"Twitter" 140 simvol sayını arıtırmı?


Twitter-in 140 simvol limitini keçəcəyi yönündəki şaiələr nəhayət yekunlaşdı. Twitter verdiyi rəsmi açıqlamada simvol limitini (indilik bir qrup istifadəçi üçün) 280 xarakterə yüksəltdiyini bildirdi.

Twitter bu güncəlləməni dillərin quruluşuna əsaslanaraq elədiyini bildirib. Eyni simvol sayı içində ingilis dili ilə ifadə edə biləcəklərinin yapon və çin kimi dillərdən daha məhdud olduğu vurğulanır. Twitter ingilis dilində mesajların simvol limitini yapon dilinə nəzərən daha çox aşdığını paylaşır.

Paylaşılan məlumatlara görə ingilis dilində atılan mesajların 9 faizi 140 simvol limitində olur. Amma eyni ölçü yapon dili üçün sadəcə 0.4- dü. Yəni hər 1000 yaponca mesajdan sadəcə 4-ü Twitter-in verdiyi limitə uyğunlaşır.

Jack Dorsey və Biz Stone ilk 280 simvollu nümunələri paylaşaraq dəyişimin canlı örnəklərini verdi. Ancaq indi 280 simvolluq yazı paylaşacağınızı düşünürsüzsə, yanılırsınız. Çünki bu özəlliyin bütün istifadəçilərə açılması üçün bir az daha gözləmək lazımdır.

Aid olduğu bloglar

Twitter

Twitterdə nələr baş verir. Dünyanın yeni trendindən yeni xəbərlər.

Oxucuları
5
Başlıqları
152
Reytinq
-1.13

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər