"Twitter"də hüquqlarınızı müdafiə etmək asanlaşdı


Twitter-in cəmiyyətə daha açıq bir platforma olması marketinq baxımından inanılmaz fürsətlər yaradır. Ancaq bununla yanaşı, fərdlərin gizlilik və şəxsiyyət hüquqları baxımında bir çox problemə də gətirib çıxarır. Bu problemlərin azaldılması üçün Twitter yeni yayımladığı əməliyyat ilə şikayət etməni olduqca asanlaşdırdı.

Mobil tətbiqlər üzərindən şikayət bildirişini təkmilləşdirən Twitter başqa profili əngəlləməklə bərabər şikayətinizin kateqoriyasını seçməyi və Twitter-ə əlavə qeydlər yazmağınızı da asanlaşdırır. Həmçinin, bu əməliyyatla birlikdə maneə törədən hesabları ayarlar qismində görməyiniz də mümkün hala gətirilib. Gələcək aylarda bu səhifənin də genişləndiriləcəyini söyləyən Twitter insan haqlarına verdiyi əhəmiyyəti bir daha sübut edir.

Şəxsi hüquqların pozulması sosial medianın əsas problemlərindəndir. Ancaq bir çox istifadəçi dərdini deməkdə çətinlik çəkir. Bütün sosial şəbəkələrin Twitter-in bu addımını izləyərək bu tip pozuntularda daha asan və daha anlaşıqlı şəkildə istifadəçilərinə xidmət etməsinə ehtiyac var.

Aid olduğu bloglar

Twitter

Twitterdə nələr baş verir. Dünyanın yeni trendindən yeni xəbərlər.

Oxucuları
5
Başlıqları
156
Reytinq
-1.13

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər