Galaxy S-in Kies-ə qoşulma problemi


Yəqinki, Galaxy S istifadəçilərinin Kies proqramından xəbərləri var. Bu Samsungun proqramıdır və telefonla PC arasında rahat əlaqə saxlamaq üçün istifadə edilən bir proqramdır. Düzdür elə-belədə telefonu kompüterə qoşmaq olur. Bu proqram vasitəsilə backuplar götürmək, əməliyyat sistemini update etmək və s. kimi vacib əməliyyatları yerinə yetirmək mümkündür. Galaxy S-in üzərində gələn Android versiyası 2.1 Eclair-di. Onu Froyoya update isə mümkündür. Amma əvvəl gərək Kiesə qoşulaq. Bu zaman da error verirdi. Qəti şəkildə qoşulmurdu. Videoda görülən problem yaranırdı.

Videonu mən çəkməmişəm, sadəcə problemlə bağlı axtarış aparanda gördüm.
Telefon çox işlənməmişdən yoxlamışdım, qoşulurdu. Ona görə hardware problemi yox, softwaredən qaynaqlandığını təxmin elədim. İnternetdə axtaranda forumlardan, bloglardan gördümki yazırlar yüklənən hansısa applicationdan konflikt verə bilər. Xüsusilə də Winamp-ın adı ilə rastlaşmışdım. Əvvəl həmin app-ı sildim. Həll olmadı. Ona görə də bütün app-ları silməli oldum. Nəticə vermədi. Yenə problem olduğu kimi qalırdı.
Bəzi mənbələr isə SD carla bağlı problem olduğu qeyd olunurdu. SD cardı söndürmək lazım idi. Bu da işə yaramadı.
Başqa mənbələrdə isə gözümə dəydiki nəsə 16 simvollu faylların problem çıxardığı yazılırdı. Ona görə telefona yüklədiyim əlavə PDF-lərin də adlarını balacalatdım. Yenə bir nəticə vermədi.

Həll:
Nəsə çox uzatmayım, sən demə əslində problem hamsıdır da demək olar. Sadəcə birləşdirmək lazımdır. Galaxy S-də Kies-ə qoşulma bug-ı var. Fix eləmək mümkündür. Problem fayllardakı extension-dan əvvəl 16 simvoldan yuxarı bir fayl olanda əmələ gəlir. Qoşulma problemi yaranır. Məsələn, əgər burada hansısa absc...16simvollu.jpg faylı varsa deməli qoşulmaq olmayacaq. SD cardı disable eləmək işə yaramır. Gərək faylları siləsən, yada rename dib adı balacalaşdırmaq lazımdır… Məsələn camera ilə çəkilən şəkillərin adlarını balacalaşdırdım. Bundan əlavə, təkcə kamera çəkilişləri ilə yox müxtəlif app-ların da cache-lərinə baxmaq lazımdır. Məndə Seesmic də var idi və o avatarları filan cache-ə atanda adını bir xeyli böyüdür. Belə app-ların da yaratdığı fayllara diqqət yetirmək lazımdır. 16 simvol məsələsini həll edəndən sonra bug fix olunur. USB ilə Kiesə qoşulub update eləmək mümkündür.

Aid olduğu bloglar

Yazı-Pozu

Kompüter və kompüter proqramları haqqında tutorial xarakterli yazılar, faydalı saytlardan yararlanmaq üçün məsləhətlər.

Oxucuları
7
Başlıqları
16
Reytinq
0.00

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər