“Bakcell”dən 16 bölgənin sakinlərinə 5Gb PULSUZ 4G interneti

Bakcell şirkəti ölkənin 16 bölgəsinin sakinlərinə 5 Giqabayt həcmində PULSUZ 4G interneti əldə etmək və telekommunikasiya bazarında ən müasir texnologiya və ən yüksək müştəri təcrübəsindən yararlanmaq fürsəti qazandırır. İlin əvvəlindən görülmüş genişmiqyaslı işlər və yatırılmış iri həcmli investisiyalar nəticəsində Bakcell özünün 4G şəbəkəsinin əhatə dairəsini əhəmiyyətli dərəcədə genişləndirib. Bakcell şəbəkəsinin üstünlüyünü 4G xidməti ilə əhatə olunmuş bölgələrin əhalisinə əyani şəkildə təqdim etmək məqsədilə 16 şəhər və rayonda — Oğuz, Ağstafa, Şabran, Qazax, Siyəzən, Ucar, Zaqatala, Lənkəran, Salyan, Qax, Qəbələ, Yevlax,...

Azercell Beynəlxalq İnformatika Olimpiadasında şagirdlərimizə dəstək olur

Dünyada kompüter elmi sahəsində ən nüfuzlu yarışlardan hesab olunan Beynəlxalq İnformatika Olimpiadasında ölkəmiz də təmsil olunur. Yaponiyanın Tsukuba şəhərində keçirilən 85 ölkədən 340 şagirdin qatıldığı olimpiadada ölkəmiz adından Fizika, Riyaziyyat və Informatika təmayüllü Respublika Liseyinin IX sinif şagirdi Abutalıb Namazov, Lənkəran şəhər 4 nömrəli tam orta məktəbin IX sinif şagirdi Murad Eynizadə, Akademik Zərifə Əliyeva adına...

“Barama Junior: Coding Kids IT Summer School” layihəsi uğurla başa çatıb

“Azercell Telekom” MMC və PAŞA Bankın dəstəyi ilə Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin uşaqlarda rəqəmsal sahəyə marağı artırmaq və rəqəmsal ekosistemin inkişafına dəstək olmaq məqsədi ilə həyata keçirdiyi “Barama Junior: Coding Kids IT Summer School” layihəsi uğurla yekunlaşıb. 31 avqustda dərslərdə iştirak edən məktəblilərin, o cümlədən, valideynlərin, müəllimlərin və qonaqların iştirakı ilə layihənin başa çatmasına həsr olunan...

Azercell-dən fiziki məhdudiyyətli abunəçilərə xüsusi qayğı

Şirkətin müştəri xidmətləri mərkəzlərində xüsusi qayğıya ehtiyacı olan vətəndaşlara növbəsiz xidmət göstərilir Cəmiyyətimizdə fiziki məhdudiyyətli insanların inteqrasiyasına və sosial reablitasiyasına dəstək olmaq məqsədilə çoxsaylı sosial layihələr reallaşdırmış Azercell Telekom bu sahədə daha bir xeyirxah və innovativ təşəbbüslə çıxış edir. Belə ki, Azercell-in Müştəri Xidmətləri mərkəzlərində əlillər üçün Q-matik aparatında xüsusi...

“Bank of Baku” və Bakcell “Ulduzum”la xaricə səyahət lotereyasının qalibləri müəyyən edildi

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi olan Bakcell şirkətinin ölkənin aparıcı banklarından olan “Bank of Baku” ilə birgə keçirdiyi stimullaşdırıcı tirajlı lotereyanın qalibləri müəyyən edildi. Lotereyanın əsas qalibləri 27 avqust 2018-ci il tarixində ölkənin aparıcı media agentliklərinin nümayəndələrinin iştirakı ilə keçirilmiş tiraj zamanı avtomatik qaydada xüsusi kompüter proqramı vasitəsilə təsadüfi...