Şirkət haqda

“Azerfon” şirkəti 21 mart 2007-ci ildə “Nar Mobile” ticarət nişanı ilə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Mobil operator şəbəkə keyfiyyətinin davamlı təkmilləşdirilməsi strategiyası çərçivəsində səs keyfiyyətinin nəzərəçarpacaq dərəcədə artımını və səsin təmiz ötürülməsini təmin edən “HD-Voice” (High Definition Voice) xidmətini təqdim edib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 6500-dən artıq baza stansiyası ilə 2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.


Fəaliyyət: Mobil operator, GSM
Yaranma tarixi: 21 mart 2007
Qeydiyyat tarixi: 11 fevral 2014
Technimum idarəçisi: avatar Technimum
Rəhbərlik: Eldar Cahangirov
Satış üzrə Baş Müdir
Maks Fyodorov
Marketinq üzrə Baş Müdir
Qunnar Panke
Baş İcraçı Direktor

Əlaqələr

Sayt: http://www.narmobile.az
Telefonlar: (012) 444 07 77
Faks: (012) 444 07 31
Yer:
Азербайджан , Баку,
Nizami, Heydər Əliyev, 106a, AZ 1029