Twitter fenomenləri pis günlər keçirir



Twitter-ın kilidli hesabları siyahılardan çıxarması bəzi məşhurların izləyici saylarında ciddi düşüş yaşanmasına səbəb oldu.

Keçdiyimiz günlərdə açıqlama verən Twitter kilidli hesab olaraq adlandırılan və fərqli səbəblərdən dolayı istifadə olunmayan hesabların izləyici saylarından çıxılacağını bildirib və bunun xüsusiylə yüksək izləyicili hesablarda ciddi izləyici itkisi mənasına gələcəyinə dair xəbərdarlıq etmişdi.

Xəbərdarlıqlar gerçək oldu və Twitter-in etdiyi bu nizamlama xüsusiylə izləyici sayı yüksək məşhur və yaxud fenomen hesablarında düşüşə səbəb oldu. Məsələn, Twitter-in ən çox izləyici sayına sahib istifadəçisi ABŞ-lı müğənni Perry-nin izləyici kütləsi təxminən 2,5 milyon azaldı. İndi Perry-nin təqribi 108,1 milyon izləyicisi var. Köhnə ABŞ prezidenti Barack Obama-nın da izləyicisi 2,1 milyon azalaraq 101,5 milyona endi. 53,4 milyon izləyicisi olan ABŞ prezidenti Donald Trump-ın izləyici miqdarı da 300 min azaldı.

Twitter təmizlik əməliyyatının «güvən yaratmaq üçün davam edən qlobal səyin» bir parçası olduğunu və istifadəçi inamını bərpa etməyə çalışdıqlarını açıqladı. Yeni tədbirlərlə birlikdə kilidli və çox sayda tweet göndərmək kimi alışılmamış davranışlar göstərən Twitter hesabları təsbit edilir və hesabını təsdiqləməyən istifadəçilər izləyici siyahılarından çıxarılır.

Şirkətin hüquq bölümünün rəhbəri Vijaya Gadde hesabların böyük hissəsinin ortalama 4 izləyici itirəcəyini, amma daha məşhur hesabların izləyici kütləsində daha ciddi bir azalma olacağını bildirdi.

Aid olduğu bloglar

Twitter

Twitterdə nələr baş verir. Dünyanın yeni trendindən yeni xəbərlər.

Oxucuları
5
Başlıqları
156
Reytinq
-1.13

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər