DNS`in qeyri-adi reklamı

Bu gün evə gələndə DNS Computers`in qəribə bir reklamının şahidi oldum:
Evə gəlib, qapını açarla açıb içəri daxil oldum. Gördüm nəsə yerə düşdü. Alaqaranlıq olduğu üçün əvvəl tam seçmədim. Sonra yerdə nəsə şəxsiyyət vəsiqəsi olduğunu gördüm. Əyilib yerə götürənə kimi bir neçə fikir keçdi beynimdən… «Vəsiqəmi yerə saldım. Axı bu gün üstümdə götürməmişdim»,… «Bəlkə açarı qoyanda nəyəsə toxunub salmışam yerə»,… yaxınlaşdıqca «Bunun ucu əyridi axı, deyəsən qapıya salmışdılar. Şəxsiyyət vəsiqəni kim qapıya salsınki? Evdən çıxanda düşüb harasa qonşu gətirib qapıya taxıb?»,… aşağı tamam əyilib götürüb işığı yandırıb baxıram: «Oups!!! Bu reklammışki!»…
Hə bu sən demə DNS`in yeni reklamı çərçivəsində olan aksiyaymış. Həmin reklam materialının şəklini əlimdən gələn qədəri ilə bura yerləşdirirəm. Scanner olmadığından fotosunu çəkdim:


Aid olduğu bloglar

Texnologiya

Texnologiya haqqında xəbərlər, yeniliklər.
Rəsmi taglər: texnologiya, hi-tech

Oxucuları
12
Başlıqları
343
Reytinq
1.13

5 şərh

BayramovR
Hə, mən də o gün DNS dükanında gördüm. Maraqlıdır.
Ayyubov
Diqqəti cəlb edə bilirlər.
Shaig
həə, diqqət cəlb etmək adına yaxşı aksiyadır =)

Yalnız qeydiyyatlı istifadəçilər şərh yaza bilər