Windows 7-də 1C v7.7 işləməsini təmin edək.

Bildiyiniz kimi Azərbaycanda mühasibat proqramı olaraq ən çox istifadə olunan proqram 1C Mühasibat Uçotu proqramıdır. Son versiya 8.1 olmasına baxmayaraq şirkətlərin 90 faizi hələ də 7.7 versiyasını işlədir.

Deyək ki, 1C 7.7 istifadə edən şirkətdə VVindovs 7 əməliyyat sisteminə 1C 7.7 yazmalı olduz… Proqramı işə salanda SQL bazaya qoşulmaqda problem yaranacaq və proqram işləməyəcək… Çıxış yolu Əməliyyat sistemini pozub XP yazmaq deyil :)

1C 7.7 Proqramını install edirik.

"Для доступа к базе данных требуется ODBC-драйвер для MS SQL Server версии 3.50.0303 или старше."



Proqramın işləməsi üçün köhnə drayverlər lazımdır… Windows 7 dakı drayverlər isə təzədir. Hə… Düz təxmin elədiz. Biz 1C 7.7 normal işlədiyi XP əməliyyat sistemindən lazım olan drayverləri tapıb Windows 7-ə yazacağıq :)

1C v7.7 proqramı install olunmuş olmalıdır.

1. system32 qovluğuna daxil olun sqlser32.dllsqlserv32.rll fayllarını tapın.

2. Windows 7 system32 qovluğuna girin. XP-dəb götürdüyümüz faylları bura atın… Alınmadı? Normal haldır. Çünki system32 qovluğuna fayl yazmaq üçün sizə privlegiya lazımdır.

3. sqlsrv32.dll faylı üzərində sağ düyməni tıklayıb Properties-a daxil oluruq.


4. Açılan pəncərədə Security hissəsinə keçib səlahiyyət vermək istədiyimiz useri seçirik (əməliyyat sisteminə daxil olduğunuz userin adı) Advanced tıklayırıq.


5. Açılan səhifədə "Owner" hissəsinə keçib «Edit» düyməsini basırıq.


6. Açılan pəncərədə "useri" seçib «OK» düyməsini tıklayırıq. Bu əməliyyatla biz sqlsrv32.dll faylının "yiyəsi" olduğumuzu bildirik əməliyyat sisteminə ki, bu faylın başına oyun açmaqda bizə mane olmasın :)


7. OK… Ok… tıkladıqdan sonra yenə qayıdırıq sqlsrv32.dll0in Propetiesde Security hissəsinə. "Edit" basırıq.


8. Açılmış «Permission for sqlsrv32.dll» pəncərəsində useri seçirik yenə və aşağıda onun üçün birneçə izn var. Hamısına "quş" qoyuruq.


9. Windows Security adlı xəbərdarlıq pəncərəsi açılacaq. Yes düyməsini basırıq.


Həə… Artıq biz system32 qovluğu içində olan sqlsrv32.dll faylını XP-dəb götürdüymüz eyni adlı fayl ilə dəyişə bilərik. Bunun üçün adi COPY PASTE əməliyyatını yerinə yetirməklazımdır.

Copy And Replace əmrini veririk.

İndi isə sqlsrv32.rll faylını system32 içinə köçürə bilmək üçün sqlsrv32.dll ilə etdiyimiz eyni əməliyyatları etmək lazımdır.

OrdNoChk.prm faylını Son olaraq da «C: Program Files — 1C — Bin» qovluguna atırıq.


Bu qədər… 1C programınızı işə salıb istifadə edə bilərsiniz. :)

Sınaqdan keçmiş üsuldur. 100% zəmanət verirəm :) 8 dəfə fərqli PC-da yoxlamışam :)

sqlsrv32.dll, sqlsrv32.rll, OrdNoChk.prm fayllarını YÜKLƏ

Ümid edirəm işə yarayacaq :)

Aid olduğu bloglar

Yazı-Pozu

Kompüter və kompüter proqramları haqqında tutorial xarakterli yazılar, faydalı saytlardan yararlanmaq üçün məsləhətlər.

Oxucuları
7
Başlıqları
16
Reytinq
0.00

6 şərh

Rusik
Salamlar
Size bele bir sualim var. Mende 64 bitlik windows 7 emeliyyat sistemi yuklenmish komputerdir. 1c proqramini yukleyerken error message cixir ve onu yuklemeye imkan vermir. Mene komek ede bilersinizmi???
Mestelisah
salam… bu əla üsuldur. amma belə bir üsul da var… windows 7 sistemi olan komputerə əlavə virtual box proqramı vasitəsi ilə windows xp sistemi yazırıq. amma həmin sistemi D:/ diskinə yazırırq… sonra həmin virtual box vasitəsi ilə 1c proqramını yükləyirik… yoxlamamışam… amma məncə elə də etmək olar :)
agaxetai
Binsoft sirketin 1C 7.7 Muhasib proqrami ucun hazirladigi Milli Muhasibat Ucotu Standartlarina uygun Azerbaycan dilinde Muhasib konfiqurasiyasini satiram. Setupla birlikde — yeni istenilen qeder istenilen komputere yuklemek olar. Windows XP, Windows 7, Windows Wista, Windows 8 emeliyyat sistemlerindede isleyir. Qurlasdirilmasinada komek edirik. Ofisin ozunde 50-70 manat arasi yukleyirler. Ama komputere format atdiqda ve ya her hansi sebebden komputerden silindikde yeniden yuklemek olmur. Ama alacaginiz bu proqrami ozunuzde saxlayib, istenilen komputere yukleyeceksiniz. Ozude Setup+Konfiqurasya birlikde sadece 20manat. Elaqe no:0553584904 Muhasib Xetai
Barcode
Salam mende 1C 7.7v var satiram baza tam Azerbaycan dilinde Kassa proqramlari 1 c ile elaqeli --market aptek ve baqa ticaret obyektlerinde istifade etmek olar.055-980-97-57
055-391-70-10 Ferid
repetitor710
1С:7.7 proqramının AZƏRBAYCAN versiyasının Windows XP.Windows 7.Windows 8 (32 və 64 bit) əməliyat sistemli kompüterlərə yazılışı.
Proqram Azərbaycan Qanunvericiliyinə Tam uyğundur.ƏMƏK HAQQINDAN vergilərin Avtomatik tutulması, Bütün LATIN qrafikalı hərflərin (Ə.I.Ç.Ş.Ö.Ğ.Ü) yazılışda və Çap zamanı tam Azərbaycan dilində çıxması proqramın üstünlüklərindəndir. Kassa Mədaxil, Kassa Məxaric orderi, Ödəniş Tapşırığı və s… bölmələr Çap zamanı Qanunvericiliyə uyğun formada və Tam Azərbaycan dilində Çapdan çıxır.

Həmçinin 1C 7.7 və 1C 8.2 Rus versiyalarının kompüterlərə yazılışıda həyata keçirilir.

Sonradan proqramda hər hansı nasazlıq olsa belə problem tam aradan qaldırılır.
Proqramın işlək vəziyyətdə olmasına Daima Online texniki dəsdək və Tam zənanət verilir.
XİDMƏT FƏRDİ VƏ ŞİRKƏT SƏVİYYƏSİNDƏ YERİNDƏ GÖSTƏRİLİR.

İstəyənə proqramın Tədrisidə aparılır.
DAHA ƏTRAFLI:
ƏLAQƏ: 070.548-72-70
E-mail: [email protected]
emiladilbeyli
men programi hec yuklye bilmrem. yigmiwam 7.7 nin disklerini anabala

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər