Noyabrın Bing`osu

Noyabr ayı üçün axtarış sistemlərinin statistikası açıqlanıbdı. Kimdən soruşulsaki axtarış etmək üçün Google `u qoyub Bing `ə keçmisiniz? İnanmıramki kimsə keçdiyini söyləsin. Ancaq bəs sən istifadə eləmirsən, mən istifadə eləmirəm o istifadə eləmir, bu Bingin reytinqi hardan gəlir? Çünki noyabr ayına görə Bing istifadəçisini artırıbdı. Bəlkədə alternativ olaraq istifadə olunur deyə bilmərəm. Noyabr ayındakı məlumatlara görə Google 1,4% itiribdi istifadəsində. Ancaq 71,6% faizlə vahid liderliyini davam etdirir. İkinci yerdə isə Bingdir. 9,6% -lə bu pillədə qərarlaşıbdı. Deməli əgər Bing qalxır, Google`da isə eniş varsa...

Google təzəcə açdığı Wave`i inkişaf etdirmək üçün AppJet komandasını satın aldı

Google Beta versiyada istifadəyə verdiyi Google Wave `i inkişaf etdirməyə çalışır. Bəlkə də hələ bir çox istifadəçinin alışa bilmədiyi, nəyə yararlı olacağını tam təyin edə bilmədiyi bu xidmətlə bağlı Google`un geniş planları var. Belə ki, Google Wave üçün EtherPad `ın müəllifləri olan AppJet komandasını satın aldı… Bilməyənlər üçün biraz EtherPad və Appjet barədə qısa məlumat: AppJet, EtherPad xidmətində Microsoft...

Windows Live Messenger, köhnə adıyla MSN`in yeni versiyası gəlir

Köhnə adıyla MSN, indiki adıyla Windows Live Messenger olan platforma, dördüncü versiyası 2010 ilə anlıq mesajlaşma hadisəsinə fərqli bir ölçü qatmağa çalışacaq kimi görünür. İlk olaraq, kontakt siyahılarınızın olduğu pəncərənin dəyişmiş olduğu gözümüzə çarpır. Sol tərəfində yeni bir pəncərə olan Live Messenger 2010, Facebook, Twitter və Blog saytlarınız ilə inteqrə olacaq. Qısacası Live Messengerin 2010 versiyası hamı üçün maraqlı olacaq....

18 dekabrda "Milli Net 2009" qaliblərinin təqdimat mərasimi olacaq.

Milli Net müsabiqəsinin qaliblərinin təqdimat mərasimi dekabr ayının 18-i saat 18.00-da olacaq. Müsabiqə Ambasador oteldə reallaşacaq. 11 nominasiya üzrə qaliblərinin adları məhz bu tədbirdə açıqlanacaq. Nominantlarla milli netin saytinda tanis ola bilərsiniz — url.az/18h. Nominantlar dəvətnamələrini 1-ci gündən (14 dekabr) etibarən saat 10.00-dan, 13.30-a dək AİF`in ofisindən əldə edə bilərlər. ( Qeyd edimki hər bir nominant üçün 2...

Facebook rəhbərliyi bloqerlərin tənqidinə tuş gəlib

Rəqəmli hüquqların qorunması ilə məşğul olan qruplar və bloqerlər Facebookun konfidensiallıq siyasətində edilən dəyişiklikləri kəskin tənqid ediblər. Tənqidçilərin fikrinə görə, dəyişikliklər xoşagələn deyil, çünki insanlar məlumatları yenilədikdə onlara daha da geniş internet kütləsi ilə bölüşməyə çağıran mesajlar gəlir, hansı ki, axtarışa verildikdə şəxsi məlumatların asanlıqla tapılmasına şərait yaradır. 9 dekabrda Facebooka...

Yeni Google Chrome reklamı

Google Chrome üçün yeni reklam çarxı. Mənim çox xoşuma gəldi. Əlavə olaraq onu deyimki Google Chrome indi Mac`da da istifadəsi mümkündür. Ümumiyyətlə bu ilin son rübündə hər gün Google haqqında nəsə eşitmək mümkün hala gəlibdi. Hətta haqqında yazılanları izləyib çatdırmaqda çətinləşibdi. Maraqlıdır görən bu aktivləşmə nə səbəbə görədir…

Telefonunuzdan mobil şoppinq üçün istifadə edirsinizmi?

Mobil şoppinq barədə son araşdırmalarla sizi tanış edim. Son araşdırmalar onu göstərir ki, dünya bazarında mobil şoppinqdən istifadə edən ölkələrdən amerika onun 19%-ni təşkil edir. Bu hesabda gənclərin üstünlüyü 2 dəfə çoxdur. 18-29 yaş arası olan 39% gənclərin fikrincə mağazalar, qiymətlər və hətta almaq istədikləri məhsul haqqında telefon vasitəsilə dəqiq informasiya almaq çox rahatdır. Qeyd edimki bu araşdırma Azərbaycana aid...

“Azercell Telekom” şirkətinə 3G lisenziyası veriləcək”

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yaxın vaxtlarda “ Azercell Telekom ” şirkətinə 3G xidmətlərinin göstərilməsi üçün nəzərdə tutulmuş lisenziyanı təqdim etmək niyyətindədir. Bu xəbərlər bu gün xeberler.az `da rastlaşdım. Dediklərinə görə lisenziyanı verəcəklərmiş. Guya bir neçə sənəd hazırlamayıbmış Azercell `in. Maraqlıdır görən nə vaxta veriləcək lisenziya. Hər halda bir operatorda olmasa yaxşıdır lisenziya....

“Hazırda 500 məktəb internet sisteminə qoşulub”

“Hazırda 500 məktəb internet sisteminə qoşulub və gələcəkdə bunun sayı artırılacaq”-bu sözləri Təhsil Naziri Misir Mərdanov bu gün “Təhsildə Əməkdaşlıq” Proqramı üzrə Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə “Microsoft” şirkəti arasında Anlaşma Memorandumunun imzalanma mərasimində deyib. Nazirin sözlərinə görə, burada əsas məqsəd təhsil İKT-nin tətbiqi və məktəblərin, təhsil ocaqlarının internetə bağlanmasısıdr. “Birgə Anlaşma...

Facebook`da gizlilik seçimlərini diqqələ yoxlayın

350 milyon istifadəçisi olan sosial şəbəkə, istifadəçiləri daha da paylaşma yönümlü olmağını təbliğ edərək, gizlilik siyasətini dəyişdirdi. Facebook , istifadəçilərin nəyi kiminlə paylaşmaq istədiyinə qərar verməsini istəyir. Dünəndən etibarilə (9 dekabr 2009) dövrəyə girən yeni gizlilik variantları, üzvlərin girdikləri məzmun haqqında «daha çox idarə etmə haqqı vermək» iddiasıyla nəşr olundu. Profil yeniləmələrini və...

Mobil FireFox

İndiyə qədər populyar browserlərdən Opera `nın mobil versiyası geniş yayılmışdı. Növbədə isə FireFox `un mobil versiyası — Fennec `dir. Nokia N900 istifadəçiləri beta versiyasını mozilla.com/m adresindən yükləyə bilərlər. Ətraflı olaraq öyrənmək üçün bu linkdən+ istifadə edə və aşağıdakı videoya baxa bilərsiniz.

Azerfon media nümayəndələrinə 3G xidmətlərini tanıdıb

Qeyd: Azerfonun Press-relizidir. 3G bu gün-sabah təqdim ediləcək deyirlər. Ancaq Azerfon 3G`yə aid bir logoları, banner, şəkil yoxdu . 9 Dekabr 2009-cu il tarixində Hyatt Regency otelində “Azerfon” şirkətinin təşəbbüsü ilə yaxın günlərdə Azərbaycanda 3G (üçüncü nəsil) texnologiyasına əsaslanan xidmətlərinin tətbiqinə dair Dəyirmi masa keçirilmişdir. 3G texnologiyası üzrə bir çox ekspertlərin və media nümayəndələrin iştirak etdiyi...

Box.az`dan spamlar haqqında açıqlama

Cisco nümayəndəliyinin dünyadakı spamlar haqqında açıqlama sından sonra yerli e-mail servisi Box.az da öz blogu nda spamlar haqqında açıqlamasını etdi. Yerli və xarici spamlar, onlardan minimum əziyyət çəkmək üçün görülən tədbirlər. Son illərdə spam (arzulanmayan, reklam xarakterli) məktubları dünyada göndərilən bütün məktubların 80%-85%-ni təşkil etmişdir[1]. Box.az da istisna deyil. Bu bloq yazısında Box.az-dakı spamlara və...

E-mail yazma etiket qaydaları

E-mail yazma etikası nə üçün lazımdır? Hər bir təşkilat aşağıdakı səbəblərə görə öz elektron məktub yazmaq qaydalarını müəyyənləşdirməlidir: 1.Profesionallıq: özünə xas e-mail yazı dili olan kampaniyanız özü haqqında yüksək imic yaradacaq. 2.Effektlilik: ünvana çatmış professional yazılmış e-mail adi söz yığımından ibarət olan e-maillərdən dərhal fərqlənir və daha effektli olur. 3.Məsuliyyət altına girməmək üçün: işçilərinizin...

Yahoo və Microsoft şərikliklərini möhkəmləndirir

İki nəhəng arasındakı iş ortaqlığı razılaşmasında müddət tamamlandı, rəqabət üzrə qurumlar da razılıq versə Yahoo və Microsoft internet qardaşı olacaq. İyul ayında toxumları atılan Microsoft Yahoo birlikdəliyində xoşbəxt son yaşandı. Həftə sonu, iki şirkət arasındakı «flirt»ün sona gəlindiyini açıqlayan tərəflər, gələn il işə başlamağı planlayır. İnternet axtarışları, reklam və təqdimat bazarında yenilikçi işlər və daha möhkəm...

Çin spam liderliyində ikinciliyə gerilədi

İndiyə qədər həmişə harda oxuyurduqsa spam yollanmağında Çin lider olaraq göstərilirdi. Cisco`nun hazırladığı hesabata görə 2009-cu ilin başlanğıcından noyabr ayına qədər 7.7 trilyon spamla Brazilya liderliyə yüksəldi. Keçən ildən bu yana brazilyadan yollanan spamların həcmi 3 dəfə artıbdı. İkinci yerə geriləyən Çində isə yollanan spamlar keçən ilə nisbətdə 25% azalıbmış. Cisco`nun təhlükəsizlik üzrə mütəxəssisi Patrick Peterson`un...

Bing və MSN`nin iPhone dəstəyi

Microsoft a yaxın qaynaqlar bu sıralar yaxşı işləyir. Davamlı mətbuata sızdırılan məlumatlar sayəsində, şirkətin bütün gizli məlumatlarını öyrənirik. Yadaki qəsdən bu məlumatlar yayılır. Son vaxtlar Google o qədər yenilik edirki adam blogda yazmağada çatdırmır. Yeni xəbər isə Microsoftun iPhone planları ilədir. Microsoft 2010-cu ilin mart ayında yeni bir Windows Live update`ni istifadəyə verməyi düşünürdü. Artıq üçüncü şəxs...