“Bakcell”dən Cocuq Mərcanlı sakinləri üçün bir il pulsuz danışıq


Bakcell şirkəti işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə köçürülən ilk sakinlər üçün xüsusi tarif hazırlayıb.
Ötən həftə Cocuq Mərcanlıya səfər edən Bakcell əməkdaşları 18 yaşına çatmış hər bir Cocuq Mərcanlı sakininə xüsusi tarifli Bakcell nömrəsi təqdim edib. Bu nömrələrin sahibləri bir il ərzində öz aralarında pulsuz, digər Bakcell nömrələri ilə isə 3-cü dəqiqədən sonra pulsuz danışacaqlar.
Doğma torpaqlara dərin bağlılıq nümayiş etdirməklə insanların vətənpərvərlik hisslərinin yüksəldilməsində göstərdiyi şəxsi nümunəyə görə Azərbaycan Prezidentinin I dərəcəli “Əmək ordeni” ilə təltif olunan Cocuq Mərcanlı kənd sakini Oqtay Həziyev də Bakcell tərəfindən xüsusi hədiyyələrlə mükafatlandırılıb.
Xatırladaq ki, bu ilin may ayında Bakcell şirkəti işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası tədbirlərinə qoşularaq burada mobil rabitə şəbəkəsini təkmilləşdirib. Bu təkmilləşdirmə işləri çərçivəsində ilkin mərhələdə Cocuq Mərcanlıda insanların kəsintisiz mobil rabitə xidməti ilə təmin olunması üçün ərazidə yeni baza stansiyası qurulub. Daha sonra isə Cocuq Mərcanlının yüksəksürətli mobil internetlə təmin olunması üçün Bakcell burada 3G şəbəkəsinin təkmilləşdirilməsi üzrə işləri uğurla tamamlayıb.
Bakcell, bundan sonra da Azərbaycan Respublikasının bütün ərazisində üstün müştəri təcrübəsi təmin etmək üçün səylərini davam etdirəcək.

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər