DogmaCIN abunəçiləri üçün pulsuz Facebook


Bakcell şirkəti özünün DogmaCIN tarifinə daha bir dəyər əlavə edir. İndi bu tarifə qoşulan hər bir abunəçi Facebook tətbiqinə pulsuz çıxış imkanı əldə edə biləcək.

“Facebook”a pulsuz çıxış qaydası Facebook tətbiqinin və Facebook Messenger tətbiqinin bütün istifadə növlərinə (o cümlədən, FB Messenger tətbiqi vasitəsilə mesajlaşma, fotoşəkil və fayl paylaşma xidmətlərinə) tətbiq olunur. Facebook tətbiqindən başqa səhifələrə yönləndirmə, eləcə də Facebook Messenger vasitəsilə edilən səsli və video zənglərə görə adi qaydada haqq tutulacaq.

“İndi “Facebook”dan istifadə etməyən smartfon istifadəçisi ilə çətin rastlaşa biləsiniz. Biz istəyirik ki, abunəçilərimiz bir-birinə daha yaxın olmaq və bir-biri ilə daha sərfəli tariflərlə əlaqə yaratmaq üçün daha çox imkana malik olsun”,-deyə Bakcell şirkətinin baş marketinq və satış direktoru cənab Fedja Hadziç bildirib. “Hər hansı bir Bakcell məhsulunun və ya xidmətinin yaradılması prosesində bizi motivasiya edən ən əsas amillərdən biri abunəçilərimizin bundan maksimal faydalanmasıdır. Buna görə də biz abunəçilərimizə daim bir-birindən cəlbedici məhsullar təqdim edirik. İnanırıq ki, abunəçilərimiz bu təklifdən faydalanacaq və şəbəkəmizdən istifadə edərkən həmçinin pula qənaət edəcəklər”, — deyə cənab Fedja Hadziç əlavə edib.

Bütün yeni və mövcud DogmaCIN abunəçiləri sadəcə *515*1#YES abunə kodunu yığaraq bu təklifdən faydalana bilərlər. Bu zaman nömrənin balansından heç bir haqq tutulmur və qoşulan abunəçilər Facebook tətbiqindən 7 günlük pulsuz istifadə edirlər.
7 günlük sınaq istifadə müddətindən sonra abunəçi “Facebook”dan pulsuz istifadəni davam etdirmək üçün sadəcə öz nömrəsinin balansına vəsait yükləməlidir. Abunəçi hər həftə öz nömrəsinin balansına birdəfəlik 2 AZN-dən 4.99 AZN-dək artırdıqda 7 gün, ay ərzində 5 AZN və ya daha artıq vəsait artırdıqda isə 30 gün müddətində “Facebook”a pulsuz çıxış imkanı qazanır.

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər