Google Wave haqqında

Qısa vaxt əvvəl twitter`dən bir Google Wave dəvətnaməsi istədim və çox sağolsunlar dəvəti aldım. Ancaq üzv olmağıma baxmayaraq incələmək üçün hələdə vaxt tapa bilməmişəm. İlk fürsətdə incələyib öz fikirlərimi də bölüşəcəm yəqinki. Anacaq indi internetdə bu haqda bir video gördüm. Onu sizlərlə paylaşmaq istəyirəm. Vedio rus dilindədir, ancaq düşünürəmki işinizə yarayacaq.

Twitter iki komandayla birdən müqavilə imzaladı

Həm Google həm də Bing , Twitter lə razılaşdıqlarını açıqladılar. Bir müddət əvvəl xəbər yayılmışdıki axtarış sistemləri twitterlə razılaşmağa çalışırlar. Artıq bu məsələ yekunlaşıbdı. Həm Google həm də Microsoft Bing, bir anda milyonlarla «tweet» istehsal edən mikro blogun məzmununu axtarış mühərriklərində istifadə edəcək. Twitterdə yayımlanan bütün yazıları dərhal istifadə etmə haqqı qazanan iki nəhəng şirkət, bu...

Microsoft şirkəti Windows 7-nin hazırlanmasını yekunlaşdırdı

Azərbaycan dilli versiyanın buraxılması gözlənilir. Bu gün Microsoft korporasiyası Windows 7 əməliyyat sisteminin buraxılması haqqında bəyan etdi. Windows 7-nin ideyası çox sadədir: kompüter ilə işi əvvəlkindən daha asan etmək. “Windows 7 ilə kompüterlər üçün xoş zamanlar gəldi. Windows 7 ilə siz həyat tərzinizə tamamilə uyğun olan kompüterə sahib olacağınıza əmin ola bilərsiniz”, deyə Microsoft korporasiyasının baş direktoru Stiv Balmer...

Google-nin yeni musiqi xidməti istifadəyə veriləcək

Google iş sahəsini artırmaqda davam edir. İndi də musiqi biznesinə girməyi planlaşdırır. “One Box” adlı musiqi xidməti bu yaxınlarda istifadəyə veriləcək. Googlenin yeni xidmətinin vəzifəsi musiqi parçalarını axtarmaq, Albomları son istifadəçiyə təqdim etmək, mahnı sözləri, Videolar, demolar və sənətçilər haqqındakı məlumatları pərəstişkarlara çatdırmaq olacaq. Google, yeni musiqi xidməti üçün Warner Music, Sony Music, EMI və Universal...

Milli Net –Milli İnternet Mükafatı üzrə Müsabiqənin başlanmasına həsr olunan mətbuat konfransı keçirilib.

Bu gün AİF tərəfindən Milli Net –Milli İnternet Mükafatı üzrə Müsabiqənin başlanmasına həsr olunan mətbuat konfransı keçirilib. AİF prezidenti, Müsabiqənin Təşkilat Komitəsinin nümayəndəsi Osman Gündüz mətbuat konfransını açaraq Milli Net haqqında, Müsabiqənin məqsədləri və mərhələlərin haqqında məlumat verib. O, Mükafatın hər il müxtəlif sahələrdə fəaliyyət göstərən milli internet resurslarına və İKT sahəsindəki layihələrə müsabiqə üsulu...

“Bakcell” Naxçıvanda şəbəkəsini genişləndirib

Azərbaycanın birinci mobil rabitə operatoru “Bakcell” şirkəti ölkə infrastrukturuna sərmayə yatırmağa davam edir. Şirkətin baş ofisindən verilən məlumata görə, bu il “Bakcell” şəbəkə dairəsinin kütləvi olaraq genişləndirilməsinə və müasirləşdirilməsinə başlayıb. Bu layihənin çərçivəsində “Bakcell” Naxçıvan Muxtar Respublikasında da əhatə dairəsini əsaslı şəkildə genişləndirib. Bu il ərzində “Bakcell” şirkəti tərəfindən Naxçıvan Muxtar...

Sizin ideyanız var ?

Lakin onu həyata keçirməyə imkanınız yoxdur? Ideyanızı bizimlə paylaşın və Barama layihəsinə qoşulun! Barama layihəsinin əsas məqsədi İnformasiya Kommunikasiya Texnologiyaları (İKT) ilə bağlı yeni ideyaların tədqiqatı, təkmilləşdirilməsi və nəhayət həyata keçirilməsini təmin etməkdir. Layihədə iştirak etmək üçün aşağıdakı “İnnovasiya təklif forması”-nı dolduraraq, ideyanızı və digər əlaqəli sənəd və materialları Azercell-ə göndərin....

Box.az çatına smayliklar və başqa yeni funksiyalar əlavə olundu

Box.az çatına bir sıra əlavələr etdik. Ən əhəmiyyətlisi smaylikların əlavə olunmasıdır. Sağ tərəfdəki şəkildə hal-hazırda çatda istifadə edilə biləcək simvol kombinasiyaları və onlara uyğun smayliklar göstərilib. Həmçinin çata göndərdiyiniz linklər artıq avtomatik olaraq tanınacaq və üzərinə basılan zaman yeni pəncərədə açılacaq. Son olaraq çat sisteminə avtomatik qoşulmağı əlavə etdik. İnternet bağlantısından və ya başqa...

“Azercell” şirkətində təcrübə proqramı

Azercell-də təcrübə proqramı şirkəti daha yaxından tanımağa və burda karyera qurmağa real imkanlar yaradır. Təcrübə proqramı uğurlu namizədlərə bacarıqlarını və telekommunikasiya sahəsində təcrübələrini inkişaf etdirməyi, həmçinin maraqlı və məsuliyyətli layihələrə qatılmağı təklif edir. Bu ilki təcrübə proqramı İKT-nin ən dinamik qruplarından birində — Servis və Məhsulların İnkişaf etdirilməsi qrupunda nəzərdə tutulmuşdur. Təcrübənin...

Microsoft yeni Windows phone telefonlarını təqdim edir

Microsoft şirkəti yeni Windows phone telefonlarının dünya bazarına buraxılmasını bəyan etdi. Sözügedən Windows phone telefonları müxtəlif çeşid və qiymətlərlə təklif olunur. Windows phone ilə istifadəçilər öz telefonlarını bir barmaq toxunuşu ilə idarə edəcək və əla mobil brauzeri ilə İnternet səhifələrini nəzərdən keçirə biləcəklər. Həmin telefonların istifadəçiləri həmçinin iki yeni xidmətə qoşulmaq imkanını da əldə edəcəklər. Həmin...

HP şirkəti Azərbaycan bazarına əfsanəvi Compaq brendi altında iki kompüter çıxarır.

Compaq brendi altında iki kompüter çıxardır HP şirkəti dünya kompüter bazarına əfsanəvi Compaq brendi altında iki kompüter çıxardı. Etibarlı stolüstü Compaq 500B və 505B kompüterləri kiçik və orta biznes üçün hazırlanmışlar, və bütün zəruri alətləri və proqram həllərini səmərəli şəkildə istifadə etməyə imkan verib, müasir biznesin bütün tələblərinə cavab verirlər. 500B seriyalı Compaq kompüterlərində İntel və ya AMD prosessoru,...

Yumroonun blog servisi yeniləndi

Yumroo`nun blog servisi yeniləndi. Artıq canli.az kimi fəaliyyət göstərəkmiş. IBP-nin blog servisindən, Wordpress MU sisteminə keçiriblər indi. Özlərindən sitat: Hörmətli istifadəçilər, Yeni Canlı Bloqlar xidməti sizin istifadə üçün təqdim edirik. Sizin Loqin və şifrələr saxlanıldı. Bütün məlumatlar qayğı ilə yeni interfeysə köçürüldü. Canlı Bloqlar müvəqqəti İngilis dilində çalışır. Yaxın zaman tam olaraq Azərbaycan dilində...