50 milyon Wordpress


Wordpress-in rəsmi yayımlanmış statistikalarına görə, sistem istifadə edənlər artıq 50 milyonu keçib. İyulun 5-də CMS-in yeni versiyası çıxmışdı.
Dünyada həm pluginlərinə, həm də temalarına görə ən zəngin bazaya malik olan CMS də demək olar.
Dünyadakı bir sıra populyar saytlarında CMS sistemi Wordpress üzərində qurulub. Bəzi saytlar isə CMS-i özləri qurmaq yerinə Wordpress.com platformasındakı VIP xidmətdən istifadə edirlər. Bunlar arasında tanınmış texnologiya blogy TechCrunch, TED tədbirlərinin rəsmi blogu, CNN blogları və s. var.

Statistikaya görə, hər ay 287 milyon internet istifadəçisi WordPress.com bloglarında 2.5 milyard səhifəyə baxır. Bloglarda hər gün 500 000 yeni yazı və 400 000 yeni şərh yazılır.

Aid olduğu bloglar

Wordpress

Wordpress haqqında olan yazılar.

Oxucuları
9
Başlıqları
18
Reytinq
1.22

4 şərh

Farid05
Wordpress-in rəsmi yayımlanmış statistikalarına görə artıq 50 milyonu keçib.
Ne kechib 50 milyonu? Cumle yarimciqdir.
Shaig
Wordpress istifadəsi keçib ). oxucular əksərən Wordpress-in nə olduğunu bildiyinə görə, hər halda nəyin keçdiyini də bilər deyə düşündük. Nəyin keçidiyini daha aydın yazarıq. Redaktə edək…
Elshen
Aprel ayında 20 milyon deyildi? Nə tez 50 milyon oldu?
Shaig
Apreldəki statistika Wordpress.com platfromasında olanların sayıdır. İndi həmin rəqəm 25 milyona çatır. Bu isə cəmi Wordpress istifadə edənlərin sayıdır. Yəni Wordpress.org-dan CMS kimi endirilənlər də sayılır.

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər