi olaraq istifadəyə verildi. Layihə kompüter tarixi ilə bağlı məlumatları bir yerə toplamaq məqsədilə hazırlanıb. Kompüter tarixinin zaman şkalası (http://www.comphistory.info) hazırda 1939-cu ildən 2012-ci ilədək olan kompüter tarixini araşdırır. Gələcəkdə 1939-cu ilədək məlumatları sayta daxil etmək planlaşdırılır. Həmçinin qeyd edim ki, 1939-2012-ci illəri...

Mobiz.az saytında “Vakansiyalar” bölməsi fəaliyyətə başlayıb

Mobiz.az izləyicilərinin nəzərinizə çatdırmaq istərdik ki, portalda yeni «Vakansiyalar» bölməsi fəaliyyətə başlayıb. Bu bölmədə telekommunikasiya sektorunda tələbat olan vakasiyalar barədə məlumat əldə edə bilərsiniz. Saytın baş redaktoru Ellada Mustafayevadan aldığımız məlumata görə saytda yeni açılan “Vakasiyalar” bölməsindən tələbələr və eləcə də iş axtaran digər şəxslər telekommunikasiya sektorunda fəaliyyət göstərən...

“İnformasiya Təhlükəsizliyi” mövzusu müzakirə olundu

Xəzər Universiteti, İnternet İnstitutunun direktoru Rəşad Əliyev Sentyabrın 8-də Xəzər Televiziyasının “Həyata Baxış” verilişində qonaq olub. Canlı efirdə “İnformasiya Təhlükəsizliyi” mövzusu müzakirə olunub. İnformasiya və Texnologiyaları İnstitutunun eksperti Rasim Mahmudov, APA informasiya agentliyinin baş direktoru Vüsalə Mahirqızı və İT üzrə ekspert Cahid İsmayıloğlunun da iştirak etdiyi veriliş maraqlı müzakirələrlə yadda qalıb....

"Şok mok" portalları

Azərbaycanda hal hazırda sürətlə yeni — yeni saytlar meydana çıxır. Həmin resurslar həm xəbərlərin verilməsi baxımından həm də məzmun baxımından demək olar ki bir-birini təkrarlayır. Bu resurslarda ən çox işlədilən ifadə isə "Şok", ən çox oxunan yazılar isə erotika, 18 yaş və yuxarı şəxlər üçün nəzərdə tutulan yazılar şobiznes xəbərləri və kriminaldır. Maraqlı bir məqam ortaya çıxır əgər bir il bundan qabaq internet istifadəçiləri...

Azərbaycan istehsalı USB qurğu qoruma sistemi - Fortune USB Security 2012

Azərbaycan istehsalı olan USB qurğu qoruma sistemi , Fortune USB Security 2012 yayımlandı. Kompüterə taxılan USB qurğu avtomatik olarak aşkar olunur və yoxlanış edilir. Virus tapıldığı zaman məlumat verilir. Avtomatik yeniləmə ilə ən son virus baza ilə təmin olunur. Tətbiq Rüfət Məmmədli tərəfindən hazırlanılıb. Bir çox dəfə müxtəlif Windows versiyalarında «test» olunub və müsbət nəticə verib. Hal-hazırda proqram kompüterdə...

Optimax Software Cloud Challenge 2012

Optimax Software azərbaycanlı informasiya texnologiyaları həvəskarlarını darıxmağa qoymayacaq! Belə ki, Optimax Software yeni onlayn kodlaşdırma yarışmasını, Optimax Cloud Challenge 2012-ni təqdim edir. Yarışma bulud texnologiyasına əsaslanan proqramlar üzrə olacaq. Bulud Platforma kimi Google App Engine seçilib, çünki bu standart tələbləri ödəyir və hətta yeni başlayanlar da bundan rahat istifadə edə biləcəklər. Proqramlar...

Azərbaycan tələbələrinin sosial şəbəkəsi yaradıldı

Türkiyənin ən böyük təhsil resurslarından biri olan Mezun.com saytı və Azərbaycanın təhsil portalı olan Telebe.az arasında bağlanmış müqaviləyə əsasən Azərbaycan tələbələrinin sosial şəbəkəsi yaradılıb. Bu gündən istifadəyə verilən şəbəkə vasitəsi ilə tələbələr xarici universitetlər barədə informasiyalar, təhsil xəbərləri və digər faydalı məlumatlar əldə edə biləcəklər. Qeyd edək ki, şəbəkə artıq dünyanın bir neçə ölkəsində aktiv fəaliyyət...

Sizin şəxsi fayllar və bulud xidmətləri

Əsas sual: Sizin kompüterinizdə itməsini istəmədiyiniz sənədlər,şəkillər,videolar,qeydlər,planlar,cızma-qaralar,ideyalar,internetdən kəsib götürdüyünüz məlumatlar və.s. mövcuddurmu? Cavab hə isə davam edək. Ön qeyd: Bu yazı əsasən İKT sahəsinə aid olmayan Azərbaycan internet istifadəçiləri üçün daha çox məsləhətlidir, əgər siz İKT sahəsinə aidsinizsə, mövzunun bir qismi və ya böyük hissəsi sizə asan və məlum məsələlərdən bəhs...

Əlvida PARDUS! - GNU/Linux əməliyyat sistemi?

Əlvida PARDUS! Bir neçə il idi ki, Türkiyyə hökuməti tərəfindən maliyyələşdirilən TUBİTAK UEKAE institutunun ərsiyyə gətirdiyi GNU/LINUX əməliyyatlar sisteminin türk distributivi sayılan PARDUS həm Türkiyədə, həm də xaricdə böyük marağa səbəb olmuşdur. Bir əməliyyatlar sisteminin sahib olması gərəkən bütün komponentlər, o cümlədən sistemin quraşdırılması proqramı, tətbiqlərin quraşdırılması və silinməsi alt sistemi,...