"Twitter"də 2 gündə 1 milyard "tweet" yazılır - Web Summit 2014


Twitter-in əsas gəlir mənbəyi onun istifadəçiləridir. Dörd il əvvəl sadəcə tvit atmaq funksiyası ilə yaradılan Twitter bu gün mobil tətbiq şirkətinə çevrilib.

Xüsusilə son bir ildə əlavə etdiyi müxtəlif fərqli funksiyalar ilə sosial şəbəkə Web Summit 2014-ün gündəmindədir. Hər gün 500 milyon, yəni iki gündə bir milyard tvitin atıldığı Twitter hazırda 280 milyonluq istifadəçisi ilə nəhəng informasiya bazası rolunu da oynayır.

Bu istifadəçi datası isə bulaşıcı xəstəlikləri izləyən sağlamlıq təşkilatları kimi müxtəlif orqanları Twitterlə işbirliyinə girməyə maraqlı edir. Informasiya bazasının genişliyi şirkətə reklamdan sonra ən çox pul qazandıran sahədir.

Qeyd edək ki, şirkət keçən il apreldə daxili analiz aparmaq üçün Gnip- i satın almışdı.

Aid olduğu bloglar

Twitter

Twitterdə nələr baş verir. Dünyanın yeni trendindən yeni xəbərlər.

Oxucuları
5
Başlıqları
152
Reytinq
-1.13

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər