FIFA 14 oyunu Windows Phone 8 platformasında


“Electronic Arts”ın sevilən mobil oyunu FIFA 14, iOS və Android platformlarının ardından Windows Phone 8-ə də gəldi.

Mobil futbol oyunu deyilincə ilk ağıla gələn adlardan olan FIFA 14, bundan təxminən 5 ay əvvəl iOS və Android istifadəçilərinə təqdim edilmişdi. PC və konsol versiyalarında olduğu kimi, mobil FIFA 14-ün istehsalını da boynuna götürən “Electronic Arts”, son dövrdə məşhur olan “Free to Play” sistemi ilə oyunu pulsuz olaraq yayımlayır.

FIFA 14-ü pulsuz olaraq endirən oyun sevərlər, oyunu bəyəndikləri təqdirdə və oyunun digər xüsusiyyətlərini açmaq üçün müəyyən ödəniş qarşılığında “Manager və Kick- Off” rejimini satın ala bilərlər. Böyük rəğbət qazanan FIFA 14, digər mobil platformaların ardından Windows Phone 8 istifadəçiləri üçün də təqdim olunub.

Digər platformalarda olduğu kimi WP 8-də də ödənişsiz olaraq təqdim olunan FIFA 14-ün həcmi 888 MB-dır. //Yadigar

Aid olduğu bloglar

Windows Phone

Windows Phone platforması haqqında blog.

Oxucuları
27
Başlıqları
12
Reytinq
3.54

1 şərh

music23
What are you saying fifa 18 coins free is out and you are talking about the fifa 18 hack here.

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər