Bakcell Rusiyada da 1 MB interneti 1 qəpik etdi


Bakcell şirkəti1 MB = 1 qəpik kampaniyasının aktiv olduğu ölkələrin siyahsına Rusiyanı da əlavə edib. Rusiyada səfərdə olan Bakcell abunəçiləri Meqafon mobil operatoruna qoşulduqda hər MB üçün cəmi 1 qəpik ödəyərək yüksəksürətli internetdən istifadə edə biləcəklər. Bu təklifdən yararlanmaq üçün abunəçilər sadəcə *125#1000#YES yığaraq rouminq internet paketini aktivləşdirməlidirlər.

Hazırda dünyanın 21ölkəsində olan abunəçilərimiz bu imkandan yararlana bilirlər. Həmin ölkələrin siyahsı belədir: Türkiyə, ABŞ, BƏƏ, Rusiya, Yunanıstan, Almaniya, Böyük Britaniya, Çexiya Respublikası, İspaniya, Macarıstan və s.

Bakcell getdikcə daha çox ölkədə abunəçilərinə ən sərfəli qiymətlə yüksəksürətli internet xidməti təklif etmək üçün rouminq tərədfaşları ilə danışqlar aparır.

Səfərdə olan Bakcell abunəçiləri “Bakcell Roaming” mobil tətbiqindən istifadə etməklə bütün tərəfdaş rouminq ölkələrində və operatorlarında zəng, SMS və internet qiymətləri və rouminq xidməti üzrə cari kampaniyalar haqqında bütün məlumatları əldə edə, eyni zamanda, Bakcell-lə onlayn əlaqə yaradaq dəstək ala bilərlər. Bundan əlavə, abunəçilər bu tətbiq vasitəsilə öz nömrələrinin balansını asanlıqla artırırlar. “Bakcell Roaming” mobil tətbiqi haqqında daha ətraflı məlumat üçün bu linkə daxil olun: www.bakcell.com/az/bakcell-rouminq-ap

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər