Twitter-də maraq dairələrinə görə reklam vermək mümkün olacaq


Twitter, reklam siyasətində gözlənilən dəyişikliyi sonunda açıqladı. Bundan sonra reklamverenler müxtəlif kateqoriyalar altında hədəf kütləsini seçərək Twitterə reklam verə biləcəklər. Twitter kateqoriya yaratmaqda da olduqca əliaçıqlıq edib. Çünki, Bollywooddan itlərə qədər son dərəcə geniş, 350 ədəd kateqoriya reklamverenlere təqdim edilib. Reklamverenlere təqdim edilən imtiyazlar bununla da məhdud deyil. Reklamveren, təsirli istifadəçiləri seçərək onların zövqünü oxşayacaq xüsusi reklamlar yayımlaya biləcək və o istifadəçilər ilə eyni zövqləri paylaşanlan digər istifadəçilərə də çata biləcək. Bu xidmətin "önə çıxarılmış tweetler" və "önə çıxarılmış hesablar" xidmətlərinin inkişaf etdirilmiş bir halı olduğunu söyləmək olar. Twitterin reklam siyasətində etdiyi bu dəyişiklik reklamverenler baxımından müsbət olsa da, istifadəçilərin necə reaksiya verəcəyini söyləmək asan deyil.
Twitter-ə reklam vermək hələ ki, ancaq ABŞ-dan mümkündür. Ancaq reklam olunan məhsulları bütün dünyadan görmək olar.

Aid olduğu bloglar

Twitter

Twitterdə nələr baş verir. Dünyanın yeni trendindən yeni xəbərlər.

Oxucuları
5
Başlıqları
156
Reytinq
-1.13

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər