Zaqataladakı yeni Satış və Xidmət Mərkəzinə gələn ilk 50 abunəçi “Bakcell”dən hədiyyə qazanıb


Bakcell şirkəti növbəti Satış və Xidmət Mərkəzini Zaqatala şəhərindəki abunəçilərinin istifadəsinə verib. Beləliklə, Şirkət bir-birinin ardınca 3 gündə 3 yeni mərkəzin — Göyçayda diler mağazasının, Qəbələ və Zaqatalada isə satış və xidmət mərkəzlərinin açılışını edib.
Bakcell həm özünün yüksək sürətli 4G şəbəkəsi ilə yanaşı satış və xidmət şəbəkəsini də Azərbaycanın regionlarına doğru genişləndirir. Bu fəaliyyət planı çərçivəsində Zaqatalada açılmış yeni Satış və Xidmət Mərkəzi Bakcell abunəçilərinə tam çeşiddə müştəri xidmətlərindən yararlanmaq, eyni zamanda ən son model mobil cihazlar, mobil nömrə və aksessuarlar əldə etmək imkanı verir.
“Bakcell ölkənin ən innovativ məhsul və xidmətlərini və ən sürətli mobil internetini Azərbaycanın bütün bölgələrində yaşayan abunəçilərinə təqdim etmək üçün böyük işlər görür. Bizim 4G xidmətimiz artıq Zaqatala da fəaliyyət göstərir və yerli əhali Bakcell şəbəkəsinin etibarlılığı və yüksək sürətindən tam şəkildə yararlanmaq imkanına malikdir. İnanıram ki, açdığımız yeni Satış və Xidmət Mərkəzi abunəçilərimizə əlavə rahatlıq və üstün müştəri təcrübəsi bəxş edəcək”, deyə Bakcell şirkətinin baş icraçı direktoru Nikolai Beckers bildirib
Yeni xidmət mərkəzinə baş çəkən ilk müştərilər maraqlı sürprizlə qarşılaşıblar. Belə ki, buradakı xidmətlərdən faydalanan ilk 50 abunəçi “Bakcell”dən pulsuz 4G data kartı və 1 ay pulsuz İnternet hədiyyə qazanıb.
Bakcell özünün yüksək keyfiyyətli xidmətlərini və ölkədə ən yüksək sürətli mobil şəbəkəsini Azərbaycanın bütün bölgələrinin sakinlərinə daha yaxın etmək məqsədilə həm mobil rabitə, həm də müştəri xidməti və satış şəbəkələrini genişləndirməyə davam edəcək.

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər