Bakcell Klass abunəçiləri üçün yenilik


Bakcell şirkəti Klass tarifində olan abunəçilərinə ölkədaxili dəqiqələrin, internet trafikin və SMS-lərin istifadə olunmayan hissəsinin növbəti aya keçirilməsini mümkün edən yeni təklifi təqdim edib.

Belə ki, aylıq abunə haqqını vaxtında ödəyən Klass abunəçilərinin cari ay ərzində istifadə etmədikləri ölkədaxili dəqiqələri, internet trafiki və SMS-ləri növbəti ayın paketinə əlavə ediləcək.

“Abunəçilərimizi dəyərləndirdiyimiz üçün təqdim etdiyimiz məhsul və xidmətlərimizin siyahısına davamlı şəkildə innovasiyalar əlavə edirik. Bir müddən bundan öncə Klass tariflərində olan abunəçilərimizi Whatsapp-dan pulsuz istifadə və 3 dəfədən çox internet trafiki ilə sevindirdik. Biz Klass tariflərimizə daha çox dəyər əlavə etməyə qərar verdik və indidən etibarən abunəçilərimizin sadiqliyi müqabilində onların istifadə etmədiyi ölkədaxili dəqiqə, SMS və internet trafikini növbəti ayın balansına əlavə edəcəyik. İnanırıq ki, yeni təşəbbüsümüz abunəçilərimiz tərəfindən müsbət qarşılanacaq və xidmətlərimizdən daha çox faydalana bilmələri üçün onlara yeni imkanlar yaradacaq” — deyə, Bakcell şirkətinin baş marketinq və satış direktoru cənab Fedja Hadziç bildirib.
İstənilən Klass tarifinə qoşulma pulsuz şəkildə həyata keçirilir. Aylıq abunə haqqı cəmi 5 manatdan başlayan müxtəlif Klass paketlərinin üstünlükləri barədə ətraflı məlumatı bu keçiddən istifadə edərək əldə etmək olar: www.bakcell.com/klass/az/klass
Klass tarifində olan abunəçilərin balanslarından seçdikləri paketə uyğun aylıq abunə haqqı tutulur və bu məbləğ müqabilində onlara ölkədaxili dəqiqələr, internet trafiki, SMS və Whatsapp-dan pulsuz istifadə etmək imkanı təqdim edilir. Bu aylıq abunə haqqı hər ay müəyyən tarixdə abunəçilərin balansından sistem tərəfindən avtomatik şəkildə çıxılır.

Bunu nəzərə alaraq yuxarıda qeyd edilən təklifdən tam faydalanmaq istəyən abunəçilər həmin tarixdə aylıq abunə haqqının çıxılması üçün nömrələrinin balansında kifayət qədər vəsait saxlamalıdırlar.

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər