Alexa`dan maraqlı fakt

Bu gün e-mailimdə gördüm. Vahid Qasımov `un vurğuladığı qeyri-adi Alexa statistikası idi. Sitat: www.alexa.com/siteinfo/news.am — Diqqət edin ki, ziyarətçilərin 55%-i Azərbaycandan, cəmi 14%-i Ermenistandandır. Və sayt Azerbaycanda ən cox oxunan 82-ci saytdır. Bu yuxarıda verilmiş resurs News.am erməni xəbər saytıdır. Erməni, rus, türk, ingilis dilində xəbər verən bu resursun gündəlik istifadəçilərinin isə yarısından çoxu Azərbaycandadır. Bu əslində çox normal haldır. Düşmən ölkənin xəbər agentliyidir və orada nələr baş verdiyini, bizə qarşı hansı düşüncədə olduqlarını bilmək üçün həmin resursa müraciət etmək çox normaldır....

Oxatan üçün mobil versiya [PİC]

Günümzüdə mobil internetin sürətlə yayılması, 3G sistemin tətbiqi aktualdır. Buna görə də imkan tapdıqca internet resursrların mobil versiyasını hazırlamaq barədə planlarımız var. İlk olaraq isə Oxatanın mobil versiyasını hazırladıq. Oxatan `a mobil platformalardan daxil olmaq üçün, m.oxatan.com adresinə daxil olaraq, mobil versiyanı görə bilərsiniz.

CES 2010: Microsoft&HP Tablet PC istehsalında daha öndə oldu [VİDEO]

İnternet gəzib dolaşan xəbərlərə görə Apple iSlate deyə bir Tablet PC istehsal edirmiş, yaxında istifadəyə verəcəkdi. Bundan sonra daha bir xəbər isə Google `dan gəldi. Nexus One ilə artıq təkcə internet dünyasında deyil, ümumiyyətlə texnologiya bazarında da özünə yer alan Google da HTC ilə bir Tablet PC istehsalına başlayır deyə xəbərlər yayılmağa başlayırdı . Bu xəbərlərin nəticəsi nə vaxt olacaq bilmirəm, amma bu dəfə onları...

Twitter`dəki URL`ların yarısından çoxunu bit.ly qısaldır.

Twitter sayəsində URL qızaltma servislərinin demək olar ki, qızıl dövrü yaşanır. Əvvəl Twitter`in bir növ «rəsmi» URL qısaltma servisi Tinyurl.com idi. Ancaq sonralardan bu hakimiyyət bit.ly `ə keçdi. İndi də açıqlanmış statistikaya görə burada ən çox paylaşılan URL`ların 50% `dən çoxu bit.ly`dəndir. Açıqlanan statistikada böyük saytların qısaltma servisləri də var. FF.im , Youtu.be kimi saytlar isə ilk onluqda...

Nexus One rəsmi şəkildə tanıdıldı [VİDEO]

Google bundan sonra rəsmi şəkildə telefon satacaq. Bu gün telefonun rəsmi tanıtımı olubdu. Telefonu ətraflı olaraq buradan incələyə bilərsiniz — www.google.com/phone . Bakı vaxtı ilə 22.00`da olubdu tanıtım. Nə qədər elədimsə internetdə video canlı yayımını tapa bilmədim baxam. Ancaq Nexus One`ın rəsmi videolarını tapdım. Ətraflı olaraq videolar və telefonun detalları barədə:...

İT termin lüğəti [PİC]

İT lüğət — en2az.net . Bir müddət əvvəl bu barədə yazmışdım . Artıq dəvətnamələr yollanır. Screenshootlarını da dəvətnamə əldə edə bilməyənlər üçün yerləşdirirəm:

HTC, Google Tablet PC

Tayvanlı istehsalçı HTC , xüsusilə Windows Mobile əsaslı ağıllı telefonları ilə diqqət çəkməsinə qarşı, son dövrdə Android ə etdiyi sərmayələrlə səs gətirir. Son olaraq Google `un Androidli ağıllı telefonu Nexus One `ı hazırlayan firma, Android tərəfində iddialı bir oyunçu olduğunu da sübut etmiş oldu. Google ilə mövcud əməkdaşlığı bir addım daha irəli aparmağa hazırlanan HTC`nin, Chrome OS üzərinə hazırlanmış yeni bir Tablet PC...

Google, Newton`un ad gününü qeyd edir.

Google həmişə xüsusi günləri özünə məxsus şəkildə qeyd edir. Google əsasən xüsusi günləri qeyd edəndə, həmin günü təcəssüm etdirən simvolları logosunda əks etdirir. Bəzən hansısa ölkənin xüsusi günlərini də qeyd edən Google, bunu həmin ölkənin domainində olan versiyasında aktiv edir ( .ru, .com.tr ). Bu dəfə isə Newton `un ( 04.01.1643 ) ad gününü qeyd etdiyini gördüm. Bildiyimiz kimi Newton`un adı həmişə alma ilə qoşa çəkilir...

Chrome browserlər arasında 3-cülüyə qalxdı.

Gün keçdikcə İnternet Explorer istifadəçi itirir. Onun itirdiyi istifadəçiləri isə digər browserlər aralarında paylaşaraq öz istifadəçilərinin sayını artırırlar. Yeni açıqlanmış məlumatlara görə, ən çox irəliləyən Chrome oldu. Google Chrome, %4.6 istifadə nisbəti ilə ilk dəfə olaraq Safari ni keçdi. İnternet Explorer və Firefox un ardında üçüncü sıraya qərarlaşan Google belə görsənirki üst yerlər üçün iddialıdır. Yəqin ki,...

IT-tech nədir?

Əslində bu haqda Friendfeed `də bir dəfə yazmışdım. Ancaq baxıram ki hələ də var. Mən də fikirləşdim ki, birdə burda yazım. Deməli 1news.az və Eco.az saytlarında görmüşəm bu məsələni. İnformasiya texbologiyaları barədə yazılan xəbərləri təbii olaraq bütün xəbər saytları ayrıca bir kateqoriyada toplayır. Adını çəkdiyim xəbər saytlarında da informasiya texnologiyaları ilə bağlı xəbərləri ayrıca bir kateqoriya altında...

Azerfonun - 3G reklam çarxında buraxılan səhvlər.

( http://mak.az/articles.php?item_id=20091219065705886&sec_id=2 ) www.mak.az saytında verilən məlumata görə «Bir müddət TV kanallarında və küçə reklamlarında tizer şəklində yayımlanan reklam axır ki, ictimaiyyətə tam şəkildə təqdim olundu. Bu yeni yaranan brend Azerfon-Vodafone-a məxsus reklam idi. Reklam konsepti qeyd olunan brendin 3G xidmətləri haqqındadır. Reklam konsepsiyasını Türkiyənin Grey İstanbul şirkəti hazırlayıb....

Yaxşı Twitter istifadəçiləri üçün 140 simvolluq iş elanı

Günü-gündən Azərbaycanda da istifadəçiləri artan mikro blog sistemi Twitter, dünyada az qala xəstəlik halına gəlibdi. 2009-cu ildə dünyanın qanına işləyən, bouserlərinə, telefonlarına, kompüterlərinə nüfuz edən bu sistem indi də iş elanlarında rast gəlinir. Techcrunch`da gördüm belə bir xəbəri . Best Job Application Ever: “Twitter Genius” — Bütün vaxtların Ən yaxşı İşə Qəbul Ərizəsi: «Twitter Dahisi». Tərcümeyi-hal, təhsil, referanslar…...

Boxca.com-dan musiqi yükləmək problemi var

Səhər açılanda Frank Sinatredən yeni ilə aid musiqilər yukləmək istədim. Ən çox işimə yarayan boxca.com -a daxil olub axtardım. Həmişəki kimi nəticələr çox oldu, amma yükləmək olmadı:(. Ola bilsin 1 günlükdü bəlkədə,

2009`un sonunda Facebook Amerikada ən çox ziyarət edilən sayt oldu.

İlin axırı, Facebook üçün düşərli oldu. Sosial şəbəkə Facebook, tarixində ilk dəfə Amerikada ən çox ziyarət edilən sayt olmağı bacardı. Milad tətili əsnasında Facebook`a axını, sosial şəbəkənin tarixindəki ilklərə bir başlıq daha əlavə etdi. İki günlük də olsa Google`un ziyarətçi sayını geridə qoyan sayt, Amerikanın ən çox ziyarət edilən ünvanı olmağı bacardı. 24 dekabr gecəsi və 25 dekabr səhəri, reallaşan bu hadisə, yeni il...

Youtube da URL`larını qısaltdı.

Mikro sosial platformalar inkişaf etdikcə, digər böyük saytlar da özlərini bu yeniliklərə adaptasiya edirlər. Xüsusilə Twitter`ə sadəcə 140 simvolun yerləşməsi, digər saytları məcbur edir ki, URL`larını qısaltsınlar. Hətta bu cür servis verən saytlar belə çox pul qazanmağa başlayıbdı. bit.ly dekabr ayında 2 milyon dollarlıq investisiya almışdı. Böyük platformalar da özr URL`larını özləri qısaldır. Wordpress.com — wp.me...

FireFox 3.6 bu ilə çatmır

Mozilla, Firefox internet browserinin 3.6 versiyasını 2010-cu ilin ilk rübünə təxirə saldığını açıqlayıbdı. Daha əvvəl 2010-cu ilə qədər yeni versiyanın hazır olacağını söz verən şirkət, artıq verdiyi bu sözdən geri addım atmaq məcburiyyətində qaldı. Geridə buraxmaq üzrə olduğumuz il içərisində Firefoxu 3.0dan 3.5ə qədər yüksəldən Mozilla, 2010 üçün də belə böyük addımlar atmağı planlayır. Tarixlər nə qədər uyğun gələr naməlumdur...

MilliNet`in internetdən səsvermə nəticələri

Milli Netin yekunları ilə bağlı yazdığım yazıda , kiçik bir səs vermə anketi də qoymuşdum. Anket parollu olduğundan ancaq oxucular iştirak edə bilərdi. 39 nəfər iştirak etmişdi anketdə. Bunlardan 27-sinin səsi keçərsiz sayılır. Çünki ya axıra kimi səsverməni tamamlamamışdılar, ya da düzgün səsverməmişdilər. Ona görə də 12 nəfərin səsi keçərli sayıldı. Elə bu səsvermə nəticələrinə görə də, yerləri yazıram. Əvvəla rəsmi nəticələrə keçid...

Google Goggles [VİDEO]

Google axtarış real həyata uyğunlaşdırır. Əvvəl nəsə axtarmaq istəyəndə, gərək onun adını yazardıq. Ancaq indi axtarış məsələsi bir az daha real həyata köçürülübdü. Belə ki artıq nəyinsə şəklini çəkib, onun barəsində axtarış etmək mümkün olacaq. Bu təkcə kompüter üzərindən yox, həm də mobil internetlə mümkün olacaq. Bu isə Android platformalarında pulsuz servis olacaq. Məqsəd budur ki, məsələn küçədə gedirik, hansısa bir mağaza və ya...