Reytinq
+1.46

Xaricidil.net

29 oxucu, 3 başlıq
RSS

Online rus dili tədrisi - ilk mərhələ

Xaricidil.net saytı ilk fəaliyyət göstərdiyi 2 il ərzində yalnız ingilis dilini tədris edirdi. Saytın strukturu tam oturuşmalı idi ki, yeni dillərə də keçə bilək. Artıq ötən iki ildə təkamüllə formalaşan platformanın əsas etibarilə stabilləşdiyini düşünərək yeni dillər haqda düşünməyə qərar verdik. Saytda səsvermə keçirdik, yekun nəticəni də tvitlədik . Nəticəyə görə 1024 nəfərdən 50%-i saytda növbəti dil kimi məhz rus dilini arzu etdiklərini bildirdilər. Beləliklə ilk olaraq bu yay starter-tanışlıq səviyyədə sıfırdan öyrədən 10 dərs hazırlamağa qərar verdik. 1 ay ərzində dərsləri hazırlayıb sayta yerləşdirdik və facebook...

Azərbaycanda online ödəmə və ödənişli xidmətlər

Bu yazıda online ödəniş sistemi və online ödənişli xidmətlərin bizim milli internetdəki durumundan qısaca bəhs etmək istəyirəm. Əlavə fikirləri olanlar şərhlərdə mövzunu davam etdirsələr, çox yaxşı olar. Xaricidil.net saytında 01.06.2009-01.06.2011 aralığından 34 mindən bir qədər çox, 1 ildən bir qədər çox müddətdə olan facebook səhifəsində isə 11 minə yaxın üzv var. Saytda 1 ildən bir qədər artıqdır ki, Azericard tərəfindən təqdim...

Xaricidil.net rəsmi bloqu fəaliyyətə başladı [infoqrafika]

Xaricidil.net saytı üçün bir müddətdir ki, rəsmi bloq fikirləşirdik. Sonda müstəqil bloq açmaqdansa, Weboxu bloq sistemi daxilində kanal açmaq qərarına gəldik. Bundan sonra ara-sıra saytı özünə dair, statistik analiz, sahəmizə yaxın maraqlı mövzularda yazılar yerləşdirməyə çalışacağıq. İlk yazını təkcə salamlamadan ibarət olmasını istəmədik, ona görə də maraqlı ola biləcək statistik məlumatları da sizinlə bölüşmək istəyirik. Belə ki,...