.Az domainləri yaman populyar olub!

Dünən Ə.Rüstəmin twitlədiyi anda xəbərim oldu, Trend.az saytından olan məqalə idi . Azərbaycanda soyadların dəyişilməsi ilə bağlı məsələ indi aktualdır. Həmin məsələ ilə bağlı olan şəxsi fikirlərdən biri də, soyad sonluqlarının, Azərbaycanın domaini — .az ilə bitməsidir. Trend.az saytındakı müsahibədə belə deyilirdi. Sitat: Bununla bağlı mənim öz məxsusi fikrim var. Hesab edirəm ki, milli səviyyədə, bütün ölkə əhalisi üçün vahid soyad sonluğu düşünülməli və bu sonluq yalnız azərbaycançılığa, Azərbaycan xalqına, dövlətinə mənsubluğu göstərməlidir. Məsələn, mən təklif edərdim ki, Azərbaycanda bütün soyadların sonu «az»...

AİF`in .az domainləri ilə bağlı keçirtdiyi iclas - yenilənib: #2

Bu gün AİF `in növbəti iclası keçirildi. Bu barədə blogda da məlumat verilmişdi . Toplantıda Milli İnternet ünvanların — .az domeninin qeydiyyatının legitimləşdirilməsi ilə bağlı məsələ müzakirə edildi. Toplantıda .az domainlərinin satışı ilə məşğul olan İntrans`ın direktoru Faiq Fərmanov da iştirak edirdi. Müzakirə edilən məsələlər .az domainlərinin qeydiyyatını tənzimləmək, idarəsini asanlaşdırmaq yönümündə idi. Faydalı müzakirələr...

Box.az connected to GMail - yerli eMail servisindən yenilik! [pic]

Azərbaycanın ən böyük yerli elektron poçt xidməti Box.az növbəti yeniliyini açıqlamağa hazırlaşır. Onsuzda son zamanlarda kifayət qədər inkişafa meyl edən Box.az hələki sürətini dayandırmır. Göz dəyməsin! 2009`un ikinci yarısında Box.az`da e-mail servisi ilə birgə daxili chat servisi də fəaliyyətə başlamışdı . Bildiyimiz kimi belə bir servis GMail `də də mövcuddur. Bu istifadəsinə görə çox rahat bir servisdir. Çünki e-mail...

Azərbaycanda hava məlumatı... gecikmiş məlumat

Bu gün day.az `da bir xəbər oxudum . Xəbərdə Microsoft a aid olan MSN.com saytında yerləşdirilmiş hava haqqında məlumatlar bölməsində yalnış yazılmış Azərbaycan bölgəsi ilə əlaqədar danışılırdı. Deməli xəbərdən də keçib oxuyacağınız kimi etiraz edirlərki, niyə səhv adlandırılıbdı. Əvvəla onu deyim ki, burada elə bütün adlar səhv-sühv yazılıbdı. İki cüt-bir tək bölgənin adı yazılıbdı. Biri heç olmayan bölgə, Digərlərinin...

Azərbaycan İnternet Forumunun Məlumatı

Azərbaycan İnternet Forumu bildirir ki, 04 fevral tarixdə AİF-in növbəti toplantısı keçiriləcək. Toplantıda Milli İnternet ünvanların — .az domeninin qeydiyyatının legitimləşdirilməsi ilə bağlı məsələ müzakirə ediləcək. Məlum olduğu kimi hazırda mili internet ünvanının qeydiyyatı prosesi mövcud qanunvericiliyə və beynəlxalq normalara cavab vermir. RİTN tərəfindən əlaqədar qurumlarla birgə qanunvericiliyə uyğun qeydiyyat qurumunun...

Ultra şirkətinin "Korporativ Stilin hazırlanması" konkursu - ciddi iş yoxsa reklam?

Bu gün Ultra şirkətinin yeni konkursu barədə yazı oxudum . Yazıda Azərbaycanın ən böyük İT şirkət lərindən biri olan ULTRA şirkətinin bir elanı var idi. Məsələ İT şirkəti ilə bağlı olduğuna görə məndə xəbəri paylaşmaq istədim. Ancaq nəsə bir məqam mənə qaranlıq qaldı. Deməli başlıqdan da görsəndiyi kimi konkursda «Korporativ Stil» hazırlanmalıdır. Yazıdan sitat: Korporativ stili hazırlayarkən şirkətin loqosunda istifadə...

Azərbaycanın ilk Şeir Portalı

2010-cu ildən Azərbaycanın ilk Şer Portalı – Misra.az, fəaliyyətə başladı. Şer yazan və İnternetə çıxışı olan hər bir şəxs sayta daxil olub istənilən dildə öz misralarını dərc edə bilər. Misra.az saytında dərc olunan bütün əsərlərin müəllif hüquqları qorunur. Həmçinin hər-hansı əsərin müəllif hüquqları digər şəxslər tərəfindən pozulduğu halda onların bərpası saytın köməyi ilə mümkündür. Ehtiyyac olduqda saytın administrasiyası...

AzerDict Yeni Onlayn Lüğət Səhifəsinin Açıldığını Elan Edir

Press-reliz: AzerDict Onlayn Azərbaycanca-İngiliscə və İngiliscə-Azərbaycanca lüğəti istifadəyə verdi. İstanbul, 01.02.2010 – AzerDict Azərbaycanda artan istifadəçi kütləsini və onların xarici saytlara artan marağını nəzərə alaraq internetdə Azərbaycan və İngilis dillərində ən böyük və ən əhatəli ikitərəfli tərcümə xidməti təklif edən onlayn lüğəti yayımladı. İstifadəçilərin maraqlarına və tələbatlarına cavab verəcək bir səviyyədə olması...

blog.ilk10.az - yeni bloq platformasında

Birgə müzakirələr zamanı, ilk10.az üçün bloq xidmətini hazır servis olaraq, weboxu.com üzərindən istifadə etmək qərarını verdik. Bu gündən etibarən, ilk10.az saytının rəsmi bloqu weboxu.com/blog/ilk10/ ünvanında yerləşəcək.

Day.az`ın Azərbaycan dilli versiyası - Milli.az

Day.az `ın yeni, Azərbaycan dilli versiyası açıldığını bu gün gördüm. Yeni versiyanın adı Milli.az `dır Rus dilli versiyadan demək olar ki, heçnə ilə fərqlənmir. Sadəcə olaraq bircə fərq tapmaq mümkündür ki, day.az left `də görsənir, milli.az isə center `dədir. Əslində Day.az`ın Azərbaycan dilli versiyasının çıxmağı barədə xəbərlər hələ Elnur Baimovun vaxtından var idi. Hətta Mak.az`ın forumunda bu barədə kifayət qədər müzakirələr...

Azərbaycanda Microsoft sertifikatının alınması üçün “İkinci şans” tədris proqramına start verildi

Press-reliz: Microsoft korporasiyası Microsoft sertifikatının alınması üçün “İkinci şans” tədris proqramının başlaması haqda bəyan etdi. “İkinci şans” proqramının məqsədi informasiya texnologiyaları sahəsində öz peşəkar biliklərini genişləndirmək istəyənlər üçün nəzərdə tutulmuşdur. Microsoft-un bu təşəbbüsü Rabitə və informasiya texnologiyalarının inkişafı üzrə Dövlət Proqramının (“Elektron Azərbaycan”) və 2008-2012-ci illərdə...

Azərbaycan istifadəçilərinin ən çox seçdiyi internet provayder hansıdır?

Bu günlərdə internet provayderimlə əlaqəli bir problem yaşadım . Qeyd edim ki, mən Bakinternet provayderindən istifadə edirəm. Qəribə bir şəkildə local saytlara daxil ola bilirdim, ancaq global saytlara yox. Bu cümləni bir az açası olsam — yəni, hansı saytların ki serverləri Azərbaycandadır onlara daxil olmaq mümkün idi, hansı saytların ki serveri Azərbaycandan kənarda idi onlara daxil olmaq mümkün deyildi. Həm də bu dəfə problem...

Ötən həftədən maraqlı twitlər... #4

Ötən həftə izlədiklərim arasından yenə maraqlı twitləri seçib bir kənara qeyd eləmişəm. İndi yenə onları toplayıb yazıram. Bu həftə ərzində nəsə keçən dəfələrdən daha çox twit yığışdı. Ola bilsin ki, bundan əvvəlki həftənin bir az daha dinamik keçməsinə görədir. @sehrbaz : 20 лучших бесплатных книг о Linux http://bit.ly/6kVM1D @Amidos : uje axmaq axmaq vakansiyalar verirler. http://url.az/1na @haciyev :...

Mozilla`nın mobil browseri Fennec [video-pic]

Mənim ən sevimli brouserim Firefoxdur. Bir çox faydalı tərəfi var. Mənim üçün faydasını saysam bitməz. Demək olarki hər zaman Firefox və Chrome yan-yana açıq olur. Mobil telefonda isə əlbəttə alternativi hələki olmayan Opera Mini `dir. Bu gün sevimli brouserim Firefox`un istehsalçısı Mozilla tərəfindən düzəldilmiş Fennec lə tanış oldum. Fennec tərcümədə çöl tülküsü deməkdir. Firerox`un mobil versiyasıdır. Və xırda testlərimdən...

ilk10.az-da VİP saytlar listi

Yanvar ayının 22-dən ilk10.az `da VİP saytlar bölməsi yaranıbdı. Reytinqin ən üstündə VİP list düşür. Bu listə cəmi 5 sayt yer alır və bunlar random olaraq düşürlər. Hələki sistemdə yer alan saytlar bunlardır: www.kataloq.net www.linux.az www.namazvaxti.info www.stomatoloq.az www.xazar.com Bu bir növ saytın yeni gəlir modelidir. Listə yeni bir saytın düşməsi üçün onun növbəsini gözləməyi lazım olacaq. Beləcə...

Google-un Çində olan "balaca bacısı" - yeni axtarış sistemi

Bu Çinlilərin əlindən də bütün dünya bezibdi. Çünki gördükləri nə varsa hamsının bir kopyasını hazırlayırlar. Birdə görürsən «Adidas» çevrilib olub «Abibas». Yada birdə baxırsan ki maşın qabaqdan Mercedes, arxadan BMW`ə oxşayır. Bu dəfəki kopya isə dünyanın əb böyük axtarış sistemi olan Google `a aiddir. Bir müddətdirki Çinlə Google arasında soyuq müharibədir. Bu gün hətta Çin açıqlama etdiki Andorid telefonları qanunlare tabe olduğu müddətdə...

Azercell-dən Maksimum məsuliyyətsizlik

2 gün əvvəl (26 yanvar) Bakıya qar yağdı. Dostlarımızla birlikdə soyuq havada qızışmaq və nahar etmək üçün Fəvvarələr Meydanında yerləşən McDonalds-a üz tuturuq. Qapının girişindəki Maksimum kampaniyasının elanını görürük və Azercell abonenti olaraq kampaniya imkanlarından istifadə etmək qərarına gəlirik. Saat 14.05-i göstərir – demək ki, kampaniya yenicə başlayıb (qeyd: kampaniya həftə içi günləri, saat 14.00-18.00-dək davam edir)....

Ubuntu və Yahoo razılaşması.

2009-cu ildə Yahoo `dan az xəbər alırdım. Nə axtarışını düz-əməlli inkişaf elətdirdi, nə də başqa tutarlı bir yenilik elədi. Məəncə Yahoo`nun axtarış motorunda çox böyük üstünlüyü var. İndi isə fikrimcə Yahoo`nun əlində ən yaxşı proyekt Flickr`du. Deyəsən 2010`da Yahoo yenidən meydanlara qayıdır. O Google və Bing`ləmübarizəyə başlayacaq. İlk xəbər isə Ubuntu ilə razılaşması oldu. Ubuntu Linux`un arxasındakı şirkət Canonical, Yahoo ilə...

Apple, Tablet PC-ni tanıtdı [video-pic]

Apple nəhayət hər kəsin gözlədiyi Tablet PC`ni təqdim elədi. 27 yanvarda keçirilən Apple eventi zamanı təqdim edilən məhsul artıq bütün texnologiya aləminin müzakirə mövzusudur. Düzü indiyə qədər iSlate olaraq adı keçirdi. Deyilənlərə görə guya belə adlanacaqdı. Ancaq yeni cihazın adı Apple iPad`dir. Bu arada onu da deyim ki, iSlate olsa daha yaxşı olardı. Cihaz bir növ mobil ilə netbuk arasıdır ( nəsə hələ ki qıraqdan mənə oyuncaq...

Çin və Yaponyadan e-ticarət saytı

Çinin ən böyük axtarış mühərriki internet saytı olan Baidu və Yaponiyanın ən böyük e-ticarət firması Rakuten, üç il üçün 50 milyon dolların üstündə bir büdcə ilə birləşərək, Çinli internet istifadəçiləri üçün 'B2B2C' adlı online ticarət mərkəzi qərargahı açıqladılar. Birləşmənin şərtlərinə görə, Rakuten hissələrin %51inə sahib olarkən geri qalan %49 hissə sahibi Baidu olacaq. B2B2C`in digər e-ticarət saytlarından fərqli olaraq həm...