Bakcell abunəçiləri üçün pulsuz Instagram


Bakcellşirkəti öz abunəçiləri üçün növbəti unikal internet təklifini təqdim edir. Bundan sonra smartfonu olan bütün Bakcell abunəçiləri eksklüzivInstagrampaketləri ilə“Instagram”dan pulsuz istifadə edəcəklər. Paketlər həm fakturasız, həm də fakturalı xətt abunəçiləriüçün təklif olunur.

Yeni Instagram paketlərinəinternetdə istənilən məqsədlər üçün istifadə olunan əsastrafikhəcmi (MB)və xüsusi bonus – Instagram istifadəsi üçün pulsuz trafik daxildir. “Instagram”danpulsuz istifadə üçün verilən trafik həcmi (MB) əsas internet həcminə bərabər olacaq və abunəçilərə əsas trafikdən istifadə etmədən müxtəlif şəkil və videolar yükləməyə və xəbər lentini nəzərdən keçirməyə imkan verəcək.
Əsas paketdə təqdim edilən trafik tükəndikdən sonra, əlavə hər 1 MB üçün xidmət haqqı 0.05 AZN təşkil edəcək.
Yeni paketlərin üstünlükləri və aktivləşdirmə kodları aşağıda əks olunub:

Əsas paket Instagramtrafiki Aktivləşdirmə kodu Qiymət (ƏDV daxil)
1 GB + 1 GB *134*11#YES 6 AZN/aylıq
2 GB + 2 GB *134*22#YES 8 AZN/ aylıq
3 GB + 3 GB *134*33#YES 10 AZN/ aylıq
5 GB + 5 GB *134*55#YES 12 AZN/ aylıq

iOS, Android, Windows, Blackberry və digər əməliyyat sistemləri ilə çalışan bütün smartfon istifadəçiləri yuxarıdakı təklifdən faydalana bilər. Qiymətlərə bütün müvafiq vergilər daxildir.

Yeni Instagram trafikini yoxlamaq üçün Bakcell abunəçiləri sadəcə *134*559#YES yığmalıdır. Onlar həmçinin *134*555#YES yığmaqla paketi yenidən əldə edə və ya *134*0#YES yığmaqla xidməti deaktivasiya edə bilər.
Abunəçinin balansında kifayət qədər məbləğ olduğu halda, yeni “Instagram” paketləri hər ay avtomatik qaydada yenilənəcək.

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər