“Bakcell”in təşkil etdiyi mini-futbol çempionatının qalibləri Mançesterdə


Bakcell şirkətinin “Bakutel 2016” sərgisi çərçivəsində təşkil etdiyi mini-futbol çempionatının qalibləri- Nicat Qapançızadə, İsmayıl İsmayılzadə və Anar Məmmədov 10-13 fevral 2017-ci il tarixləri arasında Mançesterə səfər ediblər.

Səfər zamanıklub rəsmiləri tərəfindən qonaqlarüçün Mançester Yunayted-Vatford oyununu izləmək, Old Trafford stadionuna turda iştirak etmək və klubun muzeyini ziyarət edərək onun tarixi ilə tanış olmaq imkanı yaradılıb.

Qaliblər səfərlə bağlı fikirlərini belə ifadə ediblər:
İsmayıl İsmayılzadə:“Səfərim çox fərqli və maraqlı keçdi. Yeni bir təcrübə oldu mənim üçün. Səfər ərzində yeni yerlər, yeni insanlarla tanış oldum və maraqlı xatirələrlə geri qayıtdım. Old Trafford stadionu isə həqiqətən möhtəşəmdir. Onun xəyallar teatrı olmasının canlı şahidi oldum və bu hissləri bir daha yaşamaq istərdim. Bu fürsəti mənim üçün yaratdığına görə Bakcell şirkətinə təşəkkürümü bildirirəm”.

Nicat Qapançızadə:“Mançesterə səfər zamanı yaşadığım unudulmaz hissləri sözlə ifadə etməyə çətinlik çəkirəm. Həqiqətən çox maraqlı və fərqli keçdi. “Bakcell”ə xüsusi təşəkkürümü bildirirəm”.

Anar Məmmədov:“Yadda qalan vəəsrarəngiz bir səyahət oldu. Çox maraqlı keçdi. Bu səfərin təşkilində əməyi olan bütün əməkdaşlara təşəkkür edirəm. Çox sağol, Bakcell!”

Qeyd edək ki, Azərbaycanın futbol üzrə milli komandasının sponsoru və “Mançester Yunayted” futbol klubunun MDB məkanında ilk telekommunikasiya və yayım partnyoru olan Bakcell şirkəti Azərbaycan Futbol Federasiyaları Assosiasiyası ilə tərəfdaşlıq çərçivəsində ölkədə futbolun inkişafı, təbliği və kütləviliyi məqsədilə icra edilən müxtəlif layihələri dəstəkləyir.

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər