Massivlər


Tez ya da gec hər bir proqramçı massiv deyilən bir anlayışla qarşılaşır. Massivi geniştərkibli dəyişən kimi başa düşmək olar. Massivlər array() konstruksiyası ilə müəyyən olunur. Mötərizə daxilində onun qiymətləri yazılır.

<?php
  $arr = array('www', 'myscript', 'biz');
?>


Və ya
<?php
  $arr[] = "www";
  $arr[] = "myscript";
  $arr[] = "biz";
?>


C yönümlü proqramlaşdırma dillərində (PHP-də bu tip proqramlaşdırma dilli hesab olunur) massivin ilk elementi 0 (sıfır) indeksi ilə başlayır. Yəni bizə əgər massivin birinci elementinə müraciət etmək gərəkirsə, biz indeksi 0 olan elementi çağırırıq.
<?php
  echo $arr[0]; //  www
?>


Əgər bu cür müraciət sizə çətinlik yaradırsa və ya daha uyğun variant fikirləşmisinizsə, bu zaman yeni massivləri aşağıdakı kimi mənimsədirik:
<?php
  $arr = array(1 => "www",  
               2 => "myscript",  
               3 => "biz");
?>


Və ya
<?php
  $arr[1] = "www";
  $arr[2] = "myscript";
  $arr[3] = "biz";
?>


Massivin elementlərini adi dəyişən kimi dırnaq içində yazdıra billərik:

<?php
  echo "$arr[1] $arr[2] $arr[3]";
?>


Və ya dövrdə
<?php
  for ($i = 1; $i <= 3; $i++)
  {
    echo $arr[$i]." ";
  }
?>


Bunlardan əlavə bəzi funksiyalar nəticə olaraq öz cavablarını massiv şəklində verirlər. Məsələn file() funksiyasına diqqət yetirək. Burada faylın hər bir sətri massivin bir elementinə mənimsədilir. Faylın tam tərkibini göstərmək üçün aşağıdakı kimi yazmaq olar:
<?php
  $arr = file("text.txt");
  for($i = 0; $i < count($arr); $i++)
  {
     echo $arr[$i]."<br />";
  }
?>


Digər maraqlı funksiya isə explode() funksiyasıdır, hasnı ki, onun köməkliyi ilə sətri hissələrə bölmək olar, sonra isə onları massivin elementləri kimi mənimsətmək mümkündür.
<?php
  $str = "001|[email protected]|http://myscript.biz|login|password";
  $arr = explode("|",$str);
  for($i = 0; $i < count($arr); $i++)
  {
     echo $arr[$i]."<br />";
  }
?>


Nəticə:
001
[email protected]
myscript.biz
login
password


Bu funksiyaya əks funksiya da mövcuddur. Implode() funksiyası sətrləri birləşdirir:
<?php
  $arr[] = "001";
  $arr[] = "[email protected]";
  $arr[] = "http://myscript.biz";
  $arr[] = "login";
  $arr[] = "password";
  $str = implode("||",$arr);
  echo $str; //001||[email protected]||http://myscript.biz||login||password
?>


Mənbə: http://myscript.biz/?p=1298

Aid olduğu bloglar

Yazı-Pozu

Kompüter və kompüter proqramları haqqında tutorial xarakterli yazılar, faydalı saytlardan yararlanmaq üçün məsləhətlər.

Oxucuları
7
Başlıqları
16
Reytinq
0.00

3 şərh

asifinfo
Öz yazımı weboxu.com-da görmək çox sevindiricidir. Təşəkkürlər!
Asif Musayev
Shaig
Çalışdığımız qədəri ilə, faydalı olacağını düşündüyümüz Azərbaycan dilində və Azərbaycana aid olan texnologiyaya materiallarını bir yerə toplayırıq. Bu yazı da faydalı olduğundan qərara gəldik ki, burada da cross post edək. Bundan sonra da, bu tip yazılarınızı siz özünüz də cross post olaraq olaraq, öz blogunuzla birlikdə, weboxuda da, yaza bilərsiniz.
Emin
Massivləri mətn formasında saxlamaq üçün çox gözəl daha bir funksiya cütü var: serialize / unserialize

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər