Azercell-in Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin dəstəyi ilə “TechCentrum” “Data Science” üzrə 3 aylıq təlimlərə başlayıb

“Azercell Telekom” MMC və PAŞA Bankın dəstəyi ilə Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi ölkəmizdə İT sektorunun inkişafına, eləcə də bu sahədə gənclərimizin peşəkarlığının arıtırlmasına yönəldilmiş layihə və tədbirlərin həyata keçirilməsinə hər zaman xüsusi diqqətlə yanaşır. Mərkəz İT sahəsinə olan marağı, eyni zamanda mütəxəssislərin azlığını nəzərə alaraq, az-təminatlı və tədrisə yetərli büdcəsi olmayan seçilmiş tələbələr üçün “TechCentrum” platformasının təşkilatçılığı ilə “Data Science” təlimlərinə başlayıb. Təlimlər həftədə 2 dəfə olmaqla, 90 dəqiqə ərzində Barama İnnovasiya və Sahibkarlıq Mərkəzində keçirilir.Təlimçi Kamil...

“Nar” NETTY-2019 milli internet mükafatının əsas tərəfdaşı seçildi

“Nar” Azərbaycanda informasiya və kommunikasiya texnologiyalarının inkişafına töhfə verməkdə davam edir. Mobil operator növbəti dəfə NETTY-2019 Azərbaycanın milli internet mükafatının keçirilməsinə dəstək olub. NETTY mükafatı hər il ən yaxşı Azərbaycan İT layihələrini, əhəmiyyətli veb-resursları və informasiya texnologiyaları sahəsində peşəkarları müəyyən edir və onları mükafatlandırır. Müsabiqə iştirakçılarının ərizə qəbulu 17...

Azercell-dən rəqəmsallaşma strategiyası çərçivəsində daha bir yenilik

Azercell-in yeni layihəsi ilə nömrələrin sim-paketə bağlılığı aradan qaldırılıb Ölkənin mobil rabitə sahəsinin lideri Azercell rəqəmsallaşma strategiyası çərçivəsində daha bir yeniliyə imza atıb. Belə ki, yeni layihə sayəsində nömrələrin sadə fiziki sim-paketlərə bağlılığı tamamilə aradan qaldırılıb. Aprel ayının 16-dan etibarən Azercell-in ÖM və MX ofisləri, həmçinin diler və distributor şəbəkəsi nömrələrin satışını mərkəzləşdirilmiş...

Bakcell Formula 1 Azərbaycan Qran Prisinin ilk rəsmi dəstəkçisi oldu

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) ilə Bakcell şirkəti arasında Formula 1 Azərbaycan Qran Prisinə dəstəyin göstərilməsinə dair üçillik sponsorluq müqaviləsi imzalanıb. Əldə olunmuş ikitərəfli razılığa əsasən Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi Bakcell şirkəti Bakıda baş tutacaq növbəti 3 yarışa dəstək göstərmək müqabilində həmin yarışlar ərəfəsində Formula 1-in yerli şirkətlər üçün təqdim...

“Nar” 4G istifadəçilərinin sayı 1 il ərzində 2 dəfədən çox artıb

Ölkənin ən gənc mobil operatoru “Nar”-ın 4G istifadəçilərinin sayı sürətlə artmaqdadır. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə “Nar” 4G internetindən istifadə edənlərin sayı 110% artaraq 600 mindən çox olub. Ümumilikdə, “Nar” abunəçilərinin 25%-i yüksəksürətli 4G internetinin istifadəçisidir. Mobil operatorun 4G istifadəçilərinin sayının artmasına ölkə ərazisində yeni baza stansiyalarının sürətlə quraşdırılması, eləcə də 4G smartfon...

“Bakcell”dən uşaq şahmat turnirinə növbəti dəstək

Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi Bakcell 7-12 aprel 2019-ci il tarixlərində Bakı şəhərində keçirilmiş uşaqlar arasında 18-ci beynəlxalq şahmat turnirinə dəstək göstərib. Frankofoniya günlərinə həsr edilmiş bu ənənəvi turnir “Gənclik” Şahmat Klubu və Fransanın Azərbaycandakı Səfirliyi tərəfindən Azərbaycan Şahmat Federasiyasının təşkilati dəstəyi ilə keçirilib. İsveçrə sistemi üzrə keçirilmiş...