Wap.Xana.Az-ın 7 yaşı tamam oldu

İstifadəçilərinə 16 dildə fəaliyyət göstərən wap.xana.az artıq 7 ildir ki Azərbaycanın tanınmış mobil layihəsidir. Bugün saytın 7 yaşı tamam olur. Bu illər ərzində xana.az Azərbaycanın mobil bazarında öz liderliyini qoruyub saxlayıb və daim qorumağa çalışır.

Layihə 2005-ci ildən fəaliyyətə başlayıb. Elə həmin ildən daim yenilikləri ilə diqqəti cəlb edən sayt dünyada tanınmağa başladı. Saytın indiki istifadəçilərinin 70%-i dünyanın ayrı-ayrı ölkələrindən olması buna əyani sübutdur.

Sayta daxil olmaqla siz, əyləncəyə qoşula, asudə vaxtınızı keçirə, yeni tanışlıqlar, maraqlı məlumatlar əldə edə bilərsiniz. Bundan əlavə olaraq siz, mobil telefonunuza melodiyalar, proqramlar, şəkillər, Java oyunlar yükləmək, çatda söhbət edib, tanışlar tapmaq, Azərbaycan haqqında lazımlı məlumatlar əldə etmək, istifadəçilər tərəfindən yenilənən interaktiv bölmələri izləmək, hazır SMS-lərdən istifadə etmək, sevgi ve digər etiraflar etmək, elmi və faydalı məlumatlar əldə edə bilərsiniz.

Gün ərzində olan hesablamalara görə sayta 35 — 40 000 istifadəçi daxil olur. Ay ərzində isə istifadəçilər tərəfindən 50 000 000-dan çox səhifə izlənilir. Wap.xana.az təkcə Azərbaycanda deyil, bütün dünyada tanınır. Məhz bunun nəticəsi olaraq sayt 16 dilə tərcümə olunub.
Layihənin rəhbəri Rəşad Əliyevin verdiyi məlumata əsasən gələcəkdə mobil versiydan əlavə olaraq, wap.xana.az saytını web portal kimi genişləndirmək planı var.

Wap.Xana.Az komandası olaraq, 7 yaşımızda istifadəçilərimiz üçün daha çox yeniliklər təqdim edəcək, saytımızı daha da inkişaf etdirib, sizlərə bir addım da yaxın olmağa çalışacağıq.

Bizimlə qalın, bizi izləyin.

Aid olduğu bloglar

Wap.Xana.az

Azərbaycanın ən böyük wap saytında yeniliklər.

Oxucuları
19
Başlıqları
2
Reytinq
2.20

2 şərh

AzaD_MeHBuS
Men vap xana.azdan colu oyunlar goturmuwem. Cox maraqli ve gozel saytdir. Sizi yeni ugurlarla gozleyirem. 7 yawinizin olmasi munasibeti ile semimi qelbden tebrik edirem.

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər