Wordpress 3.4 istifadəyə verilib


Blog deyəndə bəlkə də ağla ilk gələn xidmətlərdən olan Wordpressin yeni versiyası yayımlandı. Wordpress 3.4 Green adlı yeni versiya, əfsanəvi gitarist Grant Greenin adından və tərzindən ilhamlanaraq yaradılıb. İstifadəçilərin bir müddətdir gözlədiyi yeni versiya bir-birindən gözəl yenilikləri də özü ilə gətirir.

3.4 Green ilə artıq theme-lər çox daha xüsusiləşdirilə bilən hala gətirilib. Header şəkillərinə daha çox alternativ variant qoyularkən, theme rəngləriylə oynamaq üçün də rəng palitrası əlavə olunub. Mous ilə asanca istənilən rəngi tutmaq mümkündür.

Twitter inteqrasiyası
Yeni versiya ilə birlikdə Twitter inteqrasiyası da əlavə olunub. Yəni bir Twitterin URL-ini HTML redaktora kopiyalayıb nəşr etdiyinizdə yazının içində Twitter əlavəsi olaraq yer alır. Beləcə altında cavabla, re-tweet et kimi variantlar da aktiv olaraq istifadə edilə bilir.

HTML captions ilə də şəkil altı yazılara asanca link vermək artıq çox daha asandır.

Son distributiv Wordpressi endirmək üçün buraya klikləyin.
Yeniliklər barədə qısa video xülasə:

Aid olduğu bloglar

Wordpress

Wordpress haqqında olan yazılar.

Oxucuları
9
Başlıqları
18
Reytinq
1.22

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər