Nar Mobile təqdim edir: "Danışır Bakı"



Tarifə qoşulanlar hər tərəfə 3 qəpiyə danışırlar

“Nar” tamamilə yeni “Danışır Bakı” tarifini paytaxtdakı istifadəçilərinə təqdim etdi. İndi Bakı sakinləri bu tariflə ölkədaxili bütün istiqamətlərə 3 qəpiyə danışa biləcək, üstəlik aylıq 300 SMS və 300 MB internet trafiki əldə edəcəklər. Aylıq abunə haqqı 3 AZN təşkil edən “Danışır Bakı” tarifi çərçivəsində hər tərəfə zəngin dəqiqəsi və ya 1 SMS-in dəyəri 3 qəpik, 1 MB internetin qiyməti isə cəmi 29 qəpikdir.

“Danışır Bakı” tarifinə qoşulmaq üçün “Baki” yazıb 777 qısa nömrəsinə mesaj göndərmək və ya *777#54#YES şifrəsini yığmaq kifayətdir. Tarifə qoşulmaq istəyənlər “Nar” mağazalarına gələrək, xüsusi “Danışır Bakı” paketini əldə etməklə də tarifə qoşula bilərlər. Qeyd edək ki, yeni “Nar” istifadəçiləri “Danışır Bakı” tarifinə qoşularkən tarif çərçivəsində hədiyyə olaraq 2 AZN dəyərində balans qazanırlar. Bu məbləğ ölkədaxili bütün istiqamətlərə zənglər, SMS və internet üçün istifadə oluna bilər.

“Danışır Bakı” və digər tariflər/kampaniyalar haqqında daha ətraflı məlumatı nar.az internet səhifəsində əldə etmək olar.

1 şərh

ankit941
Most of the time after download the video you need to the video converter which give you compatible format but here mp3 converter youtube you can directly choose your prefer format and take it in your use easily.

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər