CeBİT-2010: SİNAM şirkəti CeBİT-2010 sərgisində öz məhsullarını təqdim etdi

Press-reliz : SİNAM şirkəti 2-5 mart tarixlərində Almaniyanın Hanover şəhərində keçirilmiş informasiya texnologiyaları üzrə dünyanın aparıcı sərgilərindən biri olan CeBİT-2010 sərgisində iştirak etmişdir. Şirkət Azərbaycan Respublikası Rabitə və Informasiya Texnologiyaları Nazirliyinin stendində təqdim olunurdu. Bu il SİNAM şirkəti həmin sərgidə artıq 6-cı dəfədir ki, iştirak edir. Qeyd etmək lazımdır ki, CeBİT-2005-də iştirak etməklə SİNAM şirkəti bu sərgidə iştirak edən ilk Azərbaycan şirkəti olmuşdur. Sərgi zamanı SINAM şirkəti geoinformasiya sistemlərini, naviqasiya nəzarəti sistemini, elektron imza həllərini və s. kimi məhsulları...

NETTY 2010 Milli İnternet mükafatında iştirak etmək üçün ərizələrin qəbulu başlanıb

Press-reliz: 5 mart 2010-cu il tarixində “Novosti beynəlxalq mətbuat mərkəzində” NETTY 2010 Azərbaycan Milli İnternet mükafatının yeni mərhələsinin başlanması haqqında elan olundu. Müsabiqənin Təşkilat komitəsinin nümayəndəsi Qaçayev Ramilin sözlərinə əsasən müsabiqənin şərtlərinə uyğun olaraq qeydiyyat, 5 mart tarixindən başlayaraq 28 aprel tarixinədək aparılacaq. Müsabiqənin iştirakçısı və ya virtual jürinin üzvü hər qeydiyyatdan...

6-cı NETTY internet mükafatı - yeni və ənənəvi

Mən bloggerliyə başlayandan bəri hələki bu Netty haqqında bir xoş söz yaza bilməmişəm. Bilmirəm 2010-da bu tendensiya dəyişəcək ya yox. Amma onu bilirəm ki, may ayına qədər internetdə və bloglarda müəyyən qədər canlanma olacaq. Netty`ni alacağıq əlimizə, dolayacağıq qolumuza, haqqında o ki var yazacağıq. Gah ağına, gah da qarasına. Yaxşısı ilə pisi ilə Netty ən qocaman internet mükafatıdır. Hər zaman Rus dilli olması qabarıq...

“Azərpoçt” üçün Avtomatlaşdırılmış korporativ informasiya sisteminin yaradılması planlaşdırılır

Press-reliz: Avtomatlaşdırılmış korporativ informasiya sisteminin yaradılması planlaşdırılır. Layihə çərçivəsində 1200 poçt şöbəsinin lokal korporativ şəbəkəyə qoşulması planlaşdırılır. Yerüstü kommunikasiyaların olmadığı üçün 177 poçt şöbəsi həmin şəbəkəyə simsiz Internetin vasitəsilə qoşulacaq. Layihə çərçivəsində genişzolaqlı Ethernet körpüsü lokal korporativ şəbəkə ilə birləşib verilənlərin yüksəksürətli mübadiləsini təmin edəcək....

İnternetdən maraqlı foto müqayisələr [pics]

Arada karikaturalar və ya maraqlı reklamların screenshotlarını paylaşıram. Bu dəfəki paylaşımda isə əsasən müqayisələr olacaq. Həm yerli həm də xarici məhsulları özündə əks etdirən müqayisələrdir. Baxdıqca həm təəccübləndirir, həmdə təbəssüm yaradır. Əvvəl yerli müqayisələrdən başlayım. İlk yerdə Azercell `in saytı ilə bir Wordpress theme`idir. Azercell`in saytı: Wordpress theme: Bu theme`in URL`ini də...

Nəhənglərin mübahisəsi qızışır

Nəsə son vaxtlarda texnologiya nəhəngləri yola getmirlər. Hər dəfə bacardıqca biri, digərindən üstünlüyünü göstərməyə çalışır. Artıq iş o yerə çatıbdı ki, arada başqa şirkətlər də qalır. Axırıncı dəfə isə məsələ HTC `nin «başında çatlayıb». Bu Apple, Nokia ilə bir xeyli məhkəmələrdə üz-üzə gəlirdi, ona görə bir xeyli təcrübəsi var. Bu dəfə Steve Jobs`un xətrinə Google dəyibdi. Arada qalan isə HTC olub. Çünki Steve Jobs iddia edir ki,...

Nar Mobile Beynəlxalq rominq zonasını genişləndirir

Press-reliz: Tərəfdaşlarının sayı gündən-günə artan Nar Mobile operatoru yeni rominq sazişləri imzaladı. Şirkət son iki ay ərzində 19 yeni rominq razılaşmaya imza atdı. Bunlardan doqquzu beynəlxalq rominq, onu isə GPRS rominq sazışidir. Belə ki, 2010-cu ilin yanvar ayından etibarən Nar Mobile abunəçiləri Beynəlxalq rominqdən Albaniyada (AMC operatoru), Kiprda (Areeba LTD şirkəti), Lüksemburqda (Orange), Qatar (Qtel), İsveçdə (Tele2...

Azərbaycan Microsoft-un “Həmkara Dəstək” proqramında iştirak edə bilər

Press-reliz: Azərbaycan nümayəndə heyəti Slovakiyanın Bratislava şəhərində keçirilən seminarda Microsoft-un “Həmkara Dəstək” proqramının ölkəmizdə tətbiqi imkanlarını nəzərdən keçirmişdir. Beynəlxalq seminarda Azərbaycanı, Təhsil nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsindən Ayaz Abuşov, Microsoft Azərbaycan şirkətindən Emin Axundov və Mədəd təşkilatından Teymur Məmmədov təmsil etmişlər. “Həmkara Dəstək” proqramı...

Google, Chrome`un browser bazarındakı yerini möhkəmləndirmək istəyir

Google browser bazarında daha da iddialı olmaq niyyətindədir. Yeni 4.1 beta seriyasını təqdim edibdi. Chrome 4.1 beta seriyasının ən güclü istiqamətləri, gizlilik və təhlükəsizlik variantları olacaq kimi görünür. Chrome 4.1, saytlara xüsusi cookie tənzimləməsi edə biləcək (icazə vermə, icazə ver), Javascript qaydaları qoya biləcək və «Incognito» quruluşu ilə qeyd götürmədən sörf etmək imkanı olacaq. Başqa bir...

Google Picnik`i də aldı

Dünən Apple barəsində yazmışdım. Steve Jobs rəqiblərinə xüsusəndə Google acıq vermək istəyən bəyanatlar yaymışdı . Demişdiki bəs pulumuz çoxdur, ay nə bilim çoxlu satın almalar edəcəyik. Steve əmi saydığını saysın görsün Google nə sayır. Artıq yeni bir sayt daha satın alıbdır. Saytın adı Picnik.com `dur. Qiymət haqqında bir məlumat ala bilmədim. Bir rəqəm tapan kimi paylaşacam. Bu satın almada maraqlı tərəf isə başqadır. Sayt son...

Microsoft və Yahoo Birləşdi

Proqram və internet dünyasının iki nəhəng şirkəti Googlenin önünü kəsmək üçün birləşdilər.Bing və Yahoonun birləşməsi YaBing adlandırıldı. İyul ayında Microsoft və Yahoo axtarış mühərrik dünyasını dəyişdirəcək bir proyekt üçün müzakirə masasına oturmuşdu. İki firma, axtarış mühərriklərinin güclərini birləşdirmək üçün həll axtarırdı. Microsoft və Yahoo CEOləri dünənki yığıncaqda razılaşdıqlarını açıqladılar. Qeyri-rəsmi olaraq iki...

Ötən həftədən maraqlı twitlər... #8

Çalışdığım qədər hər həftə maraqlı və internetə adiyyatı olan twitlərləri paylaşmağa çalışıram. Ötən həftə də bu ənənəyə sadiq qalıb maraqlı gələn twitləri bu həftə paylaşmaq istəyirəm. @AzeriFire : Bilmirdim ki, Komodo Edit — Mozilla üzərində yazılıb! #komodo #mozilla #php @msadig : Dell gəlirlərini 11% artırıb və 14.9 milyard dollar edib @Elvin85 : Insan əlləri nəyə qadir deyil… milli.az/news/interest/3382.html...

Azərbaycandan Ermənistana, ermənicə xəbər var!

Day.az `ın keçmiş rəhbəri Elnur Baimov dan daha bir proyekt var. Bir müddət əvvəl News.az və Muğam radiosu kimi yeni proyektləri ilə internet sferasına yenidən qayıtmışdı. Bu gün isə daha bir maraqlı proyektini gördüm. Bu erməni dilində xəbərlər verən Armenia.az saytıdır. Ermənicə bilmədiyim üçün, saytda nələr baş verdiyini deyə bilməyəcəm. Ancaq sloganının ingiliscə yazısından belə başa düşürəm ki, Azərbaycandan Ermənicə...

İnternet saytların ritmi də varmış?

Bu gün internetdə çox qəribə bir layihə barədə eşitdim. Sən demə hər saytın öz musiqisi var imiş, bizlər eşitməsək də saytlar da bizimlə musiqinin diliylə danışa bilərmişlər. Bu xəyala o qədər inanmış insanlar var imiş ki, yeni bir CodeOrgan.com kimi layihə ortaya çıxıb. Sistem barədə mən CNN`də gördüm və ətraflı məlumatı da məncə elə onların dilindən eşitmək daha yaxşı olardı. Mənim anladığım qədərilə sitem öz iş...

Video blok - texno roliklər

Sosial mediadakı texnologiya haqqında olan video roliklərdən bir neçəsini yığıb, bir arada yazmaq istədim. Bu videolar həm statistikanı, həm video çəkilişi, həm gələcəyin oyunlarını əhatə edir: Məlumat toplusu: Film səhnəsinin çəkilişi: Excel`də şəkil çəkmək: Gələcəyin oyunları seriyasından — Xbox 360:

Wap.xana.az`ın 2009-cu il hesabatından maraqlı detallar

Xana.az saytı 2009-cu il ilə bağlı hesabatını yayımlayıbdı. Bu haqda Mak.az `da oxuya bilərsiniz . Mənim isə bu hesabatdan diqqətimi çəkən bəzi məqamlar oldu. Marketing yönümünü Mak.az `da müzakirə etmək olar, mən isə bəzi detallara toxunmaq istəyirəm. Təəssüfki 2008-ə nəzərən müqayisə edə bilməyəcəm. Mümkün olsa idi yaxşı olardı. Birdə mənim gözlədiyim əməliyyat sistemləri idi, ancaq onun statistikasını görə bilmədim. Mənə...

Elcell xidməti Gəncədə kommersiya fəaliyyətinə başladığını elan edir!

Press-reliz : HC–SDMA(iBurst) texnilogiyası ilə İnternetə sürətli simsiz qoşulmanı təmin edən elcell xidməti, 01 mart 2010–cu il tarixdən Gəncə şəhərində kommersiya fəaliyyəti üçün şəbəkəsinin istismarına başladığını elan edir. Şəbəkənin tənzimlənməsi və sınaqdan keçirilməsi dövrü artıq başa çatmışdır və Gəncə elcell şəbəkəsinin kommersiya fəaliyyətinə başladığı ikinci şəhər olur. Hazırda şəbəkənin əhatə dairəsinə şəhərin bütün əsas...

Yahoo! ilə Twitter əməkdaşlıq edəcək.

Yahoo ! indi də Twitter ilə anlaşdı :) Bundan sonra Twitter-ə Yahoo-nun içindən əlimiz çatacaq. Tweet-ləri Yahoonun servisərindən istifadə edərkən izləyə, dəyişə bilinəcək. Yahoonun axtarış nəticələrində tvviterdən real-time nəticələr veriləcək. P.S. Google BUZZ deyəsən hürkütməyə başlayır rəqiblərini :-) Mənbə: mashable.com/2010/02/23/yahoo-twitter-2/

Dünyanın böyük saytlarının .Az domainləri

Bu mövzuya toxunmaq çoxdan bəri ağlımda idi. Ancaq ətraflı araşdırma üçün vaxt olmurdu. Mən də fikirləşdimki, yaxşısı budur hər dəfə vaxt edəndə bir az baxım, yazım və qaralamada saxlayım. Yadımdan çıxanları şərhlərdə paylaşarıq. Demək olar ki, mənim baxdıqlarım arasında konkret tendensiya ilə qarşılaşmadımki, bir qayda olaraq hamsı boş və ya alınmış olunsun. Maraqlı nəticələrlə rastlaşdım. Dünyada böyük sayt deyəndə, təbii ki ağlımıza...