Twitter ilə dünya nəbzi - gündəlik 200 milyon tweet


Sosial medianın yüksələn dəyəri — Twitter.
Artıq elə bir hal yaranıb ki, dünyada hansı hadisənin populyar olub, onun çox danışıldığını vurğulamaq istəyəndə, həmin hadisənin Twitter Trendlərinə (TT) düşdüyü deyilir. Həm üzvləri, həm populyarlığı həm də istifadə günü-gündən yayılır. Mobil rahatlığına görə daha asan daşına bilən sosial media alətidir. Bu da populyarlığını daha artırır.
2009-cu ilin əvvəlində, gündə 2 milyon tweet edilirdi. 2010-cu ildə gündə 65 milyon-ə yüksəldi. Rəsmi məlumata görə isə artıq gündə göndərilən tweet sayı 200 milyondu.

Bu tweetlərlə əlaqəli rəsmi blogda maraqlı bir statistik məlumat var. Həmin infoqrafikanı tərcümə etdik:


Rəsmi blogda yazılan başqa maraqlı məlumatlar da var. Twitter ilə dünyanın nəbzinin necə tutulduğunu göstərir. 11 martda Yaponiyada meydana gələn zəlzələ fəlakəti olsun, Dünya kuboku, İngiltərədə kral ailəsindəki toy ya da Eurovision kimi dünyada diqqətlə izlənən hadisələrdə yollanan tweetlərin 1-ə 5 artdığı ifadə edilir. Tsunamidən sonrakı ilkin zamanda saniyədə 5 mindən artıq tweet göndərilib.
Twitter Yaponiya zəlzələsindən sonrakı 1 saat ərzində yollanan tweetləri və onlara verilən cavabları özündə əks etdirən bir video hazırlayıb:

(Yaponlar tərəfindən göndərilənlər sarı rəngdədir)

Bir başqa videoda isə Yaponiyadakı zəlzələ vaxtı, Yaponiyadan olan tweet-lərin dünyada RT-lər ilə yayılması göstərilir.

(Orginal tweetlər çəhrayı, RT-lər isə yaşıldı.)

Aid olduğu bloglar

Twitter

Twitterdə nələr baş verir. Dünyanın yeni trendindən yeni xəbərlər.

Oxucuları
5
Başlıqları
156
Reytinq
-1.13

0 şərh

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər