Azərbaycanda Biznes sektorunun mobil operatora olan tələbləri - "Bakcell biznes"


Məlum olduğu kimi, bir müddət öncə Bakcell şirkəti Qəbələdə jurnalistlər üçün ənənəvi illik seminar təşkil edib. “Bakcell”in yenilikləri və mobil sahədə dünyada baş verən texnoloji trendlərdən bəhs edən seminarda “Bakcell biznes – Daha çoxuna hazır”, “Cəlbedici mobil həllər və təkliflər”, “Təmas nöqtələrində müştəri davranışı”, “Bizimlə səyahət edin və fərqi hiss edin”, “Mobil telekommunikasiyada qlobal trendlər” və digər maraqlı mövzularda təqdimatlar keçirilib.

Seminarın ən maraqlı mövzularından biri Bakcell şirkətinin Məhsulun inkişafı üzrə meneceri Şamil Həsənovun təqdim etdiyi və korporativ seqmenti əhatə edən "Bakcell Biznes" mövzusu olub.

Ş.Həsənov xüsusi təqdimatla çıxış edərək bildirib ki, «Bakcell» korporativ seqmentdən olan müştəriləri üçün təklif etdiyi məhsul və xidmətlərinin təkmilləşdirilməsini və genişləndirilməsi istiqamətində fəaliyyətini davam etdirir. Belə ki, şirkət korporativ müştəriləri üçün keyfiyyətli mobil rabitə xidmətləri ilə yanaşı, biznes yönümlü innovativ həllər təqdim edir, Azərbaycanda ümumi biznes mühitini, xüsusilə kiçik və orta biznes sektorların inkişafını dəstəkləyir. Hazırda bütün ölkə ərazisində müxtəlif sahələrdə fəaliyyət göstərən 1800-dən çox müəssisə və təşkilat Bakcell şirkətinin onların ehtiyaclarını qarşılamaq üçün təqdim etdiyi korporativ tariflərdən faydalanmaqdadır.

Şamil Həsənov, həmçinin, təqdimatında qeyd edib ki, Bakcell Biznes şirkətinizə uyğun mobil cihazın və biznes applikasiyaların seçimində abunəçilərə rahatlıq və nəzarət etmək imkanlarını təqdim edir.

«Bakcell Biznes» üstünlüklər

Yeni biznesə başlayarkən həddindən artıq görüləsi işlər və problemlər meydana gəlir və bu stressli işin bir hissəsinin kiminsə öz üzərinə götürməsi həqiqətən rahatladır. Bakcell bu məsuliyyəti öz üzərinə götürür. Əsas məqsəd korporativ abunəçilərin internet səhifələrinin/ mobil applikasiyaların Bakcell istehlakçıları üçün pulsuz tətbiq edilməsi ilə istifadəni stimullaşdırmaqla biznesin inkişafına təkan verməkdir.

«Bakcell Biznes» bir sıra özəllikləri ilə də fərqlənir. Müxtəlif seqmentlərdəki müştəri ehtiyaclarının təmin edilməsi, elastik təkliflər, hər bir müştəriyə fərdi yanaşma, dostluq mühitinin formalaşdırılması — bütün bunlar «Bakcell Biznes»in əsasını təşkil edir.

Azərbaycanda biznes sektorun mobil operatora olan tələbləri məsələsinə gəldikdə isə bu tələblər təbii ki, ilk olaraq xərclərin optimallaşdırılmasından başlayır. Bu xidməti müştəriyə təqdim edən Bakcell biznesin inkişafına dəstək məqsədilə, xüsusi monitorinq proqramları,
əməkdaşlıq layihələri, işçilərin mobil rabitə və mobil avadanlıqlarla təchiz olunması, yüksək sürətli internet, filial şəbəkələrinin təhlükəsiz xətlə qoşulması, M2M həllər də təklif edir.

«Bakcell Biznes» və «Ulduzum»

Bakcell şirkəti öz abunəçilərinin sadiqliyini yüksək dəyərləndirir və onlara “Ulduzum” adlı sadiqlik proqramını təqdim edir.

Bu proqram çərçivəsində Bakcell bütün abunəçilərinə müxtəlif sahələrdə bir çox imtiyazlar və dəyərli xidmətlər təklif edir. “Ulduzum”a qoşulan hər kəs seçilmiş restoranlarda, dəbdəbəli geyim, aksessuar, ətriyyat, mebel, məişət cihazları və elektrotexnika mağazalarında, sağlamlıq, idman və istirahət mərkəzlərində və bir sıra xidmət məntəqələrində endirimlər əldə edə bilər. “Bakcell Biznes”“Ulduzum”sadiqlik proqramı çərçivəsində yeni qoşulmuş şirkətlərə biznesin inkişafına təkan vermək üçün başlanğıc sinaq paketlərinin fərqli biznes növlərinin inkişafında təsirini sınaqdan keçirmək üçün toplu (SMS, dəqiqə, internet traffiki) təqdim edir. Belə ki, pulsuz paketlər xirda və orta biznesin inkişafı üçün gözəl bir şansdır.
• SMS 25 000
• Dəqiqə 10 000
• İnternet traffik 10 000 MB


Məhsulun düzgün hədəf auditoriyaya göndərilməsi, iş nəticələri, təsiri və növbəti satış planı “Bakcell”in bu işlə əlaqədar tərəfdaşları tərəfindən tətbiq ediləcək.

Bakcell Biznes Korporativ Müştərilərlə iri həcmli layihələri

ARDNŞ-nin ən uzaq məsafədə yerləşən dəniz platformalarında gündəlik əməliyyatların normal gedişatını təmin etmək üçün Bakcell ARDNŞ-nin Ayrılmış Xətlərlə şəbəkəyə qoşulmasını təmin edir. Bütün Azərbaycan ərazisi üzrə tikilmiş çoxlu sayda bina və təşkilatlar üçün binadaxili əhatə dairəsi məsələsinin həlli, misal olaraq: Alov Qüllələri kompleksi, Port Baku Cənub Qülləsi, Jumeirah Beach Hotel, Marina Plaza, ARDNŞ Qülləsi və s.

Sonda qeyd edək ki, şirkətdən verilən məlumata əsasən Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl mobil internet xidməti göstərir.

Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olan Bakcell, ən son texnologiyalar və abunəçilərinə xidmət edən insan resursları vasitəsilə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə yatırmaqda davam edir.

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər