Twitter-dən statusların import-u

Twitter artıq Rus və Türk dillərini dəstəkləməyə başlayandan sonra fikirləşirəm ki, istifadəçilər çoxalacaq. Bundan sonra da Twitter-in saytlara import eləmək ehtiyacı arta bilər.
Mən də bunun həlli yollarından biri haqqında qeyd edirəm ki, sonra özümün də yadımdan çıxanda xatırlamaq üçün nəzər salım.

Saytın özü belə imkan təqdim edir. Bura daxil olub saytın verdiyi kodu götürüb saytda müvafiq yerdə yerləşdirmək mümkündür. Bundan Barcamp-ın saytında istifadə etmişdim.
Twitterin öz verdiyi widgetlərə çox da müdaxilə etmək olmur. Ona görə imkanları bir qədər məhduddur. Developing zamanı bizə daha çox imkan lazım olduqda istifadəsi rahat olmayacaq.
Developing zamanı twitter.js deyə bir əlavədən istifadə etməklə işlərimizi daha rahat görə biləcəyimiz, dizaynını özümüzü daha çox uyğunlaşdıra biləcəyimiz bir twitter widgeti düzəltmək olar. Həm müxtəlif saytlar istifadəçi profilləri üçün, həm də bloglarda istifadə etmək olar.
Mən şəxsi sayt üçün xüsusi dizayn lazım olanda, statusların importu üçün bundan istifadə elədim. Üstünlüyü isə daha idarəsinin və formasının bizdən daha çox asılı olmasıdır.

Bura daxil oluruq — code.google.com/p/twitterjs/.
Burada kodu götürürük:

Kodun əsasinda widgeti yazırıq.

Misal:

Bu kodu copy edib istənilən yerə qoyduqda işləyəcək. Destkopda x.html formatında saxlayıb test edə bilərsiniz.
id: ' ' yerinə istifadəçi adın yazmaq lazımdır.
template: ' ' arasında isə statusların formasını, dizaynını vermək mümkündür.
enableLinks: true və ya false. Linkləri import edəndə onların kliklənə bilən olub olmamasını təyin edir.
ignoreReplies: true və ya false, Təkzə sizin statusların yoxsa reply-larında import edib etməməyi təyin edir.

Əgər hər hansı istifadəçilərin qeydiyyatdan keçib doldurması səhifədədirsə:

Bu kodu əlavə edirik. Accountu olmayanda uyğun error çıxarmağı üçün.

Dəyişkənlər (variables) isə bunlardır:
(hər bir dəyişkənin əvvəlində və sonunda % işarəsini bitişik olaraq yazmaq lazımdır.)

text - status mesajı
id_str - statusun id nömrəsi (link verə bilmək üçün)
user_name - həqiqi ad
user_screen_name - istifadəçi adı (@shaig_m)
user_profile_image_url - avatar url
time - vaxt

Yəqin ki, google-da axtarsaz, burada tapa bilmədiklərinizdən də daha ətraflısını tapa biləcəksiniz.

Aid olduğu bloglar

Yazı-Pozu

Kompüter və kompüter proqramları haqqında tutorial xarakterli yazılar, faydalı saytlardan yararlanmaq üçün məsləhətlər.

Oxucuları
7
Başlıqları
16
Reytinq
0.00

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər