Azercell Gəncədə yeni Eksklüziv mağazasını abunəçilərin ixtiyarına verib

Abunəçilərinin rahatlığı üçün “Azercell Telekom” MMC Bakıda və bölgələrdə eksklüziv mağazalarının sayını artırmaqdadır. Şirkət sentyabrın 18-də Gəncədə yeni konsepsiyalı mağazasını abunəçilərin ixtiyarına verib. Heydər Əliyev prospekti, 149 ünvanında yerləşən yeni konsepsiyalı mağazanın açılışı ilə əlaqədar 18-27 sentyabr tarixində Azercell bütün müştəriləri üçün yeni Smartfon kampaniyasını da təqdim edir. Qeyd olunan tarixlərdə Gəncə Eksklüziv mağazasından yeni Smartfon alan hər bir müştəri Azercell nömrəsinin balansına danışıq və internet istifadəsi üçün 150 AZN hədiyyə qazanacaq. Məlumat üçün bildirək ki, yeni mağaza abunəçilərə...

Azercell-in dəstəyi ilə məktəblilərimizin də iştirak etdiyi Beynəlxalq İnformatika Olimpiadası başa çatıb

Yaponiyanın elm və texnologiya mərkəzlərindən biri olan Tsukuba şəhərində keçirilən Beynəlxalq İnformatika Olimpiadası başa çatıb. Təhsil Nazilriyi və “Azercell Telekom” MMC-nin dəstəyi ilə ölkəmizdən də məktəblilərin iştirak etdiyi bu nüfuzlu olimpiadanın bağlanış mərasimi keçirilib. Mərasimdə iştirakçıların mükafatlandırılması ilə yanaşı, növbəti ildə yarışın keçiriləcəyi ölkənin adı açıqlanıb. Belə ki, 2019-cu ildə Beynəlxaq İnformatika...

“Uşaq Qaynar Xətti” artıq Göygöldə

Uşaqlar adətən üzləşdikləri çətinliklər — onlara qarşı baş vermiş haqsızlıq, qanun pozuntusu və zorakılıq haqqında valideynlərinə və yaxınlarına danışmaqdan çəkinir, öz hisslərini digərlərindən gizlədir, çıxış yolu axtarmaqda çətinlik çəkirlər. Çətinliklərini bölüşmədikcə ağır psixoloji sarsıntı yaşamış, müxtəlif birdəfəlik və ya davamlı zorakılığa məruz qalmış uşaqların durumu getdikcə daha da ağırlaşır, problemlər daha da dərinləşir....

Azercell “Əlilliyi olan tələbə və məzunların1-ci əmək yarmarkası”nda

Hazırda dünya əhalisinin təxminən 15 faizini fiziki məhdudiyyətli insanlar təşkil edir. Ölkəmizdə isə 6 min nəfərə yaxın əlil, o cümlədən 72 min sağlamlıq imkanları məhdud uşaq var. 2006-cı ildə “Əlilliyi olan şəxslərin hüquqları haqqında” BMT-nin Konvensiyasına qoşulan Azərbaycanda əlilliyi olan şəxslərin tam hüquqlu üzv kimi cəmiyyətə inteqrasiya olunması, onların sosiallaşması üçün dövlət tərəfindən mütəmadi müxtəlif tədbirlər həyata...

Azercell İT-bazarın inkişafında öz iştirakını davam etdirir

Azercell Telekom MMC-nin növbəti dəfə dəstək verdiyi “NETTY 2017” — Azərbaycan Milli İnternet Mükafatının qalibləri açıqlanıb. 13-cü dəfə baş tutan və Azercell-in əsas partnyoru olduğu “NETTY-2017” — Azərbaycan Milli İnternet Mükafatı — Ümumdünya Şəbəkəsinin milli seqmentinin və ümumiyyətlə İT-bazarın inkişafı məqsədilə yaradılmış informasiya texnologiyalar sahəsində Azərbaycanın birinci peşəkar mükafatıdır. Təntənəli mükafatlandırma...