Wordpress öz reklam sistemini açır


Bloq dünyasının bir nömrəli adı Wordpress öz reklam sistemini açır. Məşhur blog platforması WordPressin arxa plandakı proqram təminatı şirkəti Automattic şirkəti dijital reklam firmalarından olan Federated Media ilə razılaşma əldə ediblər. Bunun nəticəsi olaraq da WordPress.com blogcularının artıq onluna reklamlardan pul qazanmalarına icazə verən «WordsAds» adında bir sistem açılır. Wordpress rəsmi blogunda yeni reklam sistemini elan edib. Blogda «Blogunuza bu qədər zaman xərcləyib əmək sərf etdiyiniz üçün AdSense-dən daha yaxşısına layiqsiniz» yazaraq sistemlərini tanıdıblar.
Bununla da online reklam sahəsində daha bir böyük oyunçu yaranır. Sistemin adı WordAds adlanacaq. WordAds, blog yazarlarının, «marka reklam verənlərindən yüksək keyfiyyətli reklamları» bloglarında göstərərək pul qazanmalarına icazə verəcək. Yəni belə görünür ki, bu sistemlə təkcə Wordpress yox həm də blog platformasından istifadə edənlər pul qazana biləcəklər.
WordPress indi dünyada ən çox trafikə sahib veb saytlarının 15%-nə infrastruktur təmin edir və hər gün 50 min yeni WordPress əsaslı blog fəaliyyətə başlayır. WordPress-in hal-hazırda saytdakı statistikalarına nəzər salanda isə:
The best of 331,225 bloggers, 712,842 new posts, 471,674 comments, & 145,042,964 words posted today on WordPress.com.

Yəni bu gün, 331,225 blogger, 712,842 yeni post yazıb, 471,674 şərh və 145,042,964 söz yazıb.

Proqramın rəsmi olaraq 2012-ci ilin ilk rübündə həyata keçməsi gözlənilir amma ön qeydiyyat indidən başladı. Proqrama daxil olmaq istəyən istifadəçilər bu ünvandakı forması dolduraraq müraciətlərini edə bilərlər.

Aid olduğu bloglar

Wordpress

Wordpress haqqında olan yazılar.

Oxucuları
9
Başlıqları
18
Reytinq
1.22

2 şərh

Elvin85
Çox önəmli xəbərdir.
Bloqqerlər üçün həm də şad xəbərdir. Çoxdan lazım idi.
Shaig
Bir də maraqlı olan cəhəti gəlir paylaşımı ola biləcəyidir.

Yəni məsələn Facebook da online reklam bazarında böyük paya sahibdi. Google Ads də. Nəsə bu hər iki sistemin qarışığı təsiri bağışlayır. Yəni belə ki, Facebook kimi platorma daxili sistemdir. Google kimi isə seçim azadlığı — istifadə edib, etməmə seçimi həm də gəlir paylaşımı təqdim edir).

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər