Şəbəkədəki Printeri istifadədə problem. (Windows 7)

Bu dəfə sizə az öncə rastlaşdığım bir problemin həlli yolunu təqdim edirəm. Deməli bir şəbəkəmiz(bu şəbəkədə bircə vindovz 95 yoxdu :D ) var. Bu şəbəkədə server(windows 2003) clientlər isə Windows XP və Windows 7 işlədən bilgisayarlardır.

Problem:
A bilgisayarı — Windows XP — Printer qoşulub.
B Bilgisayarı — Windows 7

A bilgisayarına HP markalı printer qoşulub. Başqa otaqda olan B bilgisayarı A bilgisayarındakı printerə çap əmri vermək istəyir. Amma A-dakı printer paylaşılsa da, bu printeri B bilgisayarına yazmaq mümkün olmur, çap əmri vermək də mümkün olsun.

Printeri əlavə etmək istəyərkən bu error çıxırdı.

Deməli problemi həll etmək üçün spooler servisi işə salmaq lazımdır. Bunun üçün

Start --> «Search programs and files» bölməsinə «services.msc» yazıb ENTERİ basırıq.


Açılan Pəncərədə Printer Spooler servisini tapırıq. Əgər sizdə Spooler sönülüdürsə, «Start the spooler service» yazısı çıxacaq. Sadəcə Start-a tıklamağınız yetərlidir. (məndə spooler aktiv olduğu üçün stop və restart əmrləri görsənir)


Əgər Start əmri verdikdən sonra yenə də printeri add edərkən həmin error çıxırsa, o zaman aşağıdakı üsuldan istifadə edirik.

Start --> «Search programs and files» bölməsinə «cmd» yazıb ENTERİ basırıq.


1. net stop spooler — əmrini yazıb enteri basırıq.

2. del /Q /F /S "%systemroot%\System32\Spool\Printers\*.*"
yazıb Enteri basırıq.
3. net start spooler — əmrini yazıb enteri basırıq.

Artıq rahatlıqla Printeri add edib istifadə edə bilərsiniz.

Qeyd: Bu üsullar Yoxlanılıb :)

İnşAllah kiminsə işinə yarayar :)

Aid olduğu bloglar

Yazı-Pozu

Kompüter və kompüter proqramları haqqında tutorial xarakterli yazılar, faydalı saytlardan yararlanmaq üçün məsləhətlər.

Oxucuları
7
Başlıqları
16
Reytinq
0.00

4 şərh

Bleyd_s
Cox maraqli melumat idi cox sag ol. BU Windows 7 umu,kyyetle cox maraqlidi men yuklemisem amma helede o qeder basim cixmir bezi seylerinden
daltonik
Mənim komp. də üindoüs 7 dir və heç bir komp. əlaqəsi yoxdur. ona hp markalı printer qosulanda çap əmrini vermir. İndi həmin komp. rayondadır gedəndə bu üsulla yoxlayacam görək heç bir komp. qoşulmayandada tnitmaq olur printeri. Təşəkkürlər yazıya görə
daltonik
yuxarıdakı şərhdə w əvəzinə ü gedib )

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər