Azərbaycanın Rəqəmsal Ticarət Qovşağının ilk beynəlxalq konfransı keçirilib


Bakcell şirkətinın sponsorluğu, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təşkilatçılığı Bakıda “Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı: İnkişaf perspektivləri” mövzusunda beynəlxalq konfrans təşkil edilib.

Bakıda baş tutan konfransda rəqəmsal ticarət qovşaqlarının inkişafı ilə bağlı ümumi konsepsiya, bu sahədə əməkdaşlıq, elektron imzaların tətbiqi və qarşılıqlı tanınması mövzusunda təqdimatlar olub. Məruzəçilər ixrac prosedurlarınınsadələşdirilməsi üçün yeni imkanlar, qeyri-rezidentlərə elektron imzaların verilməsi, məsafədən şirkət qeydiyyatı və idarə olunması, elektron bankçılıq üçün yeni həllərlə bağlı təqdimatlar edib.

Konfransda Avropa İttifaqı, Dünya Bankı, UNDP başda olmaqla beynəlxalq təşkilatlar, Böyük Britaniya, Rusiya, Estoniya, ABŞ, Polşa, İsveçrə və digər ölkələrdən biznes nümayəndələr, habelə Azərbaycanın dövlət qurumlarının və ictimai təşkilatların təmsilçiləri iştirak edib.

Azərbaycanın Rəqəmsal Ticarət Qovşağının ilk beynəlxalq konfransı zamanı İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ilə bir neçə ölkənin mötəbər qurumları arasında əməkdaşlığa dair memorandumlar imzalanıb.

2 şərh

jennyhannb
Məruzəçilər ixrac prosedurlarınınsadələşdirilməsi üçün yeni imkanlar, qeyri-rezidentlərə elektron imzaların verilməsi, məsafədən şirkət qeydiyyatı və idarə olunması, elektron bankçılıq üçün yeni həllərlə bağlı təqdimatlar edib… clicker heroes online.
tommyhulk
Very good, I think I found the knowledge I needed. I will see and refer some information in your post. thank you.
slither.io

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər