“Twitter olmasaydı, mən burda olmazdım” - Tramp


Sosial şəbəkələrdə aktiv olan Tramp “atdığınız tvitlərdən hər hansı birinə görə peşmansınızmı” sualına belə cavab verib: “Tvitlər olmayasaydı mən burda olmazdım. Facebook, Instagram və Twitterdə 100 milyondan çox izləyicim var. Saxta mediaya müraciət etmək məcburiyyətində deyiləm.

Atdığım tvitlərin heç birindən peşman deyiləm. Yüzlərlə tvit atarkən aradabir uğursuzları ola bilər. Bu, o qədər də pis deyil”.

Qeyd edək ki, sosial media ekspertləri də bir müddət öncə keçirilən ABŞ prezident seçkilərində əsas qalibin sosial media, xüsusən də Twitter olduğunu vurğulamışdılar.

Aid olduğu bloglar

Twitter

Twitterdə nələr baş verir. Dünyanın yeni trendindən yeni xəbərlər.

Oxucuları
5
Başlıqları
152
Reytinq
-1.13

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər