Bakcell növbəti dəfə “Socially Devoted” sertifikatına layiq görülüb


Bakcell şirkəti 2017-ci ilin son rübü üzrə “Socially Devoted” sertifikatı ilə təltif olunub.
Xüsusi analitik platforma vasitəsilə dünya üzrə məşhur şirkətlərin sosial şəbəkələrdəki fəaliyyətinin monitorinqi ilə məşğul olan tanınmış “Socialbakers” şirkəti Azərbaycanda fəaliyyət göstərən şirkətlərin “Facebook” şəbəkəsində 2017-ci ilin 01 oktyabr tarixindən 31 dekabr tarixinə qədər olan fəaliyyətlərini nəzərdən keçirib. Bakcell böyük məmnuniyyətlə bildirir ki, həmin monitorinqin nəticələrinə əsasən, şirkət özünün rəsmi “Facebook” səhifəsinə daxil olmuş müraciətlərin 100%-ni cavablandırıb. Səhifə 2017-ci ildə dörd dəfə abunəçi sorğularının cavablandırılması üzrə “Socially Devoted” sertifikatına layiq görülüb.
“Bakcell”in “Facebook” səhifəsinin 400 mindən artıq istifadəçisinin olması bu nailiyyəti daha da vacib və təqdirəlayiq edir.

Sosial media vasitələri məhsul və xidmətlər haqqında məlumatların geniş abunəçi bazasına daha effektiv şəkildə çatdırılması və müştərilərin suallarının cavablandırılması baxımından “Bakcell”in vacib kommunikasiya vasitələrindən biridir. Şirkətin bir çox sosial şəbəkədə rəsmi səhifəsi fəaliyyət göstərir.
Yüksək keyfiyyətli xidmətin göstərilməsi və müştəri məmnuniyyəti Bakcell şirkətinin ümumi fəaliyyətin prioritet istiqamətlərindəndir. Şirkətin müştəri məmnuniyyəti strategiyası dünyanın aparıcı şirkətləri və əhalinin bütün təbəqələrinin tələb və ehtiyaclarının nəzərə alınması ilə yanaşı yerli bazarın tələblərinə əsaslanır.

“Bakcell” abunəçiləri şirkətin həftənin 7 günü, günün 24 saatı ərzində abunəçilərə yüksək keyfiyyətli xidmət göstərən “555” Məlumat Mərkəzinə və ya sorğuların 100% cavablandırılmasını təmin edən “Facebook” səhifəsinə müraciət edə bilərlər.

2 şərh

ankit941
Some basic need of the computer like the sound,resolution,brightness and many more things which can be controlled from the necessary control panel how do i get control panel in windows 10 after it not only enough but lots of more options would be a help provider for you.
andrea
Thanks for sharing this type of satisfying opinion, written piece is great work, that’s why I’ve read it completely. data recovery experts

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər