"Twitter yarandığı gündən yazılan bütün tweet"ləri arxivləşdirdi


Twitter fəaliyyətə başladığı 2006-cı ildən bu günə qədər atılan bütün tvitləri arxivləşdirib. Açıq profillərdən atılan yüz milyardlarla twiti artıq axtarış bölməsində tapmaq mümkündür.

Keçmiş twitləri necə arxivləşdirdiyini bildirən şirkət bazasında yarım trilyondan çox twitin olduğunu və onları axtarış zamanı tapılma sürətinin 100 milli saniyədən daha az olduğunu bildirib.

Bunun üçün Twitterin veb, Android və İOS əməliyyat sistemləri üzrə tətbiqlərindəki axtarış menyusundan nə isə axtardıqda "Ən Yeni/Hamısı(Top/All)" seçimlərindən ‘Hamısı’ bölməsini seçməyiniz kifayətdir. Bu zaman tarixinə görə geriyə doğru gedən siyahını twitterin ətraflı axtarış funksiyası ilə yönləndirərək tapa bilərsiniz.

Şirkət zamanla bu arixvləşdirmədən daha çox twitin Top twitlər bölməsinə daxil olacağını bildirir. Məsələn Twtterdə ilk dəfə qeyd edilən Yeni ilə aid 30 dekabr 2006-cı il və 2 yanvar 2007-ci il tarixləri arasında atılan Yeni il twitlərinizi görmək üçün də bu yenilikdən istifadə edə bilərsiniz.

Aid olduğu bloglar

Twitter

Twitterdə nələr baş verir. Dünyanın yeni trendindən yeni xəbərlər.

Oxucuları
5
Başlıqları
152
Reytinq
-1.13

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər