Google, Chrome`un browser bazarındakı yerini möhkəmləndirmək istəyir

Google browser bazarında daha da iddialı olmaq niyyətindədir. Yeni 4.1 beta seriyasını təqdim edibdi. Chrome 4.1 beta seriyasının ən güclü istiqamətləri, gizlilik və təhlükəsizlik variantları olacaq kimi görünür. Chrome 4.1, saytlara xüsusi cookie tənzimləməsi edə biləcək (icazə vermə, icazə ver), Javascript qaydaları qoya biləcək və «Incognito» quruluşu ilə qeyd götürmədən sörf etmək imkanı olacaq. Başqa bir maraqlı cəhəti isə tərcümədir. Mühəndislər «Google Translate» tətbiqini Chrome ilə bütünləşərək işlədiblər. Düzdü bunun bizə elədə çox xeyri yoxdur. Çünki Google`da Azərbaycan dili mövcud deyil. Tərcümə...

Google Picnik`i də aldı

Dünən Apple barəsində yazmışdım. Steve Jobs rəqiblərinə xüsusəndə Google acıq vermək istəyən bəyanatlar yaymışdı . Demişdiki bəs pulumuz çoxdur, ay nə bilim çoxlu satın almalar edəcəyik. Steve əmi saydığını saysın görsün Google nə sayır. Artıq yeni bir sayt daha satın alıbdır. Saytın adı Picnik.com `dur. Qiymət haqqında bir məlumat ala bilmədim. Bir rəqəm tapan kimi paylaşacam. Bu satın almada maraqlı tərəf isə başqadır. Sayt son...

Microsoft və Yahoo Birləşdi

Proqram və internet dünyasının iki nəhəng şirkəti Googlenin önünü kəsmək üçün birləşdilər.Bing və Yahoonun birləşməsi YaBing adlandırıldı. İyul ayında Microsoft və Yahoo axtarış mühərrik dünyasını dəyişdirəcək bir proyekt üçün müzakirə masasına oturmuşdu. İki firma, axtarış mühərriklərinin güclərini birləşdirmək üçün həll axtarırdı. Microsoft və Yahoo CEOləri dünənki yığıncaqda razılaşdıqlarını açıqladılar. Qeyri-rəsmi olaraq iki...

Ötən həftədən maraqlı twitlər... #8

Çalışdığım qədər hər həftə maraqlı və internetə adiyyatı olan twitlərləri paylaşmağa çalışıram. Ötən həftə də bu ənənəyə sadiq qalıb maraqlı gələn twitləri bu həftə paylaşmaq istəyirəm. @AzeriFire : Bilmirdim ki, Komodo Edit — Mozilla üzərində yazılıb! #komodo #mozilla #php @msadig : Dell gəlirlərini 11% artırıb və 14.9 milyard dollar edib @Elvin85 : Insan əlləri nəyə qadir deyil… milli.az/news/interest/3382.html...

Azərbaycandan Ermənistana, ermənicə xəbər var!

Day.az `ın keçmiş rəhbəri Elnur Baimov dan daha bir proyekt var. Bir müddət əvvəl News.az və Muğam radiosu kimi yeni proyektləri ilə internet sferasına yenidən qayıtmışdı. Bu gün isə daha bir maraqlı proyektini gördüm. Bu erməni dilində xəbərlər verən Armenia.az saytıdır. Ermənicə bilmədiyim üçün, saytda nələr baş verdiyini deyə bilməyəcəm. Ancaq sloganının ingiliscə yazısından belə başa düşürəm ki, Azərbaycandan Ermənicə...

İnternet saytların ritmi də varmış?

Bu gün internetdə çox qəribə bir layihə barədə eşitdim. Sən demə hər saytın öz musiqisi var imiş, bizlər eşitməsək də saytlar da bizimlə musiqinin diliylə danışa bilərmişlər. Bu xəyala o qədər inanmış insanlar var imiş ki, yeni bir CodeOrgan.com kimi layihə ortaya çıxıb. Sistem barədə mən CNN`də gördüm və ətraflı məlumatı da məncə elə onların dilindən eşitmək daha yaxşı olardı. Mənim anladığım qədərilə sitem öz iş...

Video blok - texno roliklər

Sosial mediadakı texnologiya haqqında olan video roliklərdən bir neçəsini yığıb, bir arada yazmaq istədim. Bu videolar həm statistikanı, həm video çəkilişi, həm gələcəyin oyunlarını əhatə edir: Məlumat toplusu: Film səhnəsinin çəkilişi: Excel`də şəkil çəkmək: Gələcəyin oyunları seriyasından — Xbox 360:

Wap.xana.az`ın 2009-cu il hesabatından maraqlı detallar

Xana.az saytı 2009-cu il ilə bağlı hesabatını yayımlayıbdı. Bu haqda Mak.az `da oxuya bilərsiniz . Mənim isə bu hesabatdan diqqətimi çəkən bəzi məqamlar oldu. Marketing yönümünü Mak.az `da müzakirə etmək olar, mən isə bəzi detallara toxunmaq istəyirəm. Təəssüfki 2008-ə nəzərən müqayisə edə bilməyəcəm. Mümkün olsa idi yaxşı olardı. Birdə mənim gözlədiyim əməliyyat sistemləri idi, ancaq onun statistikasını görə bilmədim. Mənə...

Elcell xidməti Gəncədə kommersiya fəaliyyətinə başladığını elan edir!

Press-reliz : HC–SDMA(iBurst) texnilogiyası ilə İnternetə sürətli simsiz qoşulmanı təmin edən elcell xidməti, 01 mart 2010–cu il tarixdən Gəncə şəhərində kommersiya fəaliyyəti üçün şəbəkəsinin istismarına başladığını elan edir. Şəbəkənin tənzimlənməsi və sınaqdan keçirilməsi dövrü artıq başa çatmışdır və Gəncə elcell şəbəkəsinin kommersiya fəaliyyətinə başladığı ikinci şəhər olur. Hazırda şəbəkənin əhatə dairəsinə şəhərin bütün əsas...

Yahoo! ilə Twitter əməkdaşlıq edəcək.

Yahoo ! indi də Twitter ilə anlaşdı :) Bundan sonra Twitter-ə Yahoo-nun içindən əlimiz çatacaq. Tweet-ləri Yahoonun servisərindən istifadə edərkən izləyə, dəyişə bilinəcək. Yahoonun axtarış nəticələrində tvviterdən real-time nəticələr veriləcək. P.S. Google BUZZ deyəsən hürkütməyə başlayır rəqiblərini :-) Mənbə: mashable.com/2010/02/23/yahoo-twitter-2/

Dünyanın böyük saytlarının .Az domainləri

Bu mövzuya toxunmaq çoxdan bəri ağlımda idi. Ancaq ətraflı araşdırma üçün vaxt olmurdu. Mən də fikirləşdimki, yaxşısı budur hər dəfə vaxt edəndə bir az baxım, yazım və qaralamada saxlayım. Yadımdan çıxanları şərhlərdə paylaşarıq. Demək olar ki, mənim baxdıqlarım arasında konkret tendensiya ilə qarşılaşmadımki, bir qayda olaraq hamsı boş və ya alınmış olunsun. Maraqlı nəticələrlə rastlaşdım. Dünyada böyük sayt deyəndə, təbii ki ağlımıza...

Google bunu necə edir?

Google, maps ilə dünyanı PC-nizə gətirir. Yaxşı bəs, xəritənin nəcür işlədiyi barədə bir fikriniz varmı? Bununla heç maraqlanmısınızmı? Google Mapsda gördüyünüz xəritələr Google-nin iş ortaqları tərəfindən hazırlanır. Googleda bu xəritələri alaraq özü üçün istifadə edir. Onun işlədiyi şirkətlərdən biri tele Atlas və navigator sahəsində peşəkar bir firmadır. Google Maps, Google Earthdan da faydalanır. Əslində iki xidmət bir-birinin...

Facebook kömürlə işləyəcək?

Bu yaxınlarda eşitdik ki , artıq Google öz enerji industriyasını qurmaq üçün icazə alıb. Bu gün öyrəndiyim bir xəbər isə böyük saytlar üçün enerjinin əslində nə qədər vacib olduğunu və Google`un öz addımında nə qədər haqlı olduğunu sübut edib. Beləki Facebook Oregon`dakı məlumat mərkəzini (data center) kömür ilə işlətməyə qərar verdiyini açıqlayıb . Görünür getdikcə böyüyən və xərcləri artan şirkət bu üsulla qənaət etməyi qərara...

Artıq browser seçim hüququ sərbəst olacaq

Son zamanların browser dərdi artıq öz həllini tapacaq kimi görsənir. Xüsusilə Google və Çin arasında yaşanan browser söz-söhbətlərindən sonra Internet Explorer barəsində çox ciddi ittihamlar irəli sürülmüşdü. Nəticədə IE6`nı artıq Google öz məhsullarında dəstək verməməyə başladı. Sonra Almaniya və Fransa hökümətləri rəsmi şəkildə Explorerdən istifadə etməməyi tövsiyyə etdi. Elə bizim yerli internet saytları da bu barədə bəzi addımlar...

Texnologiya sahəsində rəqiblər artır

Nəsə son zamanlarda texnologiya şirkətləri bir-birlərinin bazarına girməyə başlayırlar. Gedərək rəqabət qızışır. Əvvəl daha çox hamı Microsoft`a «cırnayırdısa» indi artıq vəziyyət dəyişibdi. Müxtəlif güclü qütblər yaranır və onlar arasında ciddi mübarizə başlayır. İndi biz Google-Apple ( Nexus One-iPhone, Tablet PC`lər, Chrome-Safari, Chrome OS-Macintosh ), Google-Microsoft ( Chrome-Explorer, Windows-Chrome OS, Windows Mobile-Android,...

Ötən həftədən maraqlı twitlər... #7

Nəsə ötən həftə maraqlı twitlərin sayı bir xeyli az olubdu. Əvvəl elə bildim ki nəsə mən bu həftə diqqətsizlik etmişəm, sonra birdə əsas maraqlı və Azərbaycan dilində yazanlara birdə nəzər salanda gördümki ötən həftə ümumiyyətlə passivlik olubdu. Ümid edirəm cari həftədə daha aktiv olarlar. @haciyev : Növbəti yemək sipariş saytı fastas.az @haciyev : azadliq.org added to adsense black list @shaig_m : repetitorlar və...

Dünyada yeganə RGB ölkə

RGB-nin nə olduğunu yəgin bilirsiniz. Bilmirsinizsə kompyuterə bir daha yaxınlaşmayın indi qısa başa salaram. RGB (Red, Green, Blue) renglerinin başlıqlarından əmələ gələn akronimdi Qısa sözlə desək, bu üç rəngi qarışdırmaqla digər rəngləri göstərirlər. Daha ətraflı wikipediada oxuya bilərsiniz Niyə bunu yazdım? Azərbaycan, bayrağında RGB olan, dunyada YEGANƏ ölkədi! UURRRRAAAAA tərcümə və crosspost...

Google elektrik enerjisi alıb satmaq hüququ əldə etdi!

Bu gün oxuduğum xəbərə mat-məəttəl qaldım :) Google artıq elektrik enerjisini alıb-satmaq hüququnu əldə edib. Deyilənə görə indiki halda Google sadəcə özünü keyfiyyətli enerji ilə təmin etmək barəsində düşünür. Amma bazara satıcı olaraq girə də bilərlər çox yaxında. Buradan ətraflı oxuya bilərsiz: news.cnet.com/8301-11128_3-10456435-54.html