Azərbaycanda online ödəmə və ödənişli xidmətlər


Bu yazıda online ödəniş sistemi və online ödənişli xidmətlərin bizim milli internetdəki durumundan qısaca bəhs etmək istəyirəm. Əlavə fikirləri olanlar şərhlərdə mövzunu davam etdirsələr, çox yaxşı olar.
Xaricidil.net saytında 01.06.2009-01.06.2011 aralığından 34 mindən bir qədər çox, 1 ildən bir qədər çox müddətdə olan facebook səhifəsində isə 11 minə yaxın üzv var.
Saytda 1 ildən bir qədər artıqdır ki, Azericard tərəfindən təqdim olunan online ödəniş sistemi mövcuddur və istənilən istifadəçi plastik kartla online ödəmə ilə saytdakı e-pul balansını artıra bilər. Balans isə 3 istiqamətdə xərclənir. Standart istifadəçi statusunu Gold statusla əvəz edib üstünlüklər qazanmaq, testlərin düzgün cavabını əldə etmək, testlərin izahlı həllini sifariş etmək. Bu müddətdə bir neçə yüz ödəmə olmuşdur.
Saytın özəyini təşkil edən bütün xidmətlər isə tamamilə ödənişsizdir və çox güman ki uzun müddət belə də qalacaq. Çünki ödəniş sisteminin tətbiqində ilk məqsəd gəlir deyil, xərcləri qarşılaya bilmək imkanıdır. Məhz bu səbəbdən də ödənişli xidmətlərin sayı(3) bütün xidmətlərin çox cüzi hissəsini təşkil edir və ən əsası bu xidmətlər olmazsa olmaz tipli xidmətlər də deyil.
Gələk ödəmə qabiliyyətinə. Bildiyimiz kimi milli internetimizin əsas zəif nöqtələrindən biri də elektron ödəmənin çox zəif inkişaf etməsidir. Bu səbəbdən də bu sistemi təşkil etmiş istənilən saytlardakı ödəmələrin sayı xarici saytlardakı analoji qabaritli saytlarla müqayisədə dəfələrlə aşağıdır. Konkret Xaricidil.net-dən danışsaq, ödəniş sisteminin tətbiq edildiyi 1 il ərzində biz 100-lərlə istifadəçini maarifləndirməli olmuşuq. Çünki orta statistik istifadəçi online ödəmənin necə həyata keçirilməsi barədə təsəvvürə malik deyil. Maraqlanır, soruşur, biz də cavab yazırıq. Hətta hazır şablon mətnlərimiz də var. Çünki sualların çoxu eyni olur. Xaricidil.net saytında hesaba daxil olmuş istifadəçi bu ünvandan prosedur haqda izahlı məlumat ala bilər.
Ona görə də düşünürük ki, bu sistemdə hələ ki, ciddi gəlir olmasa da ödənişli xidmət təklif edə biləcək saytlar buna keçməlidir və maarifləndirmə aparmalı, istifadəçiləri banklara yollamalıdırlar. Hər bir maariflənmiş istifadəçi təkcə həmin sayt üçün yox, bütün Aznet sferasında xidmətlər təklif edən saytlar üçün ödəmə qabiliyyətində olan müştəriyə çevrilir. Və burda məsələyə birtərəfli yanaşıb ancaq sayt sahiblərini də düşünmürük, bu haldan hər bir tərəf mənfəət götürmüş olur, sayt öz məhsulunu sata bilir, müştəri də almaq istədiyi, ehtiyacı olduğu elektron məhsulu, xidməti əldə etmiş olur. Növbəti yazılardan birində çalışacağıq ki, Bakı şəhərində plastik kart əldə etmə prosedurunu və online ödəmə, paypal əməliyyatları prosedurunu qısa şəkildə təsvir edək.

Aid olduğu bloglar

Xaricidil.net

Xaricidil.net saytının blogu

Oxucuları
30
Başlıqları
3
Reytinq
1.46

7 şərh

Tural
Statistika göstəricisi yaxşıdır. Daha da uğurlar. O ki, qaldı ödəmə qaydaları və necə edilməsinə, bunu dərslik kimidə hazırlamaq olar. Yəni, şəkillər vasitəsilə necə ödənilir və qeydiyyat edilir. Belə köməkçi vasitələrlə bilməyənlərə öyrətmək olar.
Shaig
Bir məsələ maraqlıdır Azericard-la ödəmə üçün maaş, pensiya kartları da keçir?
Shadli
Maaş və pensiya kartları 2 cür olur. Bəziləri visa, mastercard olur və ya hətta olur ki, maestro card olur və arxasında 3 rəqəmli kod olur, əgər belədirsə həmin kartlar dəstəkləyir. Amma elə maaş və pensiya kartlar da olur ki, onlarda bu kod olmur, bu zaman həmin kartlarla nağdsız ödəniş etmək olmur.
Shaig
Yəni, CSC-i olan kartlarla ödəmə mümkündür.
Shadli
Bəli, CSC kodu olan kartlarla yalnız.
epica
Ümumiyyətlə, saytınızda pullu xidmətləri artırmağınız məslkəhətdir, onda gəliriniz də artar.
Bir də ki, mən də öz saytımda elektron ödəniş sistemi qoşmaq istəyirəm.Bunu necə etməliyəm,kömək edə bilərsiz?

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər