Twitter video yükləməyə imkan yaratdı

Twitter sosial şəbəkəsi 30 saniyəyə qədər video yükləməyə və qrup çatları yaratmağa imkan yaratdı.



Twitter təmsilçiləri hesab edir ki, qrup çatları vasitəsi ilə istifadəçilər cəmiyyətə çıxarmaq istəmədiyi mövzular ətrafında müzakirə edə biləcəklər.

Anonsa əsasən, qrup çatını istənilən istifadəçi ilə başlamaq olar, istifadəçilərin bir-birini izləyib izləməməyindən asılı olmayaraq.



Videoya gəldikdə isə, istifadəçilər rəsmi əlavənin köməyi ilə birbaşa kameraya, və ya qalereyaya daxil olaraq 30 saniyəyə qədər videonu yükləyə bilərlər.



Bu funksiya hal-hazırda yalnız iPhone smartfonlarında mövcuddur. Digər platformalara isə bu üstünlüklərin əlavə olunub-olunmayacağı barəsində isə heç bir məlumat verilmir.

Aid olduğu bloglar

Twitter

Twitterdə nələr baş verir. Dünyanın yeni trendindən yeni xəbərlər.

Oxucuları
5
Başlıqları
156
Reytinq
-1.13

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər